GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Azərbaycan mediası ölüm ayağında

Azərbaycan mediası ölüm ayağında

Tarix: 24-04-2013, 11:06 Bölmə :Manşet Baxış: 774
Azərbaycan mediası ölüm ayağında

Avtorutar rejim azad mediaya qarşı savaş açıb; Əksər KİV-ləri
öz sırasında birləşdirən “Mətbuat Şurası” və onun rəhbəri Əflatun Amaşov
isə susqunluqla bu prosesin sıradan bir müşahidəçisinə çevrilib


19-cu yüzilin sonu və 20-ci yüzilin əvvəllərində nəşr olunan “Əkinçi”, “Kəşkül”, “Fyuzat”, “Həyat”, “Babayi Əmir”, “İrşad”, “Kaspi” və digər qəzet və jurnallar nəinki Azərbaycanda, Qacarlar dövlətində, eləcə də bütün Qafqazda, Anadoluda, Orta Asiyada, Misirdə, Krımda, Volqaboyu, Sibir regionlarında belə yayılırdı. İndi tirajı 10 min nüsxəyə qədər olan mətbu orqanların belə müstəqil Azərbaycanın bütün regionlarında yayılması çox böyük problemlərə səbəb olub. Çünki iqtidardan asılı olmayan müstəqil qəzet və jurnalların maliyyə resursları düz 14 ildir ki, çökdürülüb və bu proses hələ də davam edir. Az qala sayı 20-yə yaxınlaşan Jurnalist Təşkilatlarının isə bu istiqamətdə sükuta dalması, ildə bir dəfə ümumi narazılıq görüntüsü yaratması da başa düşülən deyil.

İnkişaf etmiş ölkənin çökmüş KİV-i

Neçə ildir hakimiyyət yorulmadan təbliğat aparır ki: “Azərbaycan dünyada analoqu olmayan böyük sürətlə inkişaf edir”. Hər bir mədəni və inkişaf edən ölkənin gücü onun azad KİV-nin olması ilə dəyərləndirilir. Bəs analoqu olmayan sürətli inkişaf niyə KİV sektorunda müşahidə olunmur? Tamamilə hakimiyyətin birbaşa təbliği ilə məşğul olan və adi bir maklaturadan başqa heç nəyə yaramayan çoxsaylı qəzet və jurnalların bahalı nəşrləri əslində cəmiyyətin dinamik şəkildə inkişafı, informasiya almaq imkanlarını məhdudlaşdıran amillərdən birinə çevrilib. Çünki ölkənin milli gəlirlərinin bir hissəsi cəmiyyətdə “kütləvi psixoz”, “birtərəfli təlqin” siyasətinə hesablanmış formada cərəyan edir. Digər yandan isə, KİV-ləri təmsil edən bir sıra jurnalist təşkilatları bu siyasətin yedəyində gedən stukturlara çevriliblər. Bunu adi bir örnəklə də sübut etmək olar.
20 ildir ölkədə təkhakimiyyətlilik siyasətini dərinləşdirən YAP, bu gün dünyanın gözünə kül üfürmək üçün Milli Məclisdə adı olub, özü olmayan bir sıra siyasi partiyaların adına “çoxpartiyalı parlament” görüntüsünü yaradıb. Əslində Ana Vətən, Sosial Rifah, Demokratik Azadlıqlar, Vətəndaş Cəmiyyəti, Böyük Quruluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi və.s. partiyalarının heç bir sosial və ictimai dayaqları yoxdur. Bu “cib partiyaları” əslində keçmiş kommunistlərin adını dəyişdirərək YAP adı altında siyasi rejimi məngirləmiş gücün yedək dərnəkləri qismində hərəkət edirlər. Onların siyasi rejimin müəyyən etdiyi cizgilərdən kənara çıxmağa hüquqları belə yoxdur. Belə bir siyasi düstur eynilə mətbuata da sirayət etmişdir. Guya müstəqil KİV-lər və jurnalist təşkilatları mövcuddur. Bununla da cəmiyyətin rəngarəng və geniş palitrası müəyyənləşdirilir. 1998-ci ildən müstəqil KİV-lərə reklam verilməsinin qeyri-rəsmi şəkildə yasaq edilməsi, hər hansı şirkətin media holdinqi yaratmasının qarşısının alınması rejimin ən böyük fəsadlarından birinə çevrilib. Bununla da KİV-lərin müstəqilliyi tamamilə onların əlindən alınıb.
KİV-lə bağlı digər problem isə əhalinin maddi cəhətdən alıcılıq qabiliyyətinin aşağı olmasıdır. Çünki insanların orta aylıq gəlirləri onların sadəcə ərzaq ehtiyaclarına belə güclə çatır. Müstəqil KİV-lərin birləşərək holdinqlər qurması, mətbəə açması, dövlətdən və ya banklardan kredit götürərək müasir standartlara cavab verə biləcək texnoloji imkanlarını gücləndirmələri isə sadəcə bir xəyaldır. Əksər müstəqil KİV-lər yerləşdikləri redaksiya otaqlarının adicə icarə haqqını belə zorla ödəmək kimi çətin durumu yaşamağa məhkum ediliblər.

Jurnalist olmaq əzabı

Müstəqil KİV-lərdə işləyən jurnalistlərin orta aylıq gəlirləri 250 manatdan yuxarı deyil. Halbuki, hakimiyyətin nəzarətində olan KİV-lərdə çalışanların aylıq gəlirləri orta hesabla 500-700 manat arasındadır. Respublika Həmkarlar İttifaqları Konfederasiyasının elan etdiyi kimi ölkədə bir nəfərin acından ölməməsi üçün indiki şəraitdə minimum bazar zənbilinin ehtiyacları 350 manat, işləyən hər bir vətəndaşın minimum ehtiyacı 500-600 manat təşkil edir. Buna görə də jurnalistika sahəsi inkişaf edə bilmir. Bakı Dövlət, Təfəkkür, Xəzər, Qafqaz, Azərbaycan, Qərb, Asiya və digər universitetlərdə ildə orta hesabla 400-500 nəfər jurnalistika fakültəsini bitirən gəncliyin işsiz qalmasının əsas səbəblərindən biri də onların normal maaşla təmin oluna bilməmələridir. Hakimiyyətyönlü KİV-lərdə bu gənc jurnalistlərin istedadını üzə çıxarmaları üçün heç bir şərait yoxdur. Çünki onlar “YAP MONOLOQU”nun inzibati amirlik siyasətinin süzgəcindən kənar fikir söyləməkdən tamamilə məhrum qalmışlar. Müstəqil KİV-lərə üz tutan istedadlı gənc jurnalistləri isə əzablı, keşməkeşli bir acı həyat gözləyir. Burada dözmək, illərlə davam edən əzablara qatlaşmaq, inkişaf etmək hər gün ölümlə üz-üzə qalmaq mənəvi sarsıntılara səbəb olur. Jurnalist olmaq sadəcə hansısa informasiyanı əldə edərək KİV-də nəşr etməkdən ibarət deyil. O, həm də hər gün nələrisə mütaliə etməlidir. Digər mətbu orqanları və yeni nəşr olunan kitabları oxumalı və özünün intellektual səviyyəsini artırmağa çalışmalıdır. Bütün bunlara indiki jurnalistikada rast gəlmək çox nadir hadisə hesab olunur.

Susqun jurnalist təşkilatları

Azərbaycan mədəni dünya ilə harmonik şəkildə uzlaşan proseslərdən xeyli kənarda qalıb. Qonşu Türkiydə adicə dönərçilər, çəkməçilər, halvaçılar, çörək bişirənlər, bostançılar, əl yayımında qəzet satanlar, dəmirçilər və digər bütün peşə sahibləri ayrı-ayrılıqda dərnəklər, cəmiyyətlər, hətta həmkarlar ittifaqları yaradıblar. Onlar öz hüquqları çərçivəsində istənilən tədbirləri keçirir və mövcud problemlərin həllində anındaca operativ şəkildə hərəkət edə bilirlər. Qərbdə KİV-lərlə bağlı hər hansı bir aksiya hakimiyyətin siyasətindən daha üstün bir olay hesab olunur. Bütün bunları Azərbaycandakı KİV-lərin fəaliyyətlərində müşahid etmək qeyri- mümkündür. Mətbuat Şurası və digər jurnalist təşkilatları daha çox keçmiş Sovetlər Birliyi dönəmindən miras qalmış ələbaxımlılıq sindromunu aşa bilmirlər. Məsələn, “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov terror olunaraq öldürüləndə ən azından jurnalist təşkilatları, KİV-lər bir aylıq müddətinə etiraz əlaməti olaraq fəaliyyətlərini dayandırmalı, birgə etiraz aksiyaları keçirməli idilər. Jurnalist təşkilatları quru bəyanat verməklə və ya təəssüf keşirdiklərini elan etməklə işlərini bitmiş hesab etdilər. Əksər KİV-ləri öz sırasında birləşdirən “Mətbuat Şurası” və onun rəhbəri Əflatun Amaşov isə susqunluqla bu prosesin sıradan bir müşahidəçisinə çevrildi. Bu günə qədər Elmar Hüseynovun əsl qatilləri belə tapılmayıb. Hər gün döyülən, həbs olunan, təhdid edilən jurnalistlərlə bağlı isə 20-yə yaxın jurnalist təşkilatları sanki ölkədə heç nə olmamış kimi susmaqdadır. Peşə həmrəyliyi sanki bu təşkilatların fəaliyyət prinspilərinə “müğayir” deyil. Başları müxtəlif “qrant” layihələrinə qarışmış bu jurnalist təşkilatlarının ölkə KİV-nin bu günü və sabahı haqqında heç bir fəaliyyət dairəsi belə yoxdur.

Bölgələrdə qəzetləri ancaq müdirlər oxuyur

Paytaxt Bakıda metroların giriş-çıxışlarında istənilən mətbu orqanın satışına hələ ki, hansısa məhdudiyyət yoxdur. Ancaq son zamanlar qəzet-jurnal köşklərinin sayının sürətlə azaldılması müşahidə olunur. Şəhərdə açılan yeni “kisok”lar əslində Almaniyada “qamburger” və “dönər” köşklərinin bənzəridir. Avropadan, xüsusilə Almaniya və Hollandiyadan gələn qonaqlar “qamburger”, “şaurma” və “dönər” köşklərinə rast gələndə tamamilə çaşıb qalırlar. Bu köşklərdə əcaba hər şey satılır, təkcə qamburger, şaurma və dönərdən savayı.
Bölgələrdə mətbuatın yayımına olan münasibət eynilə Bakıda olduğu kimidir. Hər hansı bir bölgəyə gətirilən qəzet və jurnallar dərhal idarə müdirləri tərəfindən qəsb edilir və əhalinin mətbuatı əldə etmək imkanları beləcə yasaq olunur. Faktiki olaraq qəsəbələrdə və kənd yerlərinin heç birində qəzet-jurnal köşkləri yoxdur. Avropada elə qəsəbə yoxdur ki, orada qəzet köşkü olmasın. Hətta yanacaqdoldurma məntəqələrində, mehmanxanalarda, restoran və mağazalarda belə gündəlik qəzet və jurnallar satılır.
Bakıdan fərqli olaraq Azərbaycanın bölgələrində əhalinin maddi baxımdan alıcılıq qabiliyyətinin həddən ziyadə aşağı olması da qəzet və jurnalların satışına mənfi təsir göstərən amillərdən biridir. Bir tərəfdən kütləvi işsizlik, digər yandan isə büdcədən maaş alanların məvaciblərinin aşağı səviyyədə olması mətbuata olan tələbata qarşı sarsıdıcı bir zərbədir. Rüşvət və korrupsiyanın sayəsində imkanlı şəxslər isə təbii olaraq idarə müdirləridirlər. Onlar da KİV-lə bağlı öz maraq dairəsində siyasət yürütdükləri üçün qəzet almağa məcburdurlar.

Çökmüş KİV-in aqibəti

Cəmiyyətin maariflənməsi, sosial həyat tərzinin inkişafı, siyasi baxışların formalaşması istiqamətində faktiki olaraq Azərbaycanda hər hansı bir inkişafdan söhbət gedə bilməz. Çünki KİV-lərin rolunun daraldılması, onun inkişaf yollarının qarşısının alınması istiqamətində hakimiyyətin inzibati amirlik metodları çərçivəsində apardığı kurs bu bəlanın dərinləşməsinə səbəb olub. Müstəqil KİV-də hər hansı bir şirkətin reklam verməsi əslində həmin qurumun dərhal iflasa uğraması ilə nəticələnəcək. Reklam ancaq və ancaq hakimiyyətin tam nəzarətində olan KİV-lərdə verilə bilər. Avropada əksər qəzetlər gündəlik 32 səhifə və rəngli şəkildə dərc olunur. Bu qəzetlərin qiyməti isə bizim pulla 20-30 qəpik civarındadır. Çünki həmin qəzetlərdə verilən reklamlar elə bu mətbu orqanların məsrəflərində xüsusi əhəmiyyət daşıyır. Həmin qəzetlərdə çalışan müxbirlər isə aldıqları maaşın həcmində daha səviyyəli informasiya və təhlil yazılarını hazırlamaq uğrunda çalışırlar. Azərbaycanda isə qəzet kağızının qiyməti daim artımla müşahidə olunur. Redaksiyaların cari xərcləri isə dözülməz vəziyyətdədir. Beləcə, media ölüm ayağındadır. Təkcə yazılı mətbu orqanlarda deyil, həm də internet portallarında da durum fəlakətli həddə çatıb. Çünki KİV-lərin müstəqilliyi sadəcə onların sərbəst olması ilə ölçülməməlidir, onların sərbəst şəkildə maddi gəlir əldə etmələri üçün də imkanları olmalıdır. Rejim bu imkanları müstəqil KİV-in əlindən alıb, lap Rusiyada olduğu kimi. 1998-ci ildə Rusiyada müstəqil KİV-in hüquqlarının və gəlir mənbələrinin qarşısı necə alınmışdısa, paralel şəkildə həmin siyasət Azərbaycanda tətbiq edilib.

Vüqar MUĞANLI
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mətbuat Şurası qəzet yayımı məsələsi ilə bağlı komissiya yaradır

    Mətbuat Şurası qəzet yayımı məsələsi ilə bağlı ...

    28-11-2013, 22:25

  • 
  • Məmləkətimizə qarşı mənəvi terror

    Məmləkətimizə qarşı mənəvi terror ...

    7-02-2014, 13:15

  • 
  • Azərbaycanda Milli Mətbuat günüdür

    Azərbaycanda Milli Mətbuat günüdür ...

    22-07-2013, 09:14

  • 
  • Qəzetlərə maliyyə ayrılmasının qaydaları dəyişdirilə bilər

    Qəzetlərə maliyyə ayrılmasının qaydaları ...

    10-12-2013, 18:12

  • 
  • Əflatun Amaşov Cəlal Əliyevin dairəsinə gedir?

    Əflatun Amaşov Cəlal Əliyevin dairəsinə gedir? ...

    18-09-2015, 13:14


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu