GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Hakimiyyət daxilində gərginlik

Hakimiyyət daxilində gərginlik

Tarix: 24-04-2013, 11:10 Bölmə :Manşet Baxış: 1 274
Hakimiyyət daxilində gərginlik

Misir Mərdanovun istefaya göndərilməsi kimləri narahat edib?

Təhsil naziri Misir Mərdanovun vəzifədən azad olınması hakimiyyət daxilindəki müəyyən qrupları hərəkətə gətirib. Xüsusən də, Rusiyameylli qruplaşma həm İlham Əliyevin islahatlara start verməsindən ciddi narahatçılıq keçirir, həm də yaranmış fürsətdən istifadə edib, rəqiblərinə qarşı aşkar hücuma keçiblər. Bu baxımdan, son günlər hakimiyyətdəki məlum klana bağlı mətbu orqanların M.Mərdanovdan sonra vəzifədən çıxarılacaq məmurların siyahısında əks qruplaşmaya aid bəzi nazirlərin adını hallandırması hec də təsadüf deyil. O cumlədən də, müdafiə naziri Səfər Əbiyevə qarşı basqıların artması, guya onun tezliklə vəzifədən azad ediləcəyi haqqında informasiyaların dərc edilməsi deyilənlərin bariz nümunəsidir.
İndi Azərbaycanda siyasi proseslərdən və hakimiyyət daxilindəki klanlararası savaşdan az-çox xəbərdar olan əksər ölkə vətəndaşına bəllidir ki, Prezident Administrasiyası (PA) rəhbərliyində təmsil olunan bəzi ruspərəst məmurlar, eləcə də, həmin klana bağlı olan müəyyən qüvvələr S.Əbiyevin istefaya göndərilməsi üçün illərdir böyük çaba göstərirlər. Sözsüz ki, burada da əsas məqsəd Azərbaycan ordusunu yenidən dolayısı ilə Rusiyanın nəzarəti altına salmaqdan ibarətdir. Təsadüfi deyil ki, Rusiyameylli qüvvələrin səyi nəticəsində ötən il Səfərbərlik və Hərbi Xidmətə Cagırıs uzrə Dovlət Xidməti adı altında yeni bir qondarma qurum yaradılaraq, müdafiə nazirinin səlahiyyətinin bir hissəsi əlindən alındı. Lakin görünür, bütün bunlar məlum qruplaşma üçün qaneedici deyil, bu səbəbdən də onlar bütün vasitələrə əl ataraq S.Əbiyevin istefasına nail olmağa çalışırlar. Son günlər məlum qruplaşmanın özlərinə yaxın mətbu orqanlarda «Səfər Əbiyevi istefaya göndərməsinə» də məhz bu prizmadan yanaşmaq lazımdır.
Əslində Misir Mərdanovun vəzifədən alınması bir daha sübut etdi ki, Azərbaycan hakimiyyətində istefa mədəniyyəti hələ formalaşmayıb. Bəlli olduğu kimi, M.Mərdanovun istefaya göndərilməsindən bəzi mətbu orqanlar ondan oncə xəbər tutmusdu. Yəni, nazirin rəqibləri bu xəbəri məqsədli şəkildə KIV-ə sızdırmışdılar. Deməli, Misir muəllimdən fərqli olaraq hakimiyyətdə çoxları təhsil nazirinin bəlkə də hələ bir gün öncədən vəzifədən alındığını bilirmiş. Misir Mərdanov isə prezidentin onu istefaya göndərməsindən xəbərsiz bir şəkildə həmin gün Təhsil Nazirliyində geniş toplantı keçirirdi. Məlumata gorə, onu toplantının gedişi zamanı Prezident Administrasiyasına çağıraraq xəbər veriblər ki, artıq vəzifədən alınmısan. Nazirsə məyus halda geri qayıdaraq, toplantı iştirakçılarına prezidentin onu istefaya göndərdiyini elan etmiş və öz şəxsi əşyalarını toplayaraq, 15 illik kürsüsünü tərk etmişdir.
Bu təcrübə bir daha göstərir ki, Azərbaycanda hanısa məmur istefaya göndərilən zaman bundan ən yaxşı halda bir gun öncə kimlərsə xəbər tuta bilir. Yəni, hər şey birbaşa prezidentin öz iradəsi ilə həll olunur. Məhz bu baxımdan indi hansısa qəzetin Səfər Əbiyevin və yaxud da digər hansısa nazirin M.Mərdanovdan sonra vəzifədən azad olunacaq məmurlar siyahısında olmasını elan etməsi tamamilə cəfəng fikirlərdir. Hər halda, tezliklə biz bir daha şahidi olacağıq ki, özlərini «müstəqil», «müxalifyönlü» adlandırmalarına rəğmən, hakimiyyət daxilindəki bəlli qruplaşmanın diktəsi altında fəaliyət gostərən həmin qəzetlər oxucularını necə aldadırlar…
Əlbəttə, biz olkə bascısı Ilham Əliyevin həyata kecirdiyi kadr islahatları cərcivəsində daha çox Rusiyameylli məmurların istefaya göndərilməsi ehtimalı üzərində dayanırıq. Çünki Azərbaycanın illərdir məhz həmin qruplaşmanın caynağında can verdiyinin fərqindəyik və prezidentin də bütün gerçəkliklərə yaxşı bələd olduğuna əminik. Odur ki, bu gün hansısa yeni istefalar olacaqsa, Azərbaycan ordusunun NATO-ya inteqrasiyasına çalışan, bu istiqamətdə ardıcıl fəaliyyətlər göstərən S.Əbiyevin deyil, uzun illərdir Moskvanın Azərbaycandakı buyruqçusuna çevrilən məmurların vəzifədən azad olunacağı daha inandırıcı görünür…

Rəşad
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Misir Mərdanov siyasi səbatsızlığına qurban gedib

    Misir Mərdanov siyasi səbatsızlığına qurban gedib ...

    21-04-2013, 15:07

  • 
  • "Misir Mərdanovun istirahət etmək vaxtıdır"

    "Misir Mərdanovun istirahət etmək ...

    12-06-2013, 12:18

  • 
  • Ziya Məmmədovun adı “qara siyahı”da

    Ziya Məmmədovun adı “qara siyahı”da ...

    17-12-2012, 23:37

  • 
  • Misir Mərdanovun müavin problemi

    Misir Mərdanovun müavin problemi ...

    27-02-2013, 11:20

  • 
  • Misir Mərdanovu bitirmək üçün yeni plan

    Misir Mərdanovu bitirmək üçün yeni plan ...

    2-12-2012, 23:10


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (3)
Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu