GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Qapalı həbsxanadan işgəncə sədaları

Qapalı həbsxanadan işgəncə sədaları

Tarix: 14-06-2016, 19:33 Bölmə :GündəmXəbər / Manşet Baxış: 0
Qapalı həbsxanadan işgəncə sədaları

Aslan Aslanovun oğlunun ölümünə görə ömürlük cəza alan Vüqar Əliyevə dəhşətli içgəcə verilib

Keçmiş icra başçısı Vüqar Əliyevə yeni ittihamlar sürülməsinə nail olur

Şəmkirin sabiq icra hakimiyyəti başçısının oğlunun qətlində günahkar bilinərək ömürlük azadlıqdan məhrum edilən Vüqar Əliyev Qobustan həbsxanasında aclıq akasiyası keçirir. Ona qarşı həbsxanada insanlığa sığmayan işgəncələr verilir.

Vüqar Əliyevin anası Məlahət İsmayılova redaksiyamıza müraciət edərək bildirib ki, oğlu haqsız yerə həbsxanada ömürlük cəza çəkdiyi üçün aclıq keçirir: “Həbsxana rəhbərliyi də istəmir ki, oğlum aclıq aksiyası keçirsin. Oğlum aclıq aksiyası keçirəndən sonra kamerasında bir şünür tapırlar və deyirlər ki, kamerada qanunsuz əşya saxlayıb. Bundan sonra Vüqarın saxlanıldığı kameranı dağıdıblar”.

Məlahət İsmayılova qeyd edib ki, Vüqarı başqa bir korpuya köçürmək istəyiblər: “Həmin korpusda da vəziyyət çox acınacaqlıdır. Vüqar deyir ki, məni o korpusa aparan kimi özümü öldürəcəm. Oğlum deyir ki, məni karsa salın, orada mən aclıq keçirəcəm. Həbsxanada iki işçi var. Onlara deyib ki, dedikləri korpusa getmiyəcəm, ya məni kamerama aparın, ya da karsa salın. Vüqar dirəşdiyi üçün karsa salıblar. Vüqarı karsda əlini qandalla stola bağlayıblar və sonra da başını keçəl qırxıblar. Sonra yenidən Vüqarın əllərini də, ayaqlarının da kravata qandallayıblar. Bu işgəncə tədbirlərini həbsxananın Namiq adlı əməkdaşı həyata keçirib. Bu əməliyyatda qapalı

həbsxananın rejim rəisi Emin adlı şəxs də iştirakçı olub. İki gün karsa da saxlayandan sonra görüblər ki, Vüqarın huşu itib. Vüqar bir damcı su istəyib, ona su da verməyiblər. Sonra əl-ayağını açıblar, amma yenə də 5 gün karsda saxlayıblar. Bu 5 gün ərzində oğlum nə çörək yeyər, nə də su içər. 5-ci günü gələndən görüblər ki, oğlum karsda yıxılıb”.

“Dedilər ki, oğlum danışmaq istəmir”

Məhkumun anası bildirib ki, həmin vaxt Vüqarın yanına həbsxananın həkimləri gəlib: “Həkimlərə imkan verməyiblər ki, oğlumu müayinə etsin. Həkimlər qorxuya düşüblər və Bakıda Şamil həkim var, onu çağırıblar. Vüqara sistem vurublar, bir müddətdən sonra oğlum özünə gəlib. Vüqarın əsəbləri pozulub, ürəyində problemləri var”.

Məlahət İsmayılovanın sözlərinə görə, mayın 31-də Vüqarın karsa salınması barədə xəbər alıblar və bundan sonra həbsxana ilə telefon vasitəsi ilə əlaqə saxlayıblar: “Orada mənə dedilər ki, belə bir şey yoxdur. Onlara oğlumla danışmaq istədiyimi bildirdim. Dedilər ki, oğlum danışmaq istəmir. Onlara bildirdim ki, hər yerə şikayət etmişəm, məni oğlumla danışdırın”.

“Vüqar mənə yox, heç nə ilə cavab verirdi”

Məhkum anasının bildirdiyinə görə, ertəsi gün Pentensiar Xidmətlə əlaqə saxlayıb: “Baş idarədəndə həbsxanaya göstəriş verilib. Bundan sonra həbsxanadan mənə zəng etdilər və bildirdilər ki, Vüqar özü danışmaq istəmir. Sonra Vüqarla danışdım. Hiss etdim ki, Vüqarın vəziyyəti pisdir və suallarıma cavab verə bilmir. Vüqardan ağrı hissi keçirdiyini

soruşdum. Vüqar mənə yox, heç nə ilə cavab verirdi. Mən də israrla soruşurdum ki, niyə belə danışırsan. Sorşdum ki, oğlum əlini qandallayıblar. O da mənə “hə” cavabını verdi. Bu zaman oğlumun yanında dayanan nəzarətçi telefonu aldı. Vüqarın “nə var onu deyəcəm, onsuzda mamam bura gələcək” deməsini eşitdim. Sonra Vüqara dedim ki, oğlum səbirli ol, özüm ora gələcəm”.

“Oğlum sifarişlə 13 ildir həbsxanada yatır”

Məlahət İsmayılova qeyd edib ki, Vüqarın vəziyyəti daha da pisləşib və onu həbsxanada olan müalicə müəssəsisinə aparıblar: “İki gün oğlum müalicə müəssiəsində qalndan sonra həbsxana rəisi Fikrət Qafarovun qəbuluna getdim. Rəis mənə dedi ki, belə bir şey olmayıb. Ona dedim ki, kamerada nə tapıbsız, onu da əməkdaşlarınız satıb. Oğlumu heç cürə ittiham edə bilməzsiz. Rəis dedi ki, kameradan şunur tapılıb. Həmin şunurda üz qırxan maşının şunurudur. İndi görün, bu şunurun üstündə oğluma problem yaradırlar. Fikrət Qafarova dedim ki, oğlumu karsda əli-qolu qandallı saxlasanız, mən sizi bağışlamaram. Karsın özü elə işgəncə yeridir, daha əlayağını niyə bağlayırsız? Karsda məhkumun əl-ayağı bağlı saxlanılması hansı qanunda yazılıb? Fikrət Qafarov deyib ki, onun karsda Vüqarın karsda əl-ayağının bağlı saxlanılmasından xəbəri yoxdur. Oğluma işgəncə verənlərdən müvafiq qurumlara müraciət edəcəyimi rəisə bildirdim. Dedim ki, oğlum sifarişlə, günahsız yerə 13 ildir həbsxanada yatır, kimdən pul alıb ona belə dəhşətli işgəncə verirlər. Oğlumu ölümlə üz-üzə qoyublar. Kamerada oğlumun bütün əşyalarını da dağıdıblar və yarasız hala salıblar”.

“Bu haqsızlığı hara yazmaq olar?”

Məlahət İsmayılova əlavə edib ki, bütün bu təzyiq və işgəncələrdən sonra Vüqarın səhhətində ciddi problemlər yaranıb və bunu görən həbsxana rəhbərliyi onu müalicəyə göndərmək məcburiyyətində qalıb. Onun sözlərinə görə, Vüqar Əliyev iyunun 7-də Penitensiar Xidmətin Müalicə Müəsissəsində onlarla görüşüb: “Vüqar iyunun 4-dən müəssisədə müalicə alır, səhhətində ciddi problemlər var. Həkimlərin dediyinə görə, müalicəsi azı, 45 gün davam etməlidir. Mənim sağlam oğlumu hansı vəziyyətə salıblar ki, öz əlləri ilə müalicə müəssisəsinə aparıblar. Bu haqsızlıqdır. Ermənini tutub gətirirlər, başını siğallayıb geri qaytarırlar. Amma mənim oğlumun başına ən pis oyunu açırlar. Bu haqsızlığı hara yazmaq olar?”.

“Oğluma 700 manata telefonu satırlar”

Məlahət İsmayılova bildirib ki, oğlunun baçına gətirilən işgəncə faktı ilə bağlı prezdent İlham Əliyevə, baş prokuror Zakir Qaralova, ədliyyə naziri Fikrət Məmmədova və ombudsman aparatında müraciət ediblər: “Oğlumun başına gətirilən bu işgəncəni belə özbaşına buraxan deyiləm. ombudsman aparatında qaynar xətt vasitəsi ilə Rəşid müəllimlə də danışmışam. Pentensiar Xidmətin baş idarəsində müvafiq şəxslə danışmışam. Həmin şəxs mənə dedib ki, içəridə telefon söhbəti olub, oğlun içəri də telefonla danışıb. Ona dedim ki, oğluma telefonu həbsxananın Nizam adlı əməkdaşı satıb. Sonra həmin şəxs dedi ki, nəşə satıblar. Dedim ki, sən hardasan, dedi azadlıqdayam. Bəs oölumun harada olduğunu soruşdum, dedim ki, oğlum qapalı müəssisədə

saxlanılır, ona telefon keçirməsələr, o da telefonla danışmaz. Dedim ki, telefon içəri keçirmək qanunsuzdur, on da oğluma orada torba tikiblər. Oğluma 700 manata telefonu satırlar. Sonra da oğluma deyirlər ki, telefonu hamamdan tapdığını etiraf elə”.

“Buna cavabdeh Aslan Aslanov və onun oğlu Turqay Aslanovdur”

Məlahət İsmayılova qeyd edib ki, ömürlük cəza alan oğluna yeni ittihamlar irəli sürmək istəyirlər. Onun sözlərinə görə, istintaqı aparlanrdan oğlunun işini düzgün aparmağı tələb edib: “Müstəntiqlə görüşdük və o bildirdi ki, oğlumu əlavə olaraq 6 ay cəza gözləyir. Müstəntiqə dedim ki, oğlum ömürlük cəza çəkir. Biz indi ömürlük cəza alan oğluma 6 ay cəzanın verilməsi ilə bağlı qərarı gözləyirik. Həmin qərardan şikayət eədəcəyik”.

“Aslan Aslanovun oğlu Turqay Aslanov Ədliyyə Nazirliyində çalışır. Qorxuram ki, bu məsələlərin arxasında onun əli olsun. Oğlumu hər hansı yolla aradan götürə bilərlər. Odur ki, mətbuat vasitəsilə, bütün aidiyyəti orqanlara çatdırıram ki, əgər oğlumun başına bir iş gəlsə, buna cavabdeh Aslan Aslanov və onun oğlu Turqay Aslanovdur”, -deyə məhkumun anası bildirib.

Azadlıq ümüdü

Qeyd edək ki, Şəmkirin keçmiş icra başçısı, daha sonra Kənd təsərrüfatı nazirinin müavini olmuş Aslan Aslanovun oğlu Ruslan Aslanovun ölümünə görə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyevə isə müddətli cəza alıb.

Sözügedən ölüm işlə əlaqədar təxminən 13 illik həbsdə saxlanılan Lamiyə Quliyeva azadlığa çıxdıqdan sonra özünü bu cinayətdə günahsız bilən Vüqar da xeyli ümidlənib. Buna görə də keçən ildən başlayaraq, azadlığa çıxmaq uğrunda mübarizəyə başlayıb.

Ömürlük azadlıqdan məhrum edilmiş məhkumların saxlanıldığı Qobustan qapalı həbsxanasında etirazın yeganə formasını aclıq aksiyası keçirməkdə görən Vüqar Əliyev həbsxana əməkdaşları tərəfindən təzyiqlərlə üzləşib.

Hər gün kars, işgəncə

Vüqar Əliyev keçən il oktyabrın 3-də aclıq etdiyi üçün 5 gün, noyabrın 30-da keçirdiyi aksiyaya görə isə 10 gün “kars” cəzası alıb. Bu il mayın 21-də isə Qobustandakı qapalı həbsxanada yenidən aclıq aksiyası keçirdiyi üçün 10 sutka ”kars”a salınıb.

Cinayətin tarixçəsi

Xatırladaq ki, Vüqar Əliyev o dövrdə nişanlısı olmuş Lamiyə Quliyeva ilə birlikdə yaşadıqları Şəmkir rayonunun icra başçısının oğlu Ruslan Aslanovu qətlə yetirməkdə təqsirləndirilərək həbs olunub. Ağır Cinayətlərə Dair Işlər üzrə Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il (hadisə baş verərkən Lamiyənin 16 yaşı tamam olmamışdı və qanun yetkinlik yaşına çatmayan şəxsə 10 ildən artıq cəza verilməsini qadağan edir) azadlıqdan məhrum edilmişdi. Həbsxanada olduğu müddətdə Lamiyə Quliyevanın cəzası daha iki dəfə artırılmış, 2015-ci ilin

əvvəlində o, cəzaçəkmə müəssisəsində uşaq dünyaya gətirəndən sonra azadlığa buraxılmışdı.

Vüqar Əliyev günahsız olduğunu bildirir və işinə yenidən baxılması, ömürlük cəzanın müddətli həbslə əvəz olunması üçün dəfələrlə aidiyyəti orqanlara müraciət edib.

İllərin işgəncələri

Xatırladaq ki, son vaxtlar Qobustan Həbsxanasında dözülməz şərait yaranıb. Pentensiar Xidmətə Nazim Ələkbərov rəhbərlik edən dövrdə Qobustan Qapalı Həbsxana əməlli-başlı işgəncə yuvasına çevirilmişdi. Həmin dövrdə həbsxanaya rəhbərlik edən Kazım Abdullayev həbsxanada ömürlük məhkumlara zülm edirdi. Onun zülümündən bezən məhkumlardan özünü asanlar da olmuşdu. Hətta həmin dövrdə ömürlük məhkumlardan biri kamerada diri-diri yandırılmışdı.

Amma Mədət Quliyev bu qrumu rəhbər təyin olunandan sonra cəza çəkmə müəssisələrində vəziyyət qisməndə olsa nəzarətə götürüldü. Belə olan halda da qapalı həbsxanalardan şikayətlərin sayı azalmağa başladı.

Kadr ishalatları çərçivəsində Mədət Quliyev bir sıra cəza çəkmə müəssisələrinin rəhbərlərini ədliyyə orqanlarından qovdu. Bunlardan biri də Qobustan Həbsxanasının rəisi Kazım Abdullayev olub. Töhmətlə vəzifəsindən kənarlaşdırılan Kazım Abdullayev həmçinin ədliyyə orqanlarından da xaric edildi. Bundan sonra Qobustan Həbsxanasına rəis ədliyyə polkovniki Fikrət Qafarov təyin edilib.

Yeni rəis nə vəd edir?

Mədət Quliyev Pentensiar Xidmətinin rəisi vəzifəsindən çıxarılandan sonra cəza çəkmə müəssisələrində yenidən özbaşınalıq hökm sürməyə başlayıb. Bu günlərdə Qobustan Həbsxanasından həyəcanlı xəbərlər gəlməyə başlayıb. Həbsxanada cəza çəkən ömürlük məhkumlara işgəncə verdiyi iddia olunur.

O da iddia olunur ki, Mədət Quliyevin xidmətdən kənarlaşdırdığı şəxslər yenidən Qobustan Həbsxanasına rəhbər səviyyə gətirilib. Bu da işgəncə faktlarının artması ilə bağlı iddiaları ortaya qoyur.

Ötən həftə Pentensiar Xidmətə yeni rəis təyin olunub. Bu vəzifəyə polis general-mayoru Ceyhun Həsənov təyin edilib. Ceyhun Həsənov bu təyinata qədər Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.

Xatırladaq ki, Penitensiar Xidmətin bundan əvvəlki rəisi Mədət Quliyev olub. Mədət Quliyev Azərbaycan Respublikası Prezidentinin 20 oktyabr 2015-ci il tarixli sərəncamı ilə milli təhlükəsizlik nazirinin birinci müavini, Prezidentin 14 dekabr 2015-ci il tarixli sərəncamı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib.

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Nazir müavini sui-qəsddə itiiham olunur

    Nazir müavini sui-qəsddə itiiham olunur ...

    20-08-2013, 19:50

  • 
  • Qobustanda 19 məhbus aclıq aksiyası keçirib

    Qobustanda 19 məhbus aclıq aksiyası keçirib ...

    11-05-2013, 12:12

  • 
  • Qobustan məhbuslarından tələb gəldi

    Qobustan məhbuslarından tələb gəldi ...

    24-04-2013, 11:24

  • 
  • “Lamiyə işi” böyüyür

    “Lamiyə işi” böyüyür ...

    20-02-2015, 00:44

  • 
  • Keçmiş icra başçısının oğlunun ölümünə görə həbsdə olmuş Lamiyə ölkədən getdi

    Keçmiş icra başçısının oğlunun ölümünə görə ...

    12-02-2018, 20:19


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu