Bu gün İctimai Palatanın Koordinasiya Şurasının növbəti toplantısı keçiriləcək və toplantıda mühüm məsələlər müzakirə olunacaq. Bu barədə musavat.com-a KŞ üzvlərindən biri məlumat verib. Xəbərdə bildirilir ki, İctimai Palatanın Koordinasiya Şurasının toplantısı növbəti yığıncaqlardan biri olsa da, onu fövqəladə toplantı da saymaq olar. Ona görə ki, toplantıda gündəmdəki ictimai-siyasi məsələlərlə yanaşı, İctimai Palatanın özünün taleyinə də aydınlıq gətiriləcək.
Əldə etdiyimiz məlumata görə, bu xüsusda səslən ideyalardan biri İctimai Palatanın uzunmüddətli tətilə buraxılmasıdır. Başqa sözlə, müxalifət düşərgəsinin ən böyük məşvərətçi blokunun fəaliyyətinin prezident seçkilərinə qədər dondurulması barədə qərar verilə bilər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?