GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Şuşanin işğali, yaxud 15 milyon müəmmasi?

Şuşanin işğali, yaxud 15 milyon müəmmasi?

Tarix: 7-05-2013, 14:46 Bölmə :Manşet Baxış: 943
Şuşanin işğali, yaxud 15 milyon müəmmasi?
Döyüşlərdə iştirak etmiş şəxslər Şuşanın xəyanətin qurbanı olduğunu deyir

21 ildir ki, Şuşa şəhəri erməni işğalı altındadır. 1992-ci ilin mayın 8-də ermənilər tərəfindən zəbt olunmuş Şuşaya əslində həmlə planı çoxdan hazırlanmışdı. 1991-ci ilin sonlarına doğru Dağlıq Qarabağ bölgəsində vəziyyət çox mürəkkəb idi. Cəbhəboyu üstünlüyü ələ alan erməni silahlı birləşmələri hər gün Şuşanın işğalına daha bir addım yaxınlaşırdılar. 1991-ci ilin dekabrında Kərkicahanın zəbt olunması Şuşanın süqutuna yol açdı. Çünki Kərkicahanın müdafiəsini Şuşadan gələn könüllülər həyata keçirirdilər. Şuşanın itiriləcəyi həyəcanını da ən çox dərk edən elə bu döyüşçülər idi. Lakin onlar onsuzda Şuşanın işğal olunacağından xəbərsiz idilər. Çoxu Şuşanı alınmaz qala hesab etsə də, erməni tərəfi artıq 1991-ci ilin sonlarından bunun belə olmadığını bilirdi.
O zaman Qarabağ müharibəsini lentə alan jurnalist Vahid Mustafayev deyir ki, ermənilər torpaqları işğal etməyə hazır idilər: “O zaman biz “İnternews” adlı Amerika təşkilatı ilə əməkdaşlıq edirdik. Həmin təşkilatın 1991-ci ilin noyabr ayında Moskvadakı toplantısında qardaşım Seyfulla iştirak edirdi. Orada iştirak edən erməni jurnalistlərindən Vartan adlı tanınmış müxbir demişdi ki, 1992-ci ilin may ayının əvvəlində Şuşanı biz götürəcəyik. O vaxt Xocalı da, digər rayonlar da bizdə idi. Ona görə də bu məlumatlara ciddi yanaşmadıq. Lakin yerli orqanlara bu barədə məlumat verdik. Onlar da buna ciddi yanaşmadılar və məsələ belə də qaldı. May ayının 8-də Şuşa ermənilər tərəfindən alınandan sonra isə başa düşdük ki, yarım il əvvəl deyilənlər düzgün imiş. Artıq uzun müddət idi ki, erməni tərəfi tək Şuşa deyil, ondan əvvəl Malıbəyli, Xocalı və digər məntəqələrin alınması haqqında nəinki düşünürdülər, hətta buna hazırlaşmışdılar”.
Texniki hazırlıq öz yerində, psixoloji cəhətdən də ermənilər müharibəyə hazır görünürdülər. Azərbaycanın vəziyyətinə gəlincə, bunun tamamilə əksi müşahidə olunurdu. Vahid komandalıq yox idi, Müdafiə Nazirliyinin bir briqadası və 777 saylı əlahiddə tabor istisna olmaqlar hamısı könüllü batalyonlar idi.
Vahid Mustafayevin sözlərinə görə, ara-sıra Bakı şəhərində Xalq Cəbhəsinin hansısa problemləri yaşanırdısa, batalyonlar dərhal öz mövqelərini atırdılar və silahla gəlirdilər Bakıya – öz siyasi mövqelərini qorumağa. Bu da öz növbəsində sözsüz ki, Şuşanın müdafiəsini çox zəiflədirdi.
V.Mustafayevin fikrincə, Şuşanın süqutuna əsas səbəblərdən biri də Azərbaycan xalqının o zaman hərbə hazır olmamasıdır: “Biz Sovetlərdə ümumi bir ailədə yaşayırdıq. O zaman çalışırdıq ki, uşaqlarımız inşaat batalyonlarında qulluq etsin. Hərbiyə çox da meyilli deyildik. Biz sülhpərvər millətik. Həmişə sülh haqqında fikirləşmişik. Ona görə də, müharibə qapımıza gələndə, biz hazır deyildik. Nizami ordu, inanılacaq rəhbər yox idi. Siyası qüvvələrin özünün silahlı dəstələri var idi, dərəbəylik idi. Bakıdan göndərilən rəhbərlik bu qüvvələri cəmləşdirib nizami ordu şəklində düşmən qabağına çıxara bilməmişdi. Lakin burada düşmənlə qəhrəmancasına vuruşan Azərbaycan xalqının övladlarını da unutmaq olmaz”.
Həmin dövrdə Şuşanın müdafiəsi uğrunda döyüşlərdə vuruşan və batalyon komandiri olan Fərman Xəlilov isə hesab edir ki, əgər birlik olsaydı, Şuşanı itirməyə bilərdik. Onun sözlərinə görə, əgər döyüş gedən zaman hamı eyni amala qulluq etsəydi, istər Bakıda, istər də kənarda hamılıqla Şuşanın müdafiəsinə qalxsaydıq, torpağımızı qoruya bilərdik:
“Döyüşçü öz vəzifəsini yerinə yetirirdi. Biri mən. Xocalı faciəsindən sonra televiziyada bu barədə eşidəndə havalandım. Guya Xocalıda 3 nəfər ölüb, bir neçə nəfər yaralanıb. Belə şeyləri gizlətmək olmazdı. Əksinə, xəbərdarlıq etmək, köməklik göstərmək lazım idi. Ermənilər orada tək döyüşmürdülər. Arxalarında rus şovinistləri, Fransa, Amerika olmasaydı, bizə heç nə edə bilməzdilər”.
Fərman Xəlilovun sözlərinə görə, Şuşanın itirilməsində başlıca amil xəyanətdir: “Həmin illərdə döyüşən oğlanlar var idi. Sadəcə arxadan həmin oğlanlara hakimiyyət davası üzündən zərbələr vurulurdu. Xəyanət var idi. Şuşa xəyanət nəticəsində itirildi. Həmin döyüşlərə hamı əlinə silah alıb döyüşmək üçün gəlmirdi. Hərənin bir fikri var idi. Oğurluq üçün də Qarabağ döyüşlərinə gedənlər var idi. Maşın da, pul da, digər əşyalar oğurlayırdılar”.
Həmin ərəfədə rəhbərlik xalqı inandırmağa çalışırdı ki, hər şey Azərbaycan ordusunun nəzarəti altındadır, Şuşanın yolları ermənilər üçün keçilməzdir. O dövrdə cəbhə bölgəsində reportaj hazırlayan əməkdar jurnalsit Mais Məmmədovun sözlərinə görə, Şuşanın müdafiəsi Azərbaycanın müdafiə naziri olan Rəhim Qazıyevə həvalə olunmuşdu. Məhz o, xalqı əmin edirdi ki, ermənilər heç cür Şuşanı işğal edə bilməz.
“O dövrdə Rəhim Qazıyev də, digər şəxslər də mənə demişdilər ki, Şuşaya gedən sıldırım yollardan dovşan belə keçə bilməz. Bütün yollar minalanıb. Dəfələrlə Şuşada olmuşam. Orada hərbçilərlə görüşmüşəm, danışmışam. Onlar inanmırdılar ki, Şuşanı götürmək olar. Rusiyalı generallarla danışanda, onlardan soruşdum ki, siz bilən, Şuşanı almaq mümkündürmü. Onlar dedilər ki, olar, ancaq itki çox olacaq. Bir də ki, oraya xüsusi təyyarələrlə desant atılmalıdır. Lakin Şuşanın işğalına desant yox, adi döyüşçülər, normal qaydada yolla gedirdilər. Şuşa sonuncu şəhər idi. Laçın tərəfdən yol açıq idi. Ora silah da, kömək də gələ bilərdi. Şəxsən mən düşünürəm ki, ermənilər Şuşanı işğal etmədilər. Biz özümüz Şuşanı onlara verdik”, - deyə M.Məmmədov bildirib.
Şuşa uğrunda döyüşən hərbçilərdən biri də Yaşar Məhərrəmovdur. Onun fikrincə, Şuşa xəyanətlə satıldı: “Şuşaya gedən yollarda heç bir mina qoyulmamışdı. Yollar təmiz idi. 366-cı alayın əsgərləri Şuşaya qaçıb gəliridlər. Onlar həftədə bir dəfə Şuşaya gəlirdilər. Guya onları incidirdilər. Onlar Ağdama, yaxud başqa yerə də gedə bilərdilər. Düşmən isə bu amildən başqa formada istifadə edirdi. Yolların minalı olub-olmamasını yoxlamaq üçün qurulan taktika idi. Qaçan əsgərlərdən heç biri minaya düşmədi. Deməli həmin yollar təmiz idi”.
Y.Məhərrəmov hesab edir ki, o dövrün rəhbərlərinin səriştəsizliyi Şuşanın süqutuna səbəb oldu: “O dövrdə Bakıdan insanları təcrübəsiz müharibəyə aparırdılar. Silah ata bilməyən şəxsi müharibəyə aparanda, təbii ki, həmin insan döyüşmədən ölürdü. Camaatın balasını avtobuslardan, metrolardan götürüb siyahısız, yararlı olub-olmadan Qarabağa aparırdılar. Onların çoxu döyüşsüz ölürdü”.
Şuşanın süqutu zamanı qaranlıq məqamlardan biri də Əmanət Bankda qalan 15 milyon pulun yoxa çıxması idi. Bu pul haqqında o vaxt hakimiyyət heç nə demək istəmirdi. Lakin ANS həmin pulun aqibətinin necə olması barədə araşdırma aparmışdı. Məsələ ilə bağlı Vahid Mustafayev bunları deyib: “Təsadüfdən biz Şuşaya gedəndə, aprel ayında yolda bir yük maşını tutmuşduq. Həmin yük maşını Şuşaya 15 milyonu aparırdı. Biz bunu çəkmişik. Həmin 15 milyon pulun üstündə uzanaraq mən və Mirşahin Şuşaya getmişik. Pul fiziki olaraq orada var idi. Həmin pul şuşalılara nəzərdə tutulan yardımdan başqa, könüllülərin maaşı idi. Yerli idarəetmə orqanları əməkdaşlarının maaşları idi. Həmin pulun çox az hissəsi xərclənmişdi. Amma sonradan onlar oğurlandı. Həmin dövrdə Şuşanın işğal olunmasını səbəb kimi göstərərək, bu pulların orada bankda qaldığını dedilər. Pul yoxa çıxdıqdan sonra Şuşadakı bankda rəhbər işçilərin, kassirlərin, inkassatorların bir-birinin ardınca ölümü, daha doğrusu, qətli ona işarə edir ki, bu pulları müvəffəqiyyətlə aradan götürmüşdülər”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Erməni generaldan ilginc açıqlamalar

    Erməni generaldan ilginc açıqlamalar ...

    25-02-2013, 11:17

  • 
  • Şuşanın işğalından 22 il ötür

    Şuşanın işğalından 22 il ötür ...

    8-05-2014, 11:07

  • 
  • Erməni turistlər Şuşaya toplaşır

    Erməni turistlər Şuşaya toplaşır ...

    10-12-2013, 18:39

  • 
  • “Ermənilər bunu nə qədər tez başa düşsələr, o qədər yaxşıdır”

    “Ermənilər bunu nə qədər tez başa düşsələr, o ...

    10-05-2014, 13:40

  • 
  • Xankəndinin işğalından 22 il ötür

    Xankəndinin işğalından 22 il ötür ...

    28-12-2013, 00:35


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (546)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu