Qarabağda turizmin inkişafı təkcə Xankəndidə yox, həm də Şuşada yeni otellərin tikintisini vacib edir.
Bu barədə erməni mətbuatında məlumatlar yer alıb.
Məlumatlara görə, erməni diasporu Azərbaycanın işğal olunmuş digər ərazilərindən fərqli olaraq Şuşaya daha böyük maliyyə vəsaiti yatırır. Şuşanın gözəl təbiəti bura turist cəlb etmək üçün əlverişli olduğundan yatırılan maliyyə vəsaiti ilə turizm obyektlərinin tikintisi aparılır.
Xüsusilə Rusiya və bəzi Avropa ölkələrindən Şuşaya dincəlməyə gələnlərə qarşı xüsusi kampaniyalar təklif edilir. Hətta Şuşadakı kilsənin təmir etdirilərək, nikah mərasimlərinin keçirilməsi üçün əlverişli şərait yaradılıb.
Məlumatlara görə, hətta Ermənistan və Rusiyada, eləcə də xaricdə yaşayan gənclərin nikahının məhz Şuşa kilsəsində kəsilməsi son zamanlar dəb halını alıb.
Sorğu
Yeni dizaynımız necədir?