İcra başçısı qəzet köşklərini Qənirə Paşayevanın şərikinə satıb
Sumqayıtın icra başçısı Eldar Əzizov özünün maraqlı «eksperiment»lərinə daha birini əlavə edib. Şəhərdəki mənbəmiz xəbər verir ki, artıq ölkənin ikinci şəhərində fəaliyyət göstərən qəzet köşklərinin təyinatını dəyişdirilməyə başlayıblar. Belə ki, Əzizovun göstərişindən sonra köşklər bundan sonra ictimai-iaşə obyekti kimi fəaliyyət göstərə biləcəklər. Məlumatda deyilir ki, Sumqayıtdakı qeyd olunan obyektlərdə, artıq dönər satışı da təşkil olunub. Verilən məlumatda o da vurğulanır ki, icra başçısı şəhərdəki qəzet köşklərini Mübariz Quliyev adlı iş adamına satdıqdan sonra belə bir vəziyyət yaranıb. Quliyevin deputat Qənirə Paşayevanın şəriki və «Turan» restoranlar şəbəkəsinin rəhbəri olduğu bildirilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?