GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » 2013-cü il ölkə siyasəti üçün nə vəd edir?

2013-cü il ölkə siyasəti üçün nə vəd edir?

Tarix: 18-12-2012, 13:21 Bölmə :Manşet Baxış: 761
2013-cü il ölkə siyasəti üçün nə vəd edir?

Azərbaycansayaği seçkilərin görünməyən tərəfləri

gundemxeber.az Artıq bu ilə yekun vurmağın və diqqəti növbəti ilin üzərində cəmləşdirməyin vaxtdır. Prinsipcə, heç də hər il siyasətdə yadda qalan bir iz buraxmağa borclu deyil. Zira, seçki illəri, xüsusən də prezident və parlament seçkilərinin təsadüf etdiyi illər məhz belə illər olur, onları uzun müddət xatırlayır, çək-çevir edirlər. Bu mənada növbəti 2013-cü il də məhz belə bir il olacaq. Bəzi diplomatlar və beynəlxalq təşkilatları təmsil edən insanlar, yerli siyasətçilər və təhlilçilər onu digər seçki illəri ilə bir sıraya qoymağa cəhd etsələr də əslində bu, belə deyil: Azərbaycanda növbəti ildə irəliyə deyil, əksinə, geriyə doğru addım atmağı planlaşdırırlar. Təbii ki, ölkənin özündə bunu seçki hüquqlarının genişləndirilməsi, seçicilərin və həm də seçilmək istəyən insanların imkanlarının bir az da artırılması kimi təqdim edirlər.
Amma dünya praktikasına baxanda görürsən ki, belə deyil, iki dəfəlik məhdudiyyət əksər prezident respublikalarında tətbiq olunur. Belə bir deyim var ki, Roma papasından artıq xristian olmaq mümkün deyil. ABŞ-da uzun müddət qeyri-rəsmi olaraq iki dəfəlik məhdudiyyət tətbiq olunmuşdu və F. Ruzvelt sonra ona hətta hüquqi məzmun, qanun gücü verdilər. İndi hansı nəticə çıxır? Azərbaycan ABŞ-dan daha demokratik ölkədirmi? Yada salaq ki, hətta bəzi parlament ölkələrində belə baş nazirlər üçün müəyyən məhdudiyyətlər nəzərdə tutulur ki, onlar ölkə siyasətini uzun müddətə zəbt edə bilməsinlər. Bir çox ölkələrdə isə deputatların seçilməsi üçün məhdudiyyətlər təklif edirlər ki, parlamentlər yaş tərkibinə görə «qocalmasınlar». Bir sözlə, ölkələr, insanlar yeniliyə can atırlar. Hətta işlər çox yaxşı gedəndə, cəmiyyət razı olanda belə ehtiyat edirlər ki, belə bir hal durğunluğa gətirib çıxara bilər. Bəzi ölkələrdə, o cümlədən də Azərbaycanda durğunluq sabitlik kimi yozulur və hətta inkişafın stimulu, təminatı kimi qələmə verilir. Amma hakimiyyətin «siyasi stajı» artdıqca onun bu «stajı» təmin etmək üçün yürütdüyü siyasət daha çox ifşa və faş olunur. Bu mənada 2012-ci il də yadda qalan oldu. Ölkə bəlkə də belə siyasi sensasiya yaşamamışdı…
Bunu «Bu vaxta qədər etiraf olunmayan tərəfləri» kimi yazsaydıq, daha yaxşı olardı, çünki «G. Əhmədova olayı» ölkə siyasətində yeni bir situasiya cızmaq ərəfəsindədir. Artıq YAP-ın sıralarından da xaric edilmiş bu siyasət adamına qarşı yönələn ittihamlar ölkədə seçkilərin təşkili və keçirilməsi ilə bağlı yerli və xarici insanlara böyük material verdi. Açığını etiraf edək ki, müxalifətin bu vaxta qədər seçkilərlə bağlı verdiyi bəyanatlar diqqətlə eşidilmir, qulaqardına vurulurdu. Hər seçkidən sonra beynəlxalq müşahidəçilər yazırdı ki, bəzi pozuntular olsa belə, onlar seçkinin ümumi nəticələrinə təsir etməyib! İndi isə seçki ilə bağlı əsl siyasi qalmaqal baş verdi. Başqa ölkələrdə belə qalmaqallar böyük istefalarla, böyük məhkəmə prosesləri ilə yadda qalardı. Amma Azərbaycanda nə baş verirsə-versin, heç kim öz halını pozmur. Artıq hamı buna alışıb. Ölkənin qəribəliyi də bundadır: adamlar əslində hər şeyi bilir, faktlar aşkarlananda da özlərini elə aparırlar ki, sanki bu, onlar üçün yox, başqa ölkələrin adamları üçün lazımdır… Bu ölkədə faktların, necə deyərlər, sanksiya gücü yoxdur. Ona görə də «əsrin məhkəməsi» alınmır, halbuki bu vaxta qədər kiçik bir ölkə üçün «əsrin prosesi» olmaq iqtidarında olan bir çox hadisələr baş verib. Hakimiyyət adamları özlərini elə aparırlar ki, məhz elə belə də olmalıdır. Başqa ölkələrin təcrübəsinə nəzər yetirəndə heyrət edirsən ki, cəmiyyət hakimiyyət adamlarının səhvlərinə nə qədər diqqətlidirlər! Bu sətirləri yazanda İsraildə xarici işlər naziri A. Lieberman-la (A. Liberman) baş verən olaylar yada düşdü. Bu olayların necə bitəcəyini indi demək çətindir. Amma görürsən ki, diqqət və nəzarət var, siyasətçilər, necə deyərlər, ictimai nəzarətdən kənarda-vakuumda deyillər, daim ictimai diqqətin fokusundadırlar…

Hüseynbala Səlimov

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda prezident oktyabrın 11 də seçiləcək

    Azərbaycanda prezident oktyabrın 11 də seçiləcək ...

    18-07-2013, 13:04

  • 
  • Azərbaycanda prezident seçkilərinin vaxtı dəyişdirilir

    Azərbaycanda prezident seçkilərinin vaxtı ...

    30-04-2013, 15:01

  • 
  • Prezident Administrasiyası bəzi beynəlxalq təşkilatları seçki ilə bağlı saxta raportlar hazırlamaqda suçladı

    Prezident Administrasiyası bəzi beynəlxalq ...

    29-07-2013, 14:08

  • 
  • 2013- daha bir seçki ili

    2013- daha bir seçki ili ...

    8-01-2013, 10:09

  • 
  • Avropalı diplomatdan şok açıqlamalar

    Avropalı diplomatdan şok açıqlamalar ...

    30-04-2013, 11:51


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu