İcra başçısının prezidenti aldatmasının detalları:sovet dövrünün obyektləri yeni tikili kimi təqdim olunub; lenti kəsilən “ASAN” xidməti isə işləmir
3 may 2013-cü il tarixdə ölkə başçısı Sumqayıta təşrif buyurmuşdu. 3 may “Türkçülük” gününə təsadüf etdiyindən, səfər heç də türkçülük bayramı kimi yox, yalanlarla yadda qaldı. Qırmızı lentini qayıçıladığı obyektlər Prezidentə yeni inşa edilmiş obyektlər kimi sırındı. “Gilan” Holdinqin tekstil fabrikası təqdim olunan bina 70-ci illərdə inşa edilmiş bina idi. Növbəti qırmızı lenti kəsənəklənən “Asan Xidmət”in binası həmçinin 70-ci illərin tikintisi idi. Bina Sovetlər dövründə Kimya zavodunun balansında olub. Ətrafındakı fəhlə yataqxanalarında yaşayan fəhlələr üçün kompleks iaşə obyekti kimi fəaliyyət göstərib. 1985-ci ildən Əhaliyə Məişət Xidməti adlı idarənin ixtiyarına verilib. Binanın 1-ci mərtəbəsi Fabrik Mətbəx adı ilə fəaliyyət göstərib. Mətbəxdə hər cür şirniyyat, ad günləri üçün tortlar bişirilib. 2-ci mərtəbə indiki adı ilə desək şadlıq evi kimi sakinlərin xidmətində olmuşdur. Cüzi ödənişlə burada toy mərasimləri keçirilirdi. Ölkədə müstəqillik qazanılandan sonra bina bir neçə sahibkar tərəfindən icarəyə götürülmüşdür. 2009-cu ildə Şamil (soyadını dəqiqləşdirə bilmədiyimiz) adlı sahibkar tərəfindən özəlləşdirilmişdir. Obyektin təmirinə imkanı olmadığından bir xeyli vaxt istifadəsiz qalməşdır. Şamil qazanc dalınca Rusiyaya gedəsi olur. Elə həmin ərəfədə Eldar Əzizovun Sumqayıta İH başçısı təyin olunandan sonra şəhərdə məcburi “yenidənqurma” başladılır. Moskvada yaşayan iş adamı obyektin təmirinə, daha doğrusu, fasadını sintetik materiallarla üzlənməsinə, damının yenidən qurulmasına 200.000 manatından keçməli olur. Binanın daxili sonradan sahibkar tərəfindən təmir edilərək az müddət ərzində “Mebel Salon”u kimi fəaliyyət göstərir. Bu ilin əvvəllərində Eldar Əzizova “Asan Xidmət” üçün bina tikilməsi tapşırılır. İH başçısı şəhərin mərkəzində yer axtarışına çıxır. Məyus halda çətin vəziyyətə düşür. Belə ki, şəhərdə səkilər, parklar sm. ilə satıldığından, yer qıtlığından başqa üsula əl atmalı olur. O, çoxdan gözaltı etdiyi mebel salonu yadına düşür. Adamlarına iş adamı Şamil ilə əlaqə qurmağı tapşırır. Tərəflər razılığa gələrək mebel salonu kimi fəaliyyət göstərən iki mərtəbəli binanı icarəyə götürürlər. Beləliklə də, “Asan Xidmət”in binasını asanlıqla əldə edirlər. “Asan Xidmət”in binasının açılışı zamanı E.Əzizov binanı prezidentə yeni tikili kimi təqdim edir. Açılışına baxmayaraq “Asan Xidmət” hələ xidmət göstərmir. Səbəb kimi işçılərin treninqlərdə olduğu bildirilir. Mühafizə xidməti əməkdaşının bildirdiyinə görə “Asan Xidmət” may ayının sonrarından fəaliyyətə başlayacaq. Onsuz da bu hakimiyyətdə təmsil olanların hamısı vətəndaşları aldatmaqla, öz işlərini qururlar. Musa
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?