Həbsxana rəisi ömürlük məhkum Şakir Rzaxanovu karsda 9 gün ac-susuz saxlayıb
Daha bir ömürlük məhkumdan İlham Əliyevə müraciət edildi
Həbsxanada yaradılan dözülməz şəraitdən, məhkumlara edilən haqsızlıqdan söhbət açılır
Qobustan Həbsxanasında ömürlük məhkumlara işgəncə verməkdə, onları hədə-qorxu altında saxlanılmaqda davam edir. Bu işgəncələrin başında həbsxana rəisi Fikrət Qafarov dayanır. Son illər bu həbsxanada işgəncə faktları xeyli azalmışdı, hətta Pentensiar Xidmətə Mədət Quliyev rəhbər gətiriləndən sonra işgəncə faktları tamami ilə aradan qaldırlımışdı. Mədət Quliyevin dövründə həbsxanada müəmmalı ölümləri sayı azalmışdı. Mədət Quliyevin ilk sərəncamlarından biri də həbsxanaya rəhbərlik edən Kazım Kazımovu vəzifəsindən kənarlaşdırmaq olmuşdu.
Hətta onun qanunsuz əməlləri ilə bağlı xidməti yoxlama aparılmağa başlanılmışdı. Bu yoxlamaların nəticəsi olaraq Qobustan Həbsxanasında qanunsuz əməllərə yol verən vəzifəli şəxslər öz vəzifəsindən kənarlaşdırılmışdı.
Amma son bir ilə yaxın müddətdə həbsxanada həyəcanlı xəbərlər gəlməkdə davam edir. Ömürlük məhkumlara işgəncə verilməsi halları artıb, həbsxanada müəmmalı ölüm halları artmağa başlayıb.
Mayın 12-də redaksiyamıza Qobustan həbsxanası ilə bağlı həyəcanlı xəbərlər gəldi. Həbsxana rəisinin sifarişi ilə ömürlük azadlıqdan məhrum olunan Şakir Ramazanova dəhşətli işgəncə verilməsi faktı ortaya çıxıb.
Bununla bağlı ömürlük məhkumun anası, ömürlük məhkumların hüquqlarının müdafiə komitəsinin rəhbəri Müslümat Rzaxanova ilə əlaqə saxladıq. Müslümat Rzaxanova bildirib ki, Qobustan
Həbsxanasının rəisi Fikrən Qafarov dövlətimizin “Həbs yerlərində şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” dövlət başçısını 20 iyun 2014-cü il tarixlşi təsdiq etdiyi qanunu tanımaq istəmir: “Fikrət Qafarov məhbuslara qarşı qəddar davranışlarını arxayınlıqla davam etdirir. Mətbuat vasitəsi ilə məhkumlara qarşı töərədilən qəddarlıqla bağlı dövlət başçıısına müraciət etməyə məcburam. Həbsxanada zəruriyyət yarandığı və təcili ehtiyacı olan xəstə məhbusların müalicə müəssisəsinə getməsini, həkim yox, məhz həkimlərin səlahiyyətlərini mənimsəyən həbsxana rəisi tərəfindən icazə verilir. Bu icazəni rəisdən hər məhbus ala bilmir. Həbsxana rəisi özünün “lazım bildiyi” məhbusa icazə verir, təcili tibbi yardıma ehtiyacı olan məhbusa isə icazə vermir”.
“Oğlum karsda 9 gün aclıq keçirib”
Müslümat Rzaxanova qeyd edib ki, uzun müddətdir həbsxana rəisi ömürlük cəza çəkən Şakir Rzaxanova qarşı qəddarlıqlarını davam etdirir: “Buna səbəb isə həbsxana rəiisinin məhbuslara qarşı qəddarlıqları, həbsxanada baş alıb gedən özbaşınalıqlar, kobud qanun pozuntuları, məhbusların şəxsən rəisin iştirakı ilə işgəncələr verməsi barədə əlaqədar rəhbərliklərə və dövlət başçısına müraciət etmək istəməsidir. Həbsxana rəisi bütün müraciətləri, kobud qanun pozuntuları ilə ancaq açıq zərfdə qəbul edir, senzuradan keçirir və ünvanına göndərmir. Nəticədə isə həmin məhbus işgəncələrə məruz qalır. Belə məhbuslardan biri də Şakir Rzaxanovdur”.
Komitə sədrinin sözlərinə görə, 27 aprel tarixdə həbsxanada məhbusların rengen müayinəsi üçün gələn həkim briqadası bütün məhbusları müayinə etməli imiş: “Şakir həkimə yaxınlaşaraq dişlərinin müalicəsi problemi ilə xəstəxanaya gedəcəyini və orada bütün müayinələrin mütləq olduğu üçün rengen müayinəsini 2 dəfə keçməli, bu da onun səhhətinə təsir edəcəyini bildirib. Həkim Şakirə “problem deyil, şəxsi hüququndur, necə istəyirsən”, - deyə razılıq verib. Bu zaman həbsxana rəisi təhqiramiz surətdə Şakiri
“qandallayıb aparın karsa” əmrini verərək ona səbəbini bildirmədən 10 gün cəza verib. Bu da rəisi sakitləşdirməyib, Şakirə verilməli gündəlik qidalara da məhdudiyyət qoyub. Bu səbəbdən karsda 8 gün aclıq keçirib ki, həbsxana rəisi onu qəbul edib. Nəinki rəis, onu hər an təhqir və təzyiqlərə məruz qoyan rəis müavini Tahir Yusifov onu qəbul etməyib. Çox ağır mədə ağrılarından əziyyət çəkən Şakir 9-cu gün qida qəbul etmək məcburiyyətində qalıb. 10 gündən sonra da Şakiri hər hansı həbsxana rəhbərliyi qəbul etməyib, onun hansı səbəbdəb həyatı üçün vacib səndlərini belə saxtakarlıqlarla yararsız hala salınmasının səbəbi barədə onun sualına cavab verən olmayıb”.
“Həbsxana rəisi məhkumdan 5 manat tələb edir”
Müslümat Rzaxanova bildirib ki, 20 ildir həbsxanadan hər hansı məhbusun etibarnaməsində imzasını, notariat qaydasında həbsxana rəisləri təsdiq edib və məhbusdan hər hansı pul məbləği tələb olunmayıb: “Hazırda həbsxana rəisi 1997-ci ildən ardıcıllıqla mənə verilən etibarnaməsində oğlum Şakirin imzasını təsdiq etmək üçün heç vaxt pul ödənilməyib, bizdən tələb etməyiblər. İndi Fikrət Qafarov ondan 5 manat pul ödəməsini tələb edib, Şakirdə bu məbləğ olmadığına görə etibarnaməsində onun imzasını təsdiq edib göndərmir. Əgər belə bir qanun qəbul edilibsə, bu məbləği məhbusdan tələb etməmişdənbu haqda məlumat vermək lazım idi. Qobustan Həbsxanasının rəisi əvvəl işlədiyi cəzaçəkmə müəssisələrində məhbuslara qarşı qəddarlıqlarına görə aksiyalar keçirmişdşlər, damlara çıxıb etirazlarını bildirmişdilər. Adını “bunt” qoydular. Nəticədə Firkət Qafarov yox, məhbuslar işgəncələrlə cəzalandırıldılar. İndi də Qobustanda məhbuslara divan tutur. Məhbus anaları tərəfindən Qobustan Həbsxanasında son zamanlar az qala hər gün məhbus ölümü baş verməsindən narahatıq. Bu ölümlərin səbəbi Fikrət Qafarovun saxlama şəraitini dövlət qanunları ilə yox, öz qəddar şəxsi metodları ilə yaradıb. Bu qəddarlıqların qarşısının alınmasına kömək etməsini prezdent İlham Əliyevdən mətbuat vasitəsi ilə yinizi xahiş edirik”.
“Məhbuslara hədə-qorxu gəlirlər”
Bu arada daha bir ömürlük məhkuma işgəncə verilməsi faktı ilə bağlı müvafiq qurumlara müraciət edilib. Qobustan Həbsxanasına cəza çəkən ömürlük məhkum Ceyhun Qəribovun qardaşı Taleh Qəribov həbsxanada qardaşına qarşı edilən haqsızlıqla bağlı prezident İlham Əliyevə, baş prokuror Zakir Qaralova, Ombudsman Elmira Süleymanovaya müraciət edib. Ömürlük məhkum müraciətinin bir nüsxəsini də redaksiyamıza göndərib.
Taleh Qəribov müraciətində qeyd edib ki, illərdir Qobustan Həbsxanasında məhbusların saxlanma şəraitinin son dərəcə dözülməz olub, məhbuslara qarşı qeyri-insani münasibət, məhbusların daim işgəncələrə məruz qalması barədə məlumat verərək, bu qəddarlıqların qarşısının alınması ilə əlaqədar müraciətlərə respublikamızda münasibət bildirən olmadı: “Bu səbəbdən məsuliyyətsizliyə arxalanan həbsxana rəisi məhbuslarla hədə-qorxu, ancaq dubinka ilə danışaraq, qolu qandallı qul vəziyyətində saxladığı barədə hətta mətbuatda məlumat yayılıb. Belə məhbuslardan biri ömürlük cəza çəkən qardaşım Qəribov Ceyhun Əhəd oğludur”.
“Müracətimiz araşdırılması üçün həbsxana rəisinə göndərilir”
Məhkum qardaşının sözlərinə görə, Ceyhun həbsxana rəhbərliyi tərəfindən mənəvi və fiziki işgəncələrə məruz qalaraq, hər an həyatına təhlükə yaradılıb: “Buna səbəb hesab edirəm ki, həm imkansızlığımız, həmdə kiminsə sifarişlə həyata keçirilir. Çünki, illərlə davam edən, qardaşımın həyatına yaradılmış təhlükənin qarşısının alınması üçün respublikamısın bütün əlaqədar nazirlik və idarələrə müraciət etsəm də, baxan olmadı. Şikayətlərimiz futbol topu kimi bir-birinə ötürülür, sonda ondan şikayət etdiyimiz həbsxana rəisinə “araşdırılaraq ərizəçiyə cavab verilməsi üçün” göndərilir. Nəticədə həbsxanada illərlə məhbuslara qarşı qəddarlığı, işgəncələrilə məşhur olan Adil Şirməmmədovun “öhdəsinə” verilir. Bütün bu hallar barədə eyni zamanda bir başa aidiyyəti olan insan haqları üzrə
müvəkkil xanım Elmira Süleymanovaya, baş prokurora müraciət etmişdim. Lakin müraciətimə həbsxana rəisi tərəfindən tərtib edilmiş saxta, cavablarda “qardaşıma qarşı hər hansı qanunzidd hərəkətə yol verilmədiyi” bildirilirdi”.
Ömürlük məhkumun qardaşı müraciətində daha sonra qeyd edib: “Halbuki, bu cavabları alanda, qardaşımın zorakıliqla, qəsdən köçürüldüyü kamerada onunla düşmən münasibətdə olan Qüdrət adlı məhbus tərərfindən bədən xəsarəti almışdı və aldığı bədən xəsarətləri hələ sağalmamışdı. Bu barədə baş prokurora göndərdiyim təkrar şikayətim, araşdırılması üçün Ədliyyə Nazirliyinə göndərmişdi. Lakin bu günə kimi nazirlikdən mənim şikayətimə münasibət bildirilmədi. Məhz bunun nəticəsidir ki, oktyabr ayında qardaşım həbsxna rəisinin qəbuluna gəlib, kamerasını dəyişməsini xahiş etdik, həbsxana rəisi Fikrət Qafarov dubinka ilə qardaşımın başına zərbələr endirib , oradan çıxararaq karsa aparılıb və orada da Adil Şirməmmədov tərəfindən amansızcasına döyülüb, cəzalandırılıb. Bu barədə əlaqədar rəhbərliklərə təkrar şikayətim ilə əlaqədar Penitensiar Xidmətin təhqiqat şöbəsinə çağırılmışdım və orada bu barədə ətraflı izahat da yazmışdım. Aldığım cavabdan sarsıldım. Bu şikayətimə də qardaşıma qarşı hər hansı qanunazidd hərəkətin olmadığı bildirilir”.
“Prezdentdən kömək istəyirik”
Taleh Qəribov müraciətində prezident İlham Əliyevdən dövlətimizin ali qanunlarına hər birimiz hörmətlə yanaşdığını qeyd edib: “Mənim qardaşım qanuna müvafiq qaydada cəzasını çəkmək üçün həbsxanada dözülməz şəraitdə saxlanılır. Həbsxana rəisinin qəbuluna yazılaraq qəbula getmiş qardaşım, onun saxlandığı kamerasının dəyişməsini xahiş edəcəkdi. Fikrən Qafarov qardaşımı dinləmək əvəzinə, “onu narahat etdiyinə görə” şəxsən özü dubinka ilə qardaşımın başına zərbələr endirərək döyüb, təhqir edib, kabinetindən çıxardırılaraq, əlləri arxadan qandallanıbvə Adil Şirməmmədov karsa aparıb. Orada qartdaşıma amansız işgəncələrə məruz qoyaraq cəzalandırılıb. Bu
barədə şikayətimə də “qardaşıma qarşı hər hansı qanunazidd hərəkətə yol verilmədiyi” barədə cavab almışam”.
Taleh Qəribovun sözlərinə görə, baş prokuror Zakir Qaralova ünvanladığı şikayətim araşdırılması üçün Ədliyyə Nazirliyinə göndərilir: “Ombudsmana şikayətim Penitensiar Xidməti İdarəsinə göndərilir, oradan həbsxanaya araşdırılması üçün göndərilir. Şikayətimin nəticəsi isə həbsxana rəisinin qardaşıma öz kabinetində şəxsən dubinka ilə başına zərbələr endirərək, karsa aparıb, orada amansız işgəncələr verməklə, saxta cavablar tərtib edilərək şikayətimi cavablandırır. Möhtərəm prezident, həbsxana rəisi tərəfindən qardaşıma qarşı davam edən bu saxlanma şərait onun həyatına qəsdən yaradılmış real təhlükədir. Sizdən xahiş edirəm ki, bu təhlükənin qarşısının alınması üçün ədalətlə, qanun çərçivəsində araşdırılıb tədbir görülməsi üçün əlaqədar rəhbərliklərə göstəriş verəsiniz”.
“Qardaşımın həyatına təhlükə var”
Taleh Qəribov əlavə edib ki, Qobustan Həbsxanasında uzun müddətdir ömürlük cəza çəkən qardaşı Ceyhun Qəribovun saxlanma şəraitində dözülməz qəddarlıqlara məruz qalması ilə əlaqədar baş prokuror Zakir Qaralova müraciət edib: “Qardaşımın həyatına yaradılmış təhlükənin qarşısının alınmasına baş prtokurordan kömək istəmişdim. Eyni zamanda eyni məzmunlu müraciət ilə insan haqları üzrə müvəkkil xanım Elmira Süleymanovaya da mraciət etmişdim. Lakin müraciətimə aldığım cavablar məni bir daha baş prokurora müraciət etməyə məcbur edib. Cənab baş prokuror, sizə göndərdiyim müraciətimin araşdırılması üçün Ədliyyə Nazirliyinə göndərildiyi barədə Baş Prokurorluqdan cavab aldım. Lakin bu günə kimi nazirlikdən qardaşımın vəziyyəti ilə maraqlanan olmayıb. Müraciətimə İnsan haqları üzrə müvəkkil Elmira xanım Süleymanovadan aldığım cavabda qeyd olunub ki, ərizəmi araşdırılıb, onlara cavab verilməsi tələbi ilə Penitensiar Xidməti rəisinə göndərildiyi bildirilib. Penitensiar Xidmətindən aldığım cavabda isə
şikayətim guya aradırılaraq, qardaşıma qarşı hər hansı qanunazidd hərəkətlərə yol verilmədiyini, müəyyan etdiklərini bildirirlər”.
Taleh Qəribov bildirib ki, ömürlük cəza çəkən qardaşı Ceyhun Qəribovla telefon danışığından sonra məyyus qalıb: “Qardaşımla telefon danışığı zaman məlum oldu ki, müraciətimlə əlaqədar istər Ədliyyə Nazirliyindən, Penitensiar Xidmətindən, istərsə də Ombudsmanın hər hansı nümayəndəsi onunla maraqlanmayıb. Lakin Penitensir Xidmətindən aldığım cavab həbsxanada məhbusların, eyni zamanda üzərində xəsarətləri olan qardaşımın saxlanma şəraitinin dözülməz həddə olduğunu bir daha təsdiq edir. Bu səbəbdən Sizə müraciət etməyə məcbur olmuşdum. Cənab baş prokuror, xahiş edirəm ki, qardaşıma qarşı hazırda davam edən dözülməz saxlanma şəraitini, işgəncələrlə aldığı bədən xəsarətini belə təkzib edən Penitensiar Xidməti tərəfindən aldığım cavaba münasibətinizi bildirib, qardaşımın həyatına yaradılmış real təhlükənin qarşısını almağa kömək edəsiniz”.
Sorğu
Yeni dizaynımız necədir?