GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » “Mandat alveri” sindromu

“Mandat alveri” sindromu

Tarix: 1-05-2013, 01:45 Bölmə :Manşet Baxış: 843
“Mandat alveri” sindromu
“Gülər Əhmədova, sadəcə, icraçıdır, Təşkilatçılar bu dəqiqə hökmranlıq edir, icraçı həbsdə yatır”

Xəbər verildiyi kimi həbsdə olan keçmiş deputat Gülər Əhmədovanın vəkili baş prokurora, Prezident Administrasiyasına, Milli Məclisə, daxili işlər, ədliyyə nazirliklərinə və başqa dövlət qurumlarına müraciət edib. Müdafiə tərəfi bildirir ki, «Gülər Əhmədova əsassız həbsdə saxlanılır. İstintaq orqanı hər hansı istintaq hərəkəti aparmır».
Gülər Əhmədovanın vəkili Raqif Mustafayev hər 2 ittiham maddəsini qurama sayır: «178-ci maddədə sübutlar yoxdur. 307-ci maddə ümumiyyətlə absurddur. Deyirlər ki, guya Gülər Əhmədova Sevinc Babayevanı qaçırdıb. Ancaq Sevinc Babayeva buranı sentyabrın 27-də tərk edib. Cinayət işi də başlayıb oktyabrın 5-də. Cinayət işinin başlanmasından, haqqında axtarış elanından onun özünün də xəbəri olmayıb. Gülər xanımı ittiham eləyirlər ki, cinayəti bilə-bilə onu qaçırtmısan. İttiham yoxdursa, Gülər xanım haradan biləydi ki, onun haqqında axtarış var. Cinayət işi, haqqında axtarış olsaydı, onu elə sərhəddə dərhal həbs edərdilər».
Vəkil deyir ki, istintaq orqanı məhkəməyə 178-ci maddə ilə bağlı ilkin sübut da təqdim etməyib: «Elşad Abdullayev dindirilməli, onunla üzləşdirilməlidir. Video yolverilməz sübutdur. Heç olmasa, bu yolverilməz sübutu başqa bir sübutla təsdiqlədib versələr, yenə də bunların qanunsuz əməllərinə bir balaca don geyindirmək olar. Bunlar heç öz hərəkətlərinə don da geyindirməyiblər. Sadəcə, sifariş gəlib ki, bunu həbs eləyin, bunlar da elə sifarişi yerinə yetiriblər. Mən belə güman edirəm. Bu sifarişin də məqsədi nədir? Məqsəd – siyasi qalmaqalı yatırmaq olub. Biz də bunu qanunsuz hesab edirik, bu məsələni qabardır və danışırıq. Buna da əhəmiyyət verən yoxdur. Üç aydır ki, bu xanım orda həbsdədir, amma heç bir istintaq hərəkəti getmir. Qanunsuz tutmusunuzsa, cinayət işinə xitam verin, buraxın. Yox, əsas varsa, onda sübutlarınızı ortaya qoyun».
Vəkil deyir ki, qanunsuz saydıqları həbslə əlaqədar Avropa İnsan Haqları Məhkəməsinə də müraciət ediblər. İndi ordan cavab gözləyirlər. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov vəkillərin fikirlərini əsassız sayır: «Gülər Əhmədovanın vəkilləri tərəfindən səsləndirilən fikirlərin heç bir hüquqi əsası yoxdur. Bakı şəhər Prokurorluğunda aparılmış istintaqla Gülər Əhmədovanın etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə və ağır cinayəti gizlətmə cinayətlərini törətməsi tam sübuta yetirilib. Kifayət qədər əsas olduğundan Gülər Əhmədova təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Hazırda qeyd edilən cinayət işi üzrə Bakı şəhər Prokurorluğunda tam, hərtərəfli və obyektiv istintaq davam etdirilir».
Hüquqşünas Aslan İsmayılovun fikrincə, Gülər Əhmədovanın həbsi təşkilatçıların həbs olunmaması baxımından ədalətsiz sayıla bilər: «Onun orada olması bu gün ədalətsiz sayıla bilər. Ona görə ki, Gülər Əhmədova, sadəcə, icraçıdır. Təşkilatçılar bu dəqiqə hökmranlıq edir, icraçı həbsdə yatır. Ədalətli araşdırma aparmaq istəyirlərsə, adamlar bəlli – hamısı ortadadır. Sadəcə, dindirmək lazımdır – Binəqədinin başçısını, Mərkəzi Seçki Komissiyasının sədrini. Bütün dindirmələr olmalıdır».
Deputat Zahid Oruc müdafiə tərəfinin Milli Məclisə müraciəti ilə bağlı deyir ki, onlar işlərini birbaşa istintaq qurumları ilə qurmalıdırlar: «Azadlıq şəraitindəki kimi, hər gün efir məkanını tutmaqla, ölkənin vətəndaş yaşantısını sanki özünə tabe etdirməklə... onun vəziyyətində əlahiddə dəyişiklik baş verməyəcək».
Fevralın 13-də Səbail rayon Məhkəməsi keçmiş deputat Gülər Əhmədova haqqında 3 aylıq həbs qərarı çıxarıb. O, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 307.2 (qabaqcadan vəd etmədən cinayəti gizlətmə) maddələri ilə ittiham olunur.

Kəbiran Dilavərli
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gülər Əhmədova huşunu itirib

    Gülər Əhmədova huşunu itirib ...

    6-05-2013, 21:33

  • 
  • Gülər Əhmədovanın işi yekunlaşdı

    Gülər Əhmədovanın işi yekunlaşdı ...

    28-08-2013, 10:50

  • 
  • Gülər Əhmədova daha bir vəkilindən imtina etdi

    Gülər Əhmədova daha bir vəkilindən imtina etdi ...

    25-10-2013, 14:53

  • 
  • Gülər Əhmədova Ramiz Mehdiyevə müraciət etməyə hazırlaşır

    Gülər Əhmədova Ramiz Mehdiyevə müraciət etməyə ...

    30-04-2013, 14:50

  • 
  • Müttəhim Gülər Əhmədovanın ilk fotoları

    Müttəhim Gülər Əhmədovanın ilk fotoları ...

    28-10-2013, 16:00


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (388)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu