GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Üçüncü müddətə prezidentlik

Üçüncü müddətə prezidentlik

Tarix: 7-05-2013, 00:48 Bölmə :Maraqlı Baxış: 944
Üçüncü müddətə prezidentlik
“Əgər seçki bu gün olsaydı, fikrimcə, Qərbin üçüncü namizədliyə münasibəti mənfi olardı. Amma maraqlar seçkiyə kimi vəziyyəti dəyişə bilər”

2009-cu il referendumunda Azərbaycan Konstitusiyasının 101-ci maddəsinin 1-ci bəndi ləğv olunub. Həmin bənd Azərbaycan Respublikasının prezidenti vəzifəsini ardıcıl olaraq iki müddət icra etmiş şəxsin növbəti seçkilərə qatılmasını qadağın edirdi. Prezident İlham Əliyevin bu postdakı ikinci dönəmi zamanı qəbul edilmiş dəyişiklik onun özünə də şamil olunmalıdırmı?Müxalif İctimai Palata hesab edir ki, konstitusiyadakı yeniliyin 2013-cü ilin prezident seçkisinə hüquqi qüvvəsi yoxdur, çünki düzəliş İlham Əliyev iki dəfə seçiləndən sonra edilib və indiki prezident üçüncü dəfə namizəd ola bilməz.
Hüquqşünas İntiqam Əliyev deyib ki, prezidentliyə namizədliklə bağlı müddət məhdudiyyətinin aradan qaldırılması konstitusiyanın təməl prinsiplərinə ziddir: “Əvvəla, qadağanı aradan qaldıran referendumun keçirildiyi dövr və şərait, prosesin kobud qanun pozuntuları ilə müşayiət olunması (o cümlədən rəyin səlahiyyət müddəti başa çatan Konstititusiya Məhkəməsi hakimləri tərəfindən verilməsi) legitimliklə bağlı ciddi suallar yaradır. Seçki komissiyalarının tam hakimiyyətin nəzarəti altında olduğu, medianın, vətəndaş cəmiyyəti qurumlarının uzun illər məqsədli şəkildə həyata keçirilən siyasət nəticəsində sıradan çıxarıldığı, toplaşmaq azadlığının qadağan olunduğu, insanların fərqli fikirləri eşitmək hüququndan məhrum edildiyi bir ölkədə referendumun xalqın iradəsini ifadə etdiyini söyləmək çətindir.
Konstitusiyanın 155-ci maddəsi onun 3-cü fəslində nəzərdə tutulmuş insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvini və ya Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan daha artıq dərəcədə məhdudlaşdırılması haqqında təkliflərin referenduma çıxarılmasını qadağan edir. Mütləq hakimiyyət - konstitusiyanın prezidentə verdiyi səlahiyyətlər və üstəgəl ondan qat-qat geniş real səlahiyyətləri belə söyləməyə əsas verir - uzun müddət davam etdikdə hakimiyyət səmərəliliyini itirir, avtoritarizm, totalitarizm tendensiyaları güclənir. Sivil ölkələrdə şəxsin iki dəfədən artıq prezident seçilməsinə qadağa mövcuddur və bu beynəlxalq birlikdə hakimiyyətin uzurpasiyasının, avtoritarizmin qarşısının alınması üçün vacib şərt sayılır”.
Hüquqşünas Akif Əlizadə “Media forum” saytına deyib ki, konstitusiyanın hazırda qüvvədə olan 101-ci maddəsi prezident seçkilərində neçə dəfə iştirakla bağlı heç bir məhdudiyyət qoymur: “Konstitusiyada yalnız prezidentin səlahiyyət müddəti konkretdir. Bu norma (və ya digərləri) istər birbaşa, istərsə də dolayısı ilə hazırkı prezidentə də üçüncü dəfə prezident seçkisində iştirakı qadağan etmir. Beləliklə, bu məsələ hazırda hüquqi baxımdan mübahisə doğurmur.
Fikrimcə, prezident seçkisində neçənci dəfə iştirak məsələsi siyasi, sivil və Qərbin demokratiya dəyərlərinə uyğun qiymətləndirilməlidir. Əlbəttə ki, özümüzü Avropa ailəsinin, dolayısı ilə sivil və bəşəri dəyərlərin daşıyıcısı sayırıqsa, onda bu dəyərlərə uyğun hərəkət etməliyik. Yəqin ki, Rusiya təcrübəsi yaddan çıxmayıb. Hətta qeyri-demokratik imici olan, yeri gələndə heç kimi saya salmayan nəhəng Rusiya belə mədəni dünyanın qəbul etdiyi qaydalardan formal da olsa kənara çıxmadı. Düşünürəm ki, bu il biz də bütün dünyaya sübut etməliyik ki, ölkəmiz və xalqımız bəşəri və sivil dəyərləri artıq mənimsəyib və onlara sadiqdir”.
Bəs İlham Əliyev üçüncü dəfə prezidentliyə namizədliyini vermək istəsə, Qərbin buna münasibəti necə ola bilər? Politoloq Arif Yunus deyib ki, Qərb üçün öz maraqları çox əhəmiyyətlidir: “Qərbdə “real siyasət” adlı əsas fikir var. Misir nümunəsini xatırlayaq. Hüsnü Mübarək demokrat deyildi, ABŞ ona dəstək verirdi. Vəziyyət gərginləşdikcə ABŞ da Mübarəkə qarşı fikirlərini dəyişdi.
İlham Əliyevin üçüncü dəfə prezidentliyə namizədliyinə münasibət bir çox amildən asılıdır. Aydındır ki, İlham Əliyevin demokratik imici zəifdir, amma maraqlar öz rolunu oynaya bilər. Əgər seçki bu gün olsaydı, fikrimcə, Qərbin üçüncü namizədliyə münasibəti mənfi olardı. Amma maraqlar seçkiyə kimi vəziyyəti dəyişə bilər”.
*******
Müxalifətin son seçki ümidi: Milli Şura

İstisna deyil ki, Milli Şura İctimai Palatanın bir hissəsinin hesabına, lap açığını desək, onun parçalanması sayəsində reallaşacaq

Siyasətçilərin unutqanlığı yenilik deyil. Bəlkə də mətbuat adamları olmasaydı, onların vədlərinin sayı-hesabı olmazdı. Mətbuat adamları da onların həyatında iki başlı rol oynayır: bir tərəfdən siyasət adamlarının yeni vədlərini tirajlayır, o biri tərəfdən də onların yadına köhnə vədləri salırlar.
Birincini siyasətçilər çox sevsə də, ikincidən - köhnə vədlərin xatırlanmasından həmişə narahatlıq keçirirlər. Amma bir məsələ var ki, əgər köhnə vədlər xatırlanmasaydı siyasətçilər adlanan zümrənin işi elə vəd verməkdən ibarət olardı və ölkə çox çarəsiz görkəm alardı: siyasətçilər təkcə vəd verərdi, mətbuat adamları isə təskinlik.
Amma nə yaxşı ki, bu zəncirin qırılan vaxtları da olur və elə bir an gəlir ki, deyilənlərin məsuliyyətini yaşamaq zərurəti yaranır. O vaxt siyasətçilər müxtəlif bəhanələrlə özlərinə bəraət qazandırmağa çalışırlar və heç olmasa, çox kiçik bir zaman ərzində siyasətçilərin öz dediklərinin mahiyyəti haqqında düşünmək imkanları olur. Düşünürük ki, növbəti belə zaman anı gəlib çatıb. Yada salaq ki, çox da uzaq olmayan keçmişdə siyasət adamları maraqlı siyasi bahar vəd etmişdi. Artıq bahar yetişib. Amma nəinki maraqlı, heç maraqsız da siyasi anlar yaşanmır, əksinə seçki yaxınlaşdıqca tək siyasi vədlər deyil, iddialar da artır. Ortada isə hərəkət, siyasi dinamika yoxdur. Bəlkə də bu məsələnin üstündən sükutla da sovuşmaq olardı, amma bu gün edilənlər sabah ediləcəklərin təməlidir.
Əgər mühitin azacıq da olsa, dəyişməsi nəzərə çarpsaydı ümidlər də artardı. Amma seçki ərəfəsi dövr əvvəlki illərdən qətiyyən fərqlənmir və getdikcə bu vəziyyətdən belə nəticə çıxır ki, bu dəfə də siyasətçilərin vədlərindən kökə bişirmək mümkün olmayacaq. Əslində lap əvvəldən ümidlər böyük olmamalı idi, çünki ortalıqda çox kasad bir siyasi presedent vardı: kütləviləşə bilməyən Ziyalılar Forumu kütləvi forma almaq üçün İctimai Palata ilə inteqrasiya etmək qərarına gəldi. Bunun siyasi gözləntiləri də böyük olmamalı idi. Ən yaxşı halda o baş verəcək ki, əvvəlki illərdə bir neçə dəfə baş vermişdi - bir-birindən son vaxtlar bir azca kənar düşmüş siyasi isimlər bu dəfə də bir qurumda araya gələcək. Yeni nəfəs və yeni adamlar isə çox az olacaq.
Lap tutaq ki, vəd olunan vaxtda Milli Şura qurulacaq. Nə olsun ki? Bunun ölkə üçün bir önəmi olacaqmı? Düşünmürük. Düzdür, belə bir ümid var ki, bu qurum çərçivəsində bu vaxta qədər bir araya gəlməyənləri bir təsisata toplamaq və onu bir təşkilat kimi formalaşdırmaq mümkün olacaq.
Amma ölkə siyasətinin də çox «qədim» ənənəsi var: müxalifət siyasətçiləri beş illik müddətin dörd ilini bir yerdə olmağa, qalan həlledici ili başqa ünvanlarda keçirməyə üstünlük verir. İndi artıq İctimai Palata çərçivəsində də bir soyuqluq müşahidə olunur. Əvvəllər də demişik, bir daha da deyirik ki, Milli Şuranı siyasi vektora çevirə bilsə, tək İctimai Palata çevirə bilər, o, isə belə ümidləri heç də artırmır.
İstisna deyil ki, Milli Şura İctimai Palatanın bir hissəsinin hesabına, lap açığını desək, onun parçalanması sayəsində reallaşacaq. Elə ona görə də burada sualı necə var, eləcə də qoymaq lazımdır: bu Milli Şura vahid seçki bloku yarada biləcəkmi? Siyasət adamları bu sualdan qaçır, o, isə onlardan əl çəkmir, özünə cavab almaq üçün təkrar-təkrar meydana çıxır. Milli Şuranı siyasi kabinet kimi və yaxud da koordinasiya mərkəzi kimi təsəvvür edənlər çoxdur.
Amma əsas sual onun vahid seçki bloku yarada bilməsidir. Əgər o, bunu edəcəksə, onda hansısa işdən söhbət açmaq mümkün olacaq. Amma hətta bu, baş versə belə, onun hakimiyyət üçün ciddi sürpriz yaradacağını təsəvvür etmək çətindir. Baş tutacağı təqdirdə Milli Şurada vahid namizəd olmaq uğurundakı savaşın kimlərin arasında gedəcəyini təsəvvür etmək elə də çətin deyil. İş ona gəlib çıxacaq ki, İctimai Palatada prezidentliyə namizəd olmaq şansı olan iki əsas siyasi vektordan biri Milli Şuradan əlavə siyasi impuls alacaq və bununla da çox güman ki, Milli Şuranın missiyası bitəcək.
Həmin siyasi vektorlar da artıq indidən bu perspektivə hazırlaşsaydılar bu, daha real siyasət olardı, nəinki Milli Şura ilə bağlı uzağa gedən nəticələr çıxarmaq, çünki özləri deyirlər ki, siyasət real olanın peşəsidir. Hətta onu da vurğulamağa hazırıq ki, bu siyasi qovğada bir nəticə olacaq və o da budur ki, R. İbrahimbəyov prezidentliyə iki iddialı şəxsdən kimi dəstəkləyəcək? Onun özünün də siyasi ambisiyaları mövcuddur. Hətta bu yaxınlarda demişdi ki, o özü Milli Şuraya rəhbərlik edə bilər. Üstəlik, R. İbrahimbəyovun kimi daha həvəslə dəstəkləyəcəyini də hesablamaq bir o qədər çətin məsələ deyil…

Hüseynbala Səlimov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Venisiya Komissiyası hakimiyyətin planların alt-üst etdi

    Venisiya Komissiyası hakimiyyətin planların ...

    7-05-2013, 01:23

  • 
  • Hakimiyyət daxilində namizəd savaşı

    Hakimiyyət daxilində namizəd savaşı ...

    8-05-2013, 15:06

  • 
  • Hakimiyyət namizədinin legitimlik problemi

    Hakimiyyət namizədinin legitimlik problemi ...

    12-02-2013, 11:15

  • 
  • Prezidentliyə namizədlərin sayı-hesabı

    Prezidentliyə namizədlərin sayı-hesabı ...

    29-07-2013, 13:58

  • 
  • Novruz Məmmədovdan sensasion açıqlama

    Novruz Məmmədovdan sensasion açıqlama ...

    11-06-2013, 15:04


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (261)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu