GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » İqtidar böyük güclərlə seçki savaşında

İqtidar böyük güclərlə seçki savaşında

Tarix: 21-04-2013, 12:59 Bölmə :Manşet Baxış: 727
İqtidar böyük güclərlə seçki savaşında

Seçkiöncəsi rejim siyasi labirint burulğanına düşüb

Birləşmiş Ştatların demokratiyanı neftə qurban verməyəcəyi mesajının pərdəarxası məqamları

ABŞ Dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisinin müavini Thomas Melia son dörd ayda ikinci dəfə Azərbaycanda olub. Dekabrda AzadlıqRadiosuna müsahibəsində Thomas Melia Azərbaycan hakimiyyətini ATƏT kimi beynəlxalq qurumlar qarşısında öhdəliklərini yerinə yetirməyə çağırırdı. Ötən dörd ayda Azərbaycanda gənc fəallar həbsə atılıb, Milli Demokratiya İnstitutunun ətrafında qalmaqal baş verib, hakimiyyət ATƏT-in Bakı ofisinin statusunun endirilməsi üçün müraciət edib.
Thomas Melia AzadlıqRadiosuna müsahibəsində sonuncu məsələdə ABŞ-ın hazırkı mandata tərəfdar olduğunu deyir, MDİ ilə bağlı yazılanları və deyilənləri uydurma sayır. Eyni zamanda, ABŞ-ın Azərbaycandan heç nə tələb etmədiyini də vurğulayır: “Biz Azərbaycanı demokratik niyyətlərinə doğru irəliləməyə dəvət edirik. ATƏT-ə qoşulmaqla illər boyu formalaşan konsensus prosesinin bir hissəsi olmasını, ifadə, toplaşma azadlıqlarına əməl etməsini, real seçki keçirməsini istəyirik. Azərbaycan hökuməti bütün bu öhdəlikləri imzalayıb.” Thomas Melia «Turan» informasiya agentliyinə müsahibəsində Birləşmiş Ştatların demokratiyanı neftə qurban verməyəcəyini də xatırladıb.
Ötən həftə prezident İlham Əliyev Rusiya televiziyasına müsahibəsində heç bir qüvvənin Azərbaycanı nəyə isə vadar edə bilməyəcəyini demişdi. O, bu sözləri Qəbələ RLS-in qapadılmasının amerikalıların təzyiqi ilə bağlı olub-olmamasına dair jurnalistin sualını cavablarkən söyləmişdi. Bəzi təhlilçilər bunu bir tərəfdən Qərbin təzyiqlərinə mesaj sayır, bəziləri də elə Rusiyanın özünə, sonuncudan daha çox dəstək qazanmağa yönəldiyini düşünür.
ABŞ-ın Azərbaycanla münasibətlərində bundan sonra demokratiya və insan haqlarına daha böyük önəm verəcəyini gözləmək olarmı? Politoloq Leyla Əliyevanın fikrincə, məsələ Azərbaycanın ABŞ-dan ötrü üstün ölkələr sırasında olmamasındadır. Ekspert düşünür ki, Qafqaza maraq azalıb, Demokratlar Respublikaçılardan fərqli olaraq xarici ölkələrə elə də sərt müdaxiləni xoşlamırlar. O, ABŞ üçün Rusiya, İran, Əfqanıstan, İraq və Çini daha vacib ölkə sayır: «Onlar daha çox Rusiya ilə birbaşa siyasətə diqqət yönəldirlər. Əlbəttə, İran da var, ancaq İran məsələsi də, məncə, elə də ön planda deyil. Respublikaçılar Rusiyanın, İranın zəiflədilməsində Azərbaycandan yararlanırdılar. Gürcüstana demokratiya ilə bağlı diqqət yönəldirdilər, sərmayə qoyurdular». Politoloq seçki yaxınlaşdıqca, bütün aktyorların ehtiyatlı davrandığını vurğulayır. Seçkilərin nəticəsi çox qeyri-müəyyən olduğu üçün hər hansı yanlış bəyanat və ya hərəkətdən hamı ehtiyatlanır. Leyla Əliyeva ABŞ-ın regiondakı siyasətinin bir müddət dəyişməz qalacağını, supergücün ölkədə qüvvələr balansına diqqət yetirəcəyini düşünür: «Burada fəallıq, ciddi qarşıdurma olsa, müdaxilə etməyə, dəstək verməyə məcbur qalacaqlar. İndilik, ciddi bir dəyişiklik gözləmirəm».
Politoloq Zərdüşt Əlizadə hələ də köhnə bayatıların çalındığını deyir. «Son 22 ildə Azərbaycana çox Melialar gəlib-gedib. Bu Melia gedəcək, başqa Melia gələcək», - deyən politoloq vurğulayır ki, illərdir ABŞ Azərbaycan hakimiyyətini demokratiya yoluna dəvət edir, ancaq eyni zamanda neft, qaz, tranzit məsələlərində əməkdaşlığını sürdürür. Politoloq seçki ilində təzyiqlərin nəyi isə dəyişəcəyinə də inanmır, çünki onun fikrincə, Azərbaycanda seçki keçirilmir: «Azərbaycanda mərasimlər var – toy, yas mərasimi var, bir də var seçki mərasimi. Seçkidə kimin qalib gələcəyi əvvəlcədən bəllidir. Ancaq mütləq gərək «vağzalı» çalınsın, kimsə oynasın, kimsə gətirsin pul atsın... Yəni, mərasimin bütün ayinləri göz qabağındadır, hamısı da olacaq, narahat olmayın, ürəyinizə də salmayın. Əminəm ki, İlham Əliyev qalib gələcək. Çünki neft-qaz pulları qurtarmayıb. Rüşvət, alver, torpaq pulları tükənməyib. Xarici kreditlər gəlirsə, hamısı həzmi-rabedən keçirilməlidir». Zərdüşt Əlizadə Azərbaycanın indiki aktuallığının yalnız İranla bağlı olduğunu deyir: «İranın zəbtində Azərbaycandan istifadə etmək istəyirlər, Azərbaycan da bu yola qoşulub. Cənubi Azərbaycan məsələsi, cənubdakı azərbaycanlıların şimaldakı kimi xoşbəxt edilməsi planlarından danışır və sairə».

Arifə Kazımova
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ABŞ Dövlət Departamentinin rəsmisi Bakıya niyə gəlib?

    ABŞ Dövlət Departamentinin rəsmisi Bakıya niyə ...

    10-12-2012, 14:55

  • 
  • Müxalifət Tomas Melia ilə görüşdü

    Müxalifət Tomas Melia ilə görüşdü ...

    18-04-2013, 10:09

  • 
  • ABŞ-lı diplomat hakimiyyəti rüsvay etdi

    ABŞ-lı diplomat hakimiyyəti rüsvay etdi ...

    11-12-2012, 17:32

  • 
  • ABŞ-dan Azərbaycana demokratiya çağırısı

    ABŞ-dan Azərbaycana demokratiya çağırısı ...

    8-07-2013, 23:20

  • 
  • ABŞ diplomatına İlqar Məmmədovla görüş imkanı verilməyib

    ABŞ diplomatına İlqar Məmmədovla görüş imkanı ...

    18-04-2013, 10:08


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu