Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyə abidə qoyulması, adının əbədiləşdirilməsi məsələsi qaldırılıb
Dünən Milli Məclisin növbəti sessiyası keçirilib. İclasda yeddi məsələyə baxılıb. Spiker Oqtay Əsədov birbaşa məsələlərin müzakirəsinə keçməyi təklif etsə də, bəzi deputatlar çıxış etmək istədiklərini ifadə ediblər. Bununla da, müzakirələr başlanılıb.
Deputat Zahid Oruc ilk öncə Şəhidlər Xiyabanı ilə bağlı danışıb. Deyib ki, bu ünvan artıq Azərbaycanın tarixinin, mübarizəsinin simovllarından birinə çevrilib. O, əlavə edib ki, Azərbaycana xarici ölkələrdən qonaqlar təşrif buyurarkən əsas protokollardan biri kimi Şəhidlər Xiyabanını ziyarət edirlər. Ancaq bizdə bilirik ki, bu ziyarət əsasən 20 yanvar zamanı şəhid olan şəhidlərimizin məzarlarının ziyarət olunması ilə başa çatır. Bəlkə də bu məsələyə yenidən baxılmalı, ziyarətin məsafəsi uzadılmalıdır. Mən Şəhidlər Xiyabanında ingilis dilində löhvə vurulmasını da təklif edirəm”.
Zahid Oruc daha sonra İranla bağlı w3j danışıb. Deyib ki, Azərbaycanda bəzi saytlar Türkmənçay sülh müqaviləsinin məsələsini yenidən qaldırır, bunun müzakirə olunması haqqında fikirlər ifadə edirlər: “Yəni Azərbaycana qarşı az qala ərazi bütövlüyü ilə bağlı fikirlər səsləndirilir. Bu yaxınlarda Gülüstan müqaviləsinin 200 illiyi tamam olur. Hesab edirəm ki, bununla bağlı ictimai tədbirlər keçirilməlidir”.
Gülüstan müqaviləsini eşidəndə içim yanır
Milli Məclisin sədri Oqtay Əsədov isə deputata ciddi etiraz edib: “Zahid Oruc siz təcrübəli deputatsınız. Bilirsiniz ki, bizi təxribata çəkirlər. Bir qədər ehtiyatlı olun. Mən Gülüstan müqaviləsini eşidəndə içim yanır. Ona görə heç bir çağırış etmirəm”.
BQP sədri, deputat Fazil Qəzənfəroğlu isə AMEA-nın əməkdaşı Xalidə Xalidin İranda həbs olunması məsələsini qaldırıb. Deyib ki, İran neçənci dəfədir ki, Azərbaycan vətəndaşını əsassız motivlə həbs edir və sonradan bunu bazarlıq səviyyəsinə gətirir.
Deputat həmçinin ona çoxlu sayda tələbələrin müraciət etdiyini bildirib: “Bu müraciətlərin kökündə tələbələrin təhsil haqqını ödəyə bilməməsi durur. Bizim üçün hədəf Azərbaycan gənclinin təhsilli olmasıdır, cahil olmamasıdır. Hesab edirəm ki, bu məsələyə hansısa formada münasibət bildirilməlidir. Təhsil haqları elə səviyyədə olmalıdır ki, hər kəs onu ödəyib təhsil ala bilsin”.
Spiker Oqtay Əsədov isə söyləyib ki, öz tərəfimdən İran Məclisinin sədri Laricaniyə müraciət edəcək ki, İranda saxlıanılan Azərbaycanlı ziyalı xanımla bağlı məsələyə dəstək versin: “Parlamentlərarası dostluq qrupuna da təklif edirəm ki, bu cür müraciət etsinlər”.
Elçibəyə abidə qoyulsun, adına küçələr verilsin
Deputat Fərəc Quliyev isə çıxışı zamanı Azərbaycan milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyə abidə qoyulmasını təklif edib: “Bu yaxınlarda Əbülfəz Elçibəyin 75 yaşı tamam olur. Əbülfəz Elçibəy milli mübarizədə öndə olan şəxslərdən biri olub. Mən təklif edirəm ki, Elçibəylə bağlı tədbirlər keçirilsin, onun adına küçələr verilsin.
Şəhid ailəsinin övladı müsabiqəsiz dövlət qulluğu ştatına qəbul olunmalıdır
Deputat Musa Quliyev isə “Şəhid adının əbədiləşdirilməsi” haqqında qanuna dəyişiklik etməyi təklif edib: “Şəhid ailələrinə, sosial baxımdan ehtiyacı olan insanlara yardımlar edilməsi prezidentin apardığı siyasətin prioritet istiqamətlərindən biridir. Mən təklif edirəm ki, hər bir şəhidin bir ali təhsilli övladı müsabiqədən kənar şəkildə dövlət qulluğu ştatına qəbul edilsin. Hesab edirəm ki, buna gedilsə problem olmaz. Çünki ölkədə 30 mindən çox dövlət qulluğu ştatı var. Amma belə şəhid övladlarının sayı min nəfərdən ibarətdir. Belə bir qanunun qəbulu şəhid ailələrinə dövlətin imtiyazının növbəti davamı ola bilər”.
Deputat dövlət və özəl təhsil müəssisələrində də, şəhid övladlarının təhsilhaqqı ödəmədən təhsil alması üçün şərait yaradılmasını təklif edib: “Hesab edirəm ki, dövlət təhsil müəssisələrindfə olduğu kimi özəl təhsil müəssisələri də şəhid ailələrinin övladlarından təhsil haqqı almamalıdır. Əgər bura tələbələr dövlət sifarişi ilə qəbul olunursa, dövlətin də qəbul etdiyi qanunlara əməl olunmalıdır. Hesab edirəm ki, qaçqın və məcburi köçkün ailələrinin övladları da özəl təhsil müəssisələrində ödəniş vermədən təhsil almalıdırlar”.
Əbülfəz Elçibəyə və Nuru Paşaya abidə ucadılması hakimiyyətə baş ucalığı gətirər
BAXCP sədri, deputat Qüdrət Həsənquliyev isə söyləyib ki, bu ayın sonunda “Avronest” Parlament Assambleyasının sessiyasının keçirilməsi gözlənilir. Amma bu günə qədər bizi özümüzə dost hesab edən Gürcüstan və Moldova nümayəndələrinin söz alaraq bizi müdafiə etməsinin şahidi olmamışıq. Biz isə hər zaman həm Gürcüstan, həm də Moldovanın ərazi bütövlüyün dəfələrlə müdafiə etmişik. Onlar guya Ermənistanla münasibətləri pozmamağı əsas gətirərək “müdirikcəsinə” susurlar. Hesab edirəm ki, dövlət və hökumət səviyyəsində iş aparılmalıdır ki, onlar beynəlxalq təşkilatlarda bizim mövqeyimizi müdafiə etsinlər”.
Qüdrət Həsənquliyev daha sonra Əbülfəz Elçibəyin adının əbədiləşdirməsi ilə bağlı məsələni qaldırıb. Deyib ki, bu yaxınlarda mərhum prezident Heydər Əliyevin anadan olmasının 90 illiyi qeyd edilib. Və əksər müxalifət partiyaları da Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında xidmətlərini qeyd ediblər. Hesab edirəm ki, hakim partiyada analoji addım ataraq Əbülfəz Elçibəyin adının əbədiləşdirilməsi haqda təklifi öyrənməli və həyata keçirməlidir. Bu həmdə ölkənin siyasi sisteminin inkişafına səbəb ola bilər. Həmçinin qarşıdan Bakının işğaldan azad edilməsinin, habelə Azərbaycan Xalq Cümhuriyyətinin 95 illiyi gəlir. Burada 1300 qədər anadolu türkü şəhid olub. Nuru Paşanın abidəsinin ucaldılmasına ehtiyac var. Hesab edirəm ki, Əbülfəz Elçibəyin və Nuru Paşanın abidəsinin heykəlinin ucaldılması iqtidara baş ucalığı gətirə bilər”.
Xocalı soyqrımı abidəsi yenidən qurulacaq
Deputat Elman Məmmədov isə Musa Quliyev və Zahid Orucun təkliflərini dəstəkləyib. Bildirib ki, ermənilər qondarma soyqrıma 50-60-cı illərdə abidə qoyublar: “Ancaq nədənsə biz başımıza gələn müsibətlərlə bağlı abidə qoyulması məsələsində ləngiyirik. Baxmayaraq ki, mərhunm prezident Heydər Əliyevin 1998-ci ildə imzaladığı sərancamda bu məsələ dəqiq qoyulub. Həmin sənəddə Bakıda soyqrım abidəsinin və muzeyinin yaradılmasına dair bəndi var. Lakin indiyə qədər soyqırım abidəsinin ucaldılması təmin edilməyib. Soyqrım abidəsi və muzeyi Şəhidlər Xiyabanı ərazisində salınmalıdır ki, kompleks təşkil etsin. Mən həmdə hesab edirəm ki, bura gələn xarici dövlətlərin nümayəndələrin Xocalı soyqrımı ilə bağlı abidəni ziyarət etsinlər. Biz bunu təklif edək, kim istəyər getsin”.
Spiker Oqtay Əsədov isə bildirdi ki, hazırda yüksək səviyyədə layihə hazırlanır və bu layihə əsasında Xocalı soqyrımı abidəsi əsaslı şəkildə dəyişdiriləcək: “Soyqrım muzeyi də yaradılacaq. Gələcəkdə onların ziyarət edilməsi də protokola da salınacaq”.
Bu nə yaramazlıqdır
Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə isə Müvəqqəti Saxlama Təcridxanalarında saxlanılan müxalifətçi gənclərin fotolarının yayılması məsələsini qaldırıb. Burda vaxtı ilə Cinayət Məcəlləsində inzibati qaydaların pozulmasına dair cərimələrin və həbs müddətinin uzadılmasınna dair məsələ müzakirə olunarkən mən tənqidlərimi səsləndirdim: “Həbs olunan gənclər içəridə müəyyən işlərə cəlb ediliblər. Onlar işləyərkən gizli şəkildə fotoları çəkilib və yayılıb. Bu nə yaramasızlıqdır. Əgər məhkəmə qərar veribsə və buna uyğun olaraq insanlar işləyibsə, niyə onu gizlindən çəkib yayıblar. Bunu hüquq mühafizə orqanları edib. Nə müxalifət edib, nə də jurnalistlər edib. Bu kütləvi itaətsizliyə səbəb olacaq”.
Spiker Oqtay Əsədov isə İqbal Ağazadəyə etiraz edib: “Bunu hüquq mühafizə orqanlarının etdiyini deyirsiniz. Sizin əlinizdə bununla bağlı konkret fakt varmı? Fakt olmadan kiminsə haqda danışmaq doğru deyil. Biz deyək ki, bunu edənə ar olsun. Məsələni araşdırmadan bunu demək olmaz”.
Sədaqət Vəliyeva isə adəti üzrə çıxışını müxalifətin tənqidinə yönəldib. Deyib ki, Azərbaycan xalqı ordunun arxasındadır, amma bu müxalifəti qane etmir.
Bir cənublu soydaşımızı oxutmamışıq, budurmu cəsarətli siyasət?
VHP sədri Sabir Rüstəmxanlı isə xatırladıb ki, Şəhidlər Xiyabınında beş şəhid nəsli yatır: “Burada 1918-ci il şəhidləri, türk şəhidləri, 20 yanvar şəhidləri, böyük vətən uğrunda dünyasını dəyişən insanlar və Qarabağ uğrunda gedən müharibədə şəhid olan insanlar yatır. Əlbəttə ki, Şəhidlər Xiyabanına daxil olaraq iki nəsl şəhidləri ziyarət edib, qalanları etməmək narazılıq yaradır. Məncə burada bir soyqrım muzeyi tikiliməlidir”.
Sabir Rüstəmxanlı daha sonra Güney Azərbaycandan danışıb və bu istiqamətdə hökumətin siyasətini tənqid edib: “Burada Güney Azərbaycan məsələsinə toxunuldu. Öz adımdan deyim ki, son illərdə bir neçə dəfə beynəlxalq təşkilatlarda-BMT-də, ABŞ Konqresində, Dövlət Departamentində, habelə Cenevrədə Güeney Azərbaycan məsələsini qaldırmışam. ABŞ-da söhbət zamanı deyildi ki, Azərbaycan hökumətinin İrana qarşı cəsarətli siyasət aparır. Mən əlbəttə ki, orada susdum. Amma indi deyirəm ki, bizim siyasətimiz necə cəsarətlidir? Bir nəfər Güney Azərbaycanlını oxudutruqmu? Bura İrandan gələnləri dərhal başqa ölkəyə göndəririk. Həbs olunan şəxslər bağlı cəsarətli mövqe ortaya qoya bilmirik. Bu gün biz yatmışıq, böyrümüzdə az qala Təbriz və Urmiyaya göz dikənlər var”.
Spiker Oqtay Əsədov isə Sabir Rüstəmxanlıya ciddi şəkildə etiraz edib: “Əgər siz Azərbaycan hökumətinin cəsarətli siyasət aparmasını düşünmmürsünüzsə, bu sizin işinizdir. Biz hələ bir istiqamətdə mübarizəni aparıb qurtarmamışıq. Siz deyirsiniz ki, 15 istiqamətdə mübarizə aparaq. Hamınız populist çıxışlar edirsiniz”.
Milli Məclisin deputatı, akademiq İsa Həbibbəyli isə deyib ki, İran-Azərbaycan arasında iki tərəfli əməkdaşlığı var: “biz elm və mədəniyyət sahəsində də əməkdaşlıq edirik. Mən Xalidə Xalidin məsələsninin İran tərəfindən belə mürəkkəbləşdirilməsini başa düşmürəm. AMEA adından qeyd edirəm ki, Xalidə Xalid dissertasiyanı zənginləşdirmək məqsədilə öz təşəbbüsü ilə İrana gedib. Onun işi təhqiqatlar və araşdırmalar aparmaqla bağlı olub. AMEA Xalidə Xalidlə bağlı məslənin obyektiv araşdırılmasını və onun azadlığa buraxılmasına dair mövqeyini ifadə edir.
Sorğu
Yeni dizaynımız necədir?