GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Mahir Abdullayevin oğurlanması ilə bağlı şok faktlar

Mahir Abdullayevin oğurlanması ilə bağlı şok faktlar

Tarix: 29-04-2013, 20:18 Bölmə :Manşet Baxış: 2 943
Mahir Abdullayevin oğurlanması ilə bağlı şok faktlar
Akif Çovdarovun qohumunun Mahir Abdullayevlə borc məsələsi
Oğurlanmış MTN zabitinin əşyaları hardan, necə tapılıb?


Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin oğurlanması ilə bağlı redaksiyamıza iki yeni məlumat daxil olub. Bu məlumatlardan biri bilavasitə keçmiş ABU rektoru Elşad Abdullayevin qardaşının oğurlanmasına görə, MTN-in generalı Akif Çovdarovu ittiham etməsi ilə əlaqədardır.
Sözügedən sənəd Bakı şəhəri, Binəqədi rayon sakini Qulu Əli oğlu Cəfərovun izahatıdır. Bu izahat Mahir Abdullayevin Qulu Cəfərova borc pul verməsi barəsindədir. İzahatdan aydın olur ki, Qulu Cəfərov iş adamıdır və o, Rusiyanın Sverdlovsk vilayətindən taxta gətirib satmaqla məşğuldur.
Qulu Cəfərov həmin izahatında yazır: “Yazıb bildirirəm ki, mən 72 min beş yüz dollar pul almışam. Sverdlovsk diyarından taxta gətirərkın məbləğ 120 min dollar olmuşdu. Hal-hazırda Abdullayevə Mahir İslam oğluna 300 min dollar borcum qalıb. Öz xəttimlə yazıram. Narazılıq etmirəm. Halal pulunu qaytarıram”. İzahatdan aydın olur ki, bu sənəd 2002-ci ilin oktyabr ayında tərtib edilib. Göründüyü ki, Mahir Abdullayevlə Qulu Cəfərov arasında borc pul söhbəti olub. Qulu Cəfərov borcun bir hissəsini ödədiyini, lakin Mahir Abdullayevə 300 min dollar məbləğındə borcunun qaldığını bildirir.
Burada bir maraqlı məqama diqqət yetirmək lazim gəlir. İş burasındadır ki, belə bir izahatın mövcud olması hazırda Fransada sığınacaq tapmış sabiq ABU rektorunun qardaşının oğurlanmasına görə MTN generalı Akif Çovdarovu ittiham etməsinin təsadüfi olmadığını göstərir. Başqa sözlə, bu izahat Elşad Abdullayevin oğurlanan qardaşının general Akif Çovdarovla münasibətləri, onların Sverdlovskda bir yerdə olması, sonradan MTN generalının Mahir Abdullayevi təhdid etməsi və digər məsələlər heç də fantaziya məhsulu deyil.
Bəs, Elşad Abdullayev özü bü məsələlər haqqında nə deyir? Mətbuat üçün yeni olan Sverdlovsk məsələsi nədən ibarətdir? Akif Çovdarovla Mahir Abdullayevin iş birliyi nəyin üzərində qurulub? General sabiq rektorun qardaşını necə şantaj edib? Göründüyü kimi suallar çoxdur və son açıqlamaları ilə ABU-nun sabiq rektoru bu məsələlərə aydınlıq gətirib.
Əgər indiyə qədər Elşad Abdullayev qardaşının oğurlandıqdan sonra qaytarılması barədə aparılan danışıqlar, bu məqsədlə kimlərlə görüşməsi, kimlərin ondan nə qədər pul alması və s. haqqında danışırdısa, bu dəfə o, daha əvvəl baş verən proses, başqa sözlə Mahir Abdullayevin necə oğurlanması barədə danışıb. O, bu işi kimlərin gördüyünü açıqlayıb, konkret adlar çəkib, açıq ittihamlar irəli sürüb.
Gəlin, sabiq rektorun ittihamlarına diqqət yetirək. Əvvəlcə onu da qeyd edək ki, Elşad Abdullayev bu ittihamları sadəcə səsləndirməklə kifayətlənməyib. O, eyni zamanda MTN generalı Akif Çovdarovun ünvanına səsləndirdiyi ittihamlara fotoşəkillər də əlavə edib. Hansı ki, bu fotolarda oğurlanan və taleyindən bu günə qədər məlumat olmayan Mahir Abdullayevla MTN-də hazırda mühüm post tutan general Akif Çovdarovla birlikdə görünür. Elşad Abdullayevin bildirdiyinə görə, 4 oktyabr 2012-ci il il tarixində Prezidentin sərəncamı ilə Baş Prokurorluq yanında Müstəqil İstintaq Komissiyası yaradılmışdır: “Bu gün MİK-in yaradılmasından 6 ay 16 gün kecir. MİK-na qədər bu işi 12 prokurorluq müstəntiqi araşdırmışdır. Hec biri də yarıtmaz işinə görə məsuliyyət daşımayıbdır, əksinə, tutduqları vəzifələrində irəli cəkiliblər. Mahir Abdullayevinogurlanmasının kriminalistik-hüquq xarakteristikası qaydasız döyüşü xatırladır. Hazıra qədər zərərcəkmiş tərəfindən Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatın subyektlərinin 11 videogötüntüsüictimailəşdirilmişdir. Avropanın tanınmış hüquqşünasları təsdiq edirlər ki, Sizin bir video faktınız bu cinayət işinin acılmasıücün kifayətdir.
Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatın başlıca subyektlərindən biri də cinayətin icracısıdır. Akif Covdarovun www.google.az saytında cox saylı cinayətlərinin dinamikası verilmişdir”.
ABU-nun sabiq rektoru Elşad Abdullayev bildirir ki, Mahir Abdullayevin oğurluğunu bilavasitə icra edən Rusiya Federasiyasının Sverdlovski Vilayətində taxta-şalban alverçisi, Heydər Əliyevin hakimiyyəti dövründə axtarışda olan, kriminal aləmdə “Təpəgöz” kimi tanınan və hazırda isə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin (KQB) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi olan general-biznesmen Akif Teymurxan oğlu Çovdarovdur: “Yalnız, bir ovuc dövlət quldurunun oyuncaq rejimlərində belə şübhəli tərcümeyi-halı olan kriminal şəxs, “polojeniyaya” baxan adam qısa müddətdə dövlətin əsas təhlükəsizlik idarəetmə orqanında ali vəzifə tuta bilər, bunu bir huquqşünas kimi başa düşmək olmur. Bu isə dövlətçiliyin hüquqi böhran vəziyyətində olduğunu bir daha müəyyən edir”.
Elşad Abdullayevin son açıqlamalarından aydın olur ki, Akif Covdarov Mahiri oğurlamağa bir necə dəfə cəhd edib: “İlk dəfə olaraq 2003-cü ilin yanvar-mart aylarında Akif Çovdarov Mahiri şirnikdirərək Rusiya Federasiyasının Sverdlovski Vilayətinə gətizdirib. Akif Çovdarov Mahirə Sverdlovskdakı taxta-şalban zavodunu təklif edir. İkinci dəfə Akif Çovdarovunişcisi, mügənni Mətanət İsgəndərli Rusiya Federasiyasının Sverdlovsk şəhərində konsert vermək adı ilə Mahiri ora dəvət edir. Həmin ərəfədə banda istəyib ki, Mahiri orada saxlasınlar”.
Elşad Abdullayevin mətbuatda dərc etdirdiyi fotolardan aydın olur ki, Mahir Abdullayev ilə Akif Covdarov bir-birilərini yaxından tanıyıblar. Onlar hətta Sverdlovsda«Sobol» otelinin qarşısında birgə şəkil də çəkdiriblər. Bu fotolardan birində Akif Çovdarov, Mahir Abdullayev və Qəbələli Namiq əks olunub. Bu məqamla bağlı Elşad Abdullayev bildirib ki, ilk vaxtlar bu fotoda qeyd olunan Akif Çovdarov və Namiq Qəbələli Mahirlə birlikdə Rusiyada olmalarını danıb: “Akif Çovdarov Mahiri tanımadığını söylədi, lakin foto-faktlar və video-faktlar əksini təsdiq edir. Onlar və mügənni Mətanət İsgəndərli komandası ilə birlikdə qeyd olunan oteldə birlikdə yaşayıblar. Akif Çovdarov həmin dövrlərdə Bakı şəhəri , Binəqədi rayonunun kecmiş polis rəisi, rəhmətlik kəlbəcərli Ələmdar Tağıyevin adı ilə Rusiyada yaşayıbdır, Bakıya ölmüş adamın pasportu ilə gəlib-gedib.
Foto-faktlar təsdiq edir ki, o, Sverdlovsk vilayətində milyardlarla dollarla hesablanan taxta-şalban biznesi ilə məşğul olub, bütün Azərbaycanı taxat-şalbanla təmin edib və digər biznes əməliyyatları ilə məşğuldur, hazırda da həmin əlaqələri davam etdirir, baxmayaraq ki, Azərbaycan qanunvericiliyi MTN əməkdaşlarına belə fəaliyyətlə məşğul olmağı qadağan edir. Lakin, Akif Çovdarov hakimiyyətin üst qatına işlədiyi üçün belə qeyri-qanuni əməllərlə məşğul olur. O, şahidlərin fikrnə görə, birinci şəxsin Sverdlovski vilayətində 25 milyard dollar pulunu fırladır. Təsadüfi deyildir ki, biz birinci video-faktları yayandan sonra PrezidentAdminstrasiyasının rəhbəri Ramiz Mehdiyev Rusiya qışının sərt vaxtı Sverdlovck vilayətində Bakı “zəhmətkeşlərinin» təntənəli müşavirəsini kecirdi (Bax:Azərbaycan qəzeti, AzTV). Daha yuxarı təbəqənin Sverdlovsk vilayətindəki görüşləri KİV-də öz əksini tapdı. Bu insanları keçmiş sovet QULAQ-ına bağlayan nədir??? Bəlkə də həmin ərazidə Azərbaycan üzrə ölüm eskadronu bərpa olunub???”
Daha sonra Elşad Abdullayev digər fotolar barədə danışıb. O, qeyd edib ki, həmin fotolarda Mahir və Akif CovdarovVerxuturye şəhərinin Kilsə meydanında Rusiyanın dövlət rəmzi qarşısında birgə foto çəkdirib. Başqa bir foto isə Akif Covdarovun taxta-şalban zavodunda çəkilib.
Fotolardan birində Mahir Abdullayevin qoltuğunda qovluq var. Elşad Abdullayev bildirir ki, Mahir Abdullayevin qoltuğunda sənədlər Akif Çovdarovun taxta-şalban zavodunun Mahirə satılması haqqındadır: “Həmin sənədlərə görə, Mahir Akif Çovdarova küllü miqdarda pul ödəyibdir. Mahir Sverdlovsk vilayətində olanda Moskvada “KQB”-də çalışan dostu Nicat Sverdlovski vilayətinin FKİ-inəməkdaşlarından xahiş edir ki, Mahirə yardım etsinlər, onlar da gəlib yardım edirlər. Buna görə də Akif Çovdarov Mahiri Sverdlovsk vilayətində oğurlaya bilmir”.
Elşad Abdullayev son açıqlamasında bizim yuxarıda söhbət açdığımız izahat barədə də danışıb. O, həmin izahat barədə bunları deyib: “Akif Çovdarovun qohumu və yerlisi Qulu Cəfərovun əl yazmasına görə, onların Mahirə 300 min ABŞ dolları borcları vardır. Mahir Akif Çovdarovla Qulu Çəfərovun vasitəsi ilə tanış olmuşdur. Gürcüstanlı Qulu Cəfərov Akif Çovdarovun həm yerlisi, həm qohumu, həm də biznes və cinayət ortağıdır.
Bundan sonra, Akif Çovdarov Bakı şəhərində bir necə dəfə də Mahiri oğurlamağa cəhd edir. Oğurluq planına görə cinayətin “nakolşiki” MTN-in l müavini Hilal Əsədovun yaxın qohumu Sənan İbrahimov hər gün dalbadal 5 dəfə səhər tezdən Mahirin Binəqədi rayonunda yerləşən Sevinc kafesinə saat 08-09 radələrində gəlir. Oğurluq günüdə , o, sübh çağı diqqəti özündən yayındırmaq məqsədi ilə “Sevinc” kafesində oturub, halbuki, cox yaxşı bilirdi ki, kafe saat 18:00-dan işləyir, həmin vaxt mühafizəçidən başqa heç kim kafedə olmur.
Şahidlərin təsdiqinə görə, Mahir oğurlanana qədər Akif Çovdarovbir neçə nəfərlə Azərbaycan Beynəlxalq Universitetində Mahirin iş otağında “razborkada” olmuşdur. O, Mahiri “Mətanət İsgəndərlinin Qarabulaq sərgüzəştləri” adlı məqaləsi ilə təhdid edib 2 milyon pul tələb etmişdir. Akif Çovdarovun müğənni Mətanət İsgəndərlinin əli ilə Mahiri Rusiyanın Sverdlovsk vilayətinə aldadıb gətirib orada saxlamaq niyyəti baş tutmayanda yenə də mügənni Mətanət İsgəndərlinin əli ilə aldadaraq 13 oktyabr 2003 il tarixində Bakı şəhəri Nizami küçüsi 4, mənzil 8-də səhər saat 10-16:20 radələrində şəxsən paqonlu bandasının əli ilə oğurlatmışdır”.
Elşad Abdullayev qeyd edir ki, Akif Çovdarov əsas cinayətkarı gizlətmək və sabiq rektoru susdurmaq ücüncoxsaylı bir sıra kriminal KİV-n təzyiqindən, Sədinin adından telefon təhdidlərindən, fırıldaqçı falçı-baxıcılardan, paqonlu əcinnələrin kriminal təzyiq tədbirlərindən bacarıqla istifadə edib: ”Başlıca təzyiqlərindən biri də MTN-in ATM-in rəhbəri işləyən zaman PİA-nin müdiri Ramiz Mehdiyevin yaxın qohumu ,lV İdarənin rəisi Fikrət Əliyevi Azərbaycan Beynəlxalq Universitetinə prorektor təyin edərək universiteti ələ kecirmək məqsədi ilə daxildən inzibati-amirlik metodları ilə dağıtdı. Azərbaycan Konstitusiyası ilə vətəndaşını qorumağa borclu olan MTN-in şanlı əməkdaşı Akif Çovdarov vətəndaşına qarşı dövlət terrorunu həyata kecirirdi.
Avropa Konvensiyasında insan hüquqlarının pozulması sahəsində analoqu olmayan bu cinayətkarlıq Avropa Məhkəməsində araşdırılır. ABŞ-in Dövlət Departamentinin Azərbaycan üzrə insan hüquq və azadlıqların pozulması hesabatında insanlıq əleyhinə çevrilmış bu cinayətə xüsusi bölmə ayrılmışdır. ABŞ Dövlət Departamentinin Hesabatına görə, Prezidentin İcra Aparatının müdiri Ramiz Mehdiyev bu cinayətin başlica günahkarı hesab edilir, Azərbaycanda nə cinayəti icra edənlər, nədəki ona himayədarlıq edənlər cinayət məsuliyyətinə cəlb olunmurlar”.
Onu da qeyd edək ki, Elşad Abdullayev bu məsələ ilə bağlı yeni açıqlamalar verəcəyini bildirib. Biz isə redaksiyamıza daxil olan digər sənəd barədə danişmaq istəyirik. Bu, Səfərov Nizami İbiş oğlunun yazdığı izahatdır. O, yazır: “Mən Səfərov Nizami İbişoğlu yaşadıgım yerin yaxınlıqdakı Balaxanı zibilliyindənselofana bükülmüş qırmızı klyok tapdım. İçərisindən Abdullayev Mahirin sənədləri çıxdı. Odur ki, bu sənədləri götürüb “Əzizbəyov” metrosunda əl telefonu gəzdirənlərə yaxınlaşıb 050 398 31 96 nömrəyə zəng etməyi xahiş etdim. O, zəng etdi. Lakin abonentin əhatə dairəsindən uzaq oldugunu bildirdilər.Gəldim “28 may”a. Orda arıq kişiyə yaxınlaşdım, 050 3983196 nömrəsinə zəng eləməyi xahiş etdim. Zəng etdi. Kürdəmirdən zəng gəldi. Mahir dedi ki, Kürdəmirdəyəm. Bir-iki günə Bakıya gələcəm. Telefon nömrəni ver, sənə zəng eləyim. Bu, olub 15.10.2003-cü ildə, saat 12-də”.
Nizami Səfərov bildirir ki, iki-üç gün keçəndən sonra yenə “28 may”a gəlib: “Orda bir nəfərə yaxınlaşıb 050 3983196 nömrəsinə zəng etməyi xahiş etdim. Zəng etdi. Kimsə götürüb dedi ki, gözlə, çağırım gəlsin. Çox gözlədim, 2 dəqiqəyə qədər. Telefon yiyəsi dedi ki, kontur gedir, söndürək sonra zəng edək”.
Nizami Səfərovun sözlərinə görə, o, ikinci dəfə zəng edəndə həmin şəxs deyib ki, “otboy” vermə. Həmin şəxs “otboy” verənə söyüş söyüb. Belə anlaşılır ki, artıq Mahir Abdullayevin telefonuna cavab verən kənar şəxs olub.
Nizami Səfərovun məktubunun ardına diqqət edək: “O, dedi ki, gözlə, çagırım. Yenə gözlədim. Telefon yiyəsi dedi ki, a kişi, kontur gedir, sənin bu qədər pulun olacaq? Odur ki, söndürdü. Bir azdan yenə zəng etdi. O şəxs yenə zəngi söndürənə söyüş söydü. Və dedi ki, Mahir gəldi. Danış. Mahirlə dedim ki, sənədləri gətirmişəm, onu sizə necə çatdırım? Mahir dedi ki, indi vaxtım yoxdur, 2 saatdan zəng et”.
Bu məqam bir qədər müəmmalıdır və güman ki, telefona çağırılan adam Mahir olmayıb. Ola bilsin kimsə onun əvəzinə cavab verib. Nizami Səfərov sonradan 3 dəfə 050 39831 96 nömrəsinə zəng etdiyini bildirir: “Bu gün - 07.11.2003-cü ildə şəhərlərarası telefon qovşağından zəng etdim, yenə telefon baglı idi. Odur ki, evlərini tapıb sənədləri onlara verdim. Bu məlumatı onlara verdim.İmza: Səfərov Nizamı İbişoğlu”. Məktubdan belə anlaşılır ki, Nizami Səfərov həmin nömrəyə zəng edəndə artıq Mahir Abdullayeb oğurlanıbmış...
Vaqif
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mahir Abdullayev işində Abbas Abbasov adı

    Mahir Abdullayev işində Abbas Abbasov adı ...

    25-12-2012, 12:59

  • 
  • Elşad Abdullayevin bacısı oğlu ilə aclıq edənlərdən birinin səhhəti pisləşdi

    Elşad Abdullayevin bacısı oğlu ilə aclıq ...

    29-01-2014, 12:50

  • 
  • Elşad Abdullayevin kadrına vəzifə verilir

    Elşad Abdullayevin kadrına vəzifə verilir ...

    30-12-2012, 11:51

  • 
  • “EURONEWS” PREZİDENT SEÇKİLƏRİNƏ “BOMBA” HAZIRLAYIR- İfşa

    “EURONEWS” PREZİDENT SEÇKİLƏRİNƏ “BOMBA” ...

    11-05-2013, 12:51

  • 
  • Mahir Abdullayevin hüquqlarını müdafiə komitəsi yaradılır

    Mahir Abdullayevin hüquqlarını müdafiə komitəsi ...

    15-02-2013, 00:06


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu