GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Azərbaycan siyasətinin üçüncü prezidentlik problemi

Azərbaycan siyasətinin üçüncü prezidentlik problemi

Tarix: 9-05-2013, 13:52 Bölmə :Manşet Baxış: 873
Azərbaycan siyasətinin üçüncü prezidentlik problemi
Ölkə siyasətinin ən ümdə məsələsini hansısa bir Komissiya deyil, (o, hətta Venesiya Komissiyası olsa belə!) yerli siyasətçilər həll edəcək

Bəzi qəliz siyasi məsələlərin gedişini elə gündəlik həyatdan da anlamaq mümkündür.Müxalifətin adi bir toplantısına icazə verilmədiyi bir halda hakimiyyətin az qala hər gün dürlü siyasi tədbirlər keçirdiyini görəndə başa düşürsən ki, artıq gecdir, bundan sonra nə qədər çalışsan da vəziyyəti dəyişə bilməyəcəksən, ölkədə son 20 ildə dörd prezident seçkisi necə keçirilibsə, bu seçkilər də elə keçiriləcək. Vəziyyəti bəlkə də vaxtında, prezident seçkisilə bağlı iki dəfəlik məhdudiyyət götürülərkən dəyişmək mümkün idi. Amma o vaxt ölkənin ən sayıq siyasət adamları belə özlərinə təskinlik verərək, «Nə olsun? Seçki ki, qalır!» deməklə işlərini bitmiş hesab etdilər.
Onlar elə indinin özündə də bir nəfərin ardıcıl olaraq bir neçə dəfə prezident seçilməsi məsələsini ölkənin siyasi həyatının ən əsas problemi kimi qabartmırlar. Hesab edirlər ki, əsas seçkilərin düzgün keçirilməsidir. Bu yanaşma ilə razılaşmaq olardı, əgər prezident seçkisilə bağlı iki dəfəlik məhdudiyyətin götürülməsi ölkədə avtoritarlığın dərinləşməsinə doğru aparan zəncirin bir həlqəsi olmasaydı.
Bu günlərdə məsələ ilə bağlı bir daha məşhur Venesiya Komissiyasının rəyi aşkarlandı. Məlum oldu ki, Komissiya məsələyə münasibətdə yerli siyasətçilərdən daha ardıcıldır.
Elə o səbəbdən də görürsən ki, bu il üçün də çox da böyük siyasi ümidlərə qapılmağın əsası yoxdur, çünki ölkə siyasətinin ən ümdə məsələsini hansısa bir Komissiya deyil, (o, hətta Venesiya Komissiyası olsa belə!) yerli siyasətçilər həll edəcək. Onlar isə tamam fərqli «koordinat sistemi»ndə düşünürlər. Elə bir sistemdə ki, ümumi situasiyadan birgə qurtulmaq istəyi deyil, yaranmış bu vəziyyətdən fərdi şəkildə yararlanmaq arzusu daha üstünlük təşkil edir. Bunu ümumi bədbinlik fonunu bir qədər də tündləşdirmək üçün demirik, sadəcə real siyasi həyatı təsvir edirik. Bəs vəziyyətin ağırlığını təsdiq edən əsas amillər hansılardır? Onları heç olmasa, təqribi şəkildə müəyyənləşdirmək mümkündürmü?
Çox maraqlıdır ki, ölkənin bəzi müxalifət partiyaları ili prezident seçkisində iştirak etmək istədikləri haqda bəyanatla başladılar. Onların bu seçkilərdə formal şəkildə iştirakına və fon yaratmaq istəklərinə hər hansı bir maneə olsaydı, bunu bəlkə də başa düşmək mümkün olardı. Amma belə bir maneə yoxdur. Hakimiyyət də istərdi ki, seçkilərə onun çox yaxşı bələd olduğu və imkanlarını bildiyi siyasi qüvvələr qatılsın.
Yeni bir siyasi vektor həmişə problemdir, çünki onun davranışı sənə bir o qədər də aydın deyil. Amma köhnə, artıq bir neçə dəfə seçkidə uduzmuş, saxta seçki oyunlarının nəticələrini qəbul etməyə məcbur olmuş siyasi qüvvələr haqda bunu demək çətindir.
Bunları niyə deyirik? Sadəcə, bəzi müxalifət partiyaları özlərinin seçkidə iştirakını elə tələskənliklə bəyan etdilər ki, hakimiyyət də bir az çaşdı və anladı ki, iki dəfəlik məhdudiyyətlə bağlı səslənən seyrək bəyanatlar elə də təhlükəli deyil, onları nəzərə almamaq da olar. Daha yaxşı olardı ki, müxalifət əvvəldən özünün seçkidə iştirakını müəyyən şərtlərlə bağlayaydı və həmin şərtlərin ətrafında konsolidasiya aparmağa cəhd edəydi. Bu təzyiqin bəlkə də müəyyən siyasi nəticələri olardı. Hər halda o, ölkə həyatını siyasi utopiyalardan çəkindirər və daha realist olmağa sövq edərdi.
Düzdür, bəziləri bütün hallarda seçkilərə qatılmağı daha realist addım hesab edirlər. Onların fikrincə, ölkə müxalifəti elə bir vəziyyətdədir ki, onun seçkiyə qatılması ilə qatılmaması arasında ciddi bir fərq yoxdur.
Bunu ciddi bir irad kimi qəbul etmək olardı, əgər həmin adamlar müxalifətin silsilə qələbələri haqda «ballada»lar düzüb-qoşmasaydılar. Məsələ bundadır ki, güclü elektoral dayaqlara malik olan siyasi qüvvələr heç vaxt aciz duruma düşmürlər. Bəli, demək olar ki, ölkədə avtoritar idarəçilik hökm sürür, insanlar hakimiyyətə qarşı açıq etiraz etməkdən çəkinirlər.
Bir neçə bu cür bəraət tonlu arqumentlər fikirləşmək mümkündür və onların sırasını artırmaq çətin deyil. Amma sırf «mənəvi qələbələr» də nə ölkəyə, nə də müxalifət partiyalarının üzvlərinə bir şey vermir, xüsusən də nəzərə alanda ki, onlar haqda bir qayda olaraq müxalifət partiyalarının özlərindən başqa heç kim düşünmür.
Təşkilatlanma həmişə siyasi məqsədlərə adekvat olur. Amma indi müxalifətin nə yaratmaq istədiyini hətta bu partiyalarda oturan strateqlər belə izah etmək gücündə deyillər. Bu günlərdə Milli Şuranın təşəbbüskarlarından maraqlı açıqlama gəldi. Dedilər ki, cəmiyyətin Şurada görmək istədiyi partiyaların hələ hər hansı bir məsələ ilə bağlı ciddi təklifi olmayıb…
Bunu belə başa düşmək olar ki, Şura tamam «ideoloji səhralıq» şəraitində yaranır. Elə ona görə də artıq tezliklə təsis olunacağı deyilən Milli Şura ilə bağlı da heç bir yəqinlik yoxdur. O, hansı missiyanı həyata keçirəcək? Seçki dövründəki səyləri əlaqələndirəcək, yoxsa bir seçki blokuna çevriləcək? Ən ağrılısı isə budur ki, bunların hər ikisi artıq nə vaxtsa olub, dəyişən yalnız adlardır…

Hüseynbala Səlimov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 2013-cü il ölkə siyasəti üçün nə vəd edir?

    2013-cü il ölkə siyasəti üçün nə vəd edir? ...

    18-12-2012, 13:21

  • 
  • Hakim komandanın seçki dilemması

    Hakim komandanın seçki dilemması ...

    26-06-2013, 23:07

  • 
  • Venisiya Komissiyası hakimiyyətin planların alt-üst etdi

    Venisiya Komissiyası hakimiyyətin planların ...

    7-05-2013, 01:23

  • 
  • Üçüncü müddətə prezidentlik

    Üçüncü müddətə prezidentlik ...

    7-05-2013, 00:48

  • 
  • Müxalifətin “vahid namizəd” problemi

    Müxalifətin “vahid namizəd” problemi ...

    6-12-2012, 15:01


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu