ReAl hərəkatının həbsdə olan sədri, qurumun prezidentliyə namizəd kimi irəli sürdüyü İlqar Məmmədov öz facebook hesabında qarşıdan gələn seçkilərlə bağlı fikirlərini paylaşıb və orada vahid namizədlə bağlı şərtlərini irəli sürüb. Prezidentliyə namizədlərin facebook səhifəsindəki statusunu təqdim edir:
“Əgər Eldar Namazov, Əli Kərimli və İsa Qəmbər vahid namizəd haqqında razılığa gəlsələr, biz də bu birliyə dəstək verəcəyik. Vahid namizədlə bağlı razılıq dedikdə yalnız Milli Şura tərəfindən Rüstəm İbrahimbəyovun şəxsində vahid namizədin müəyyən edilməsini deyil, həm də Milli Şuranın hər hansı digər üzvünün öz namizədliyini qeydə aldırmaq cəhdindən imtinanı nəzərdə tuturuq. Əks təqdirdə seçkilərdə Rüstəm İbrahimbəyovun namizədliyini qeydə almamaqla İlham Əliyev öz rəqibini özü təyin edəcək. R.İbrahimbəyovun namizədliyini qeydə aldıra bilməməsi Milli Şuranı məhv edəcək və beləliklə də sözügedən siyasi nəsil ölkə
miqyaslı səsvermələrdə özünün dalbadal 15-ci siyasi məğlubiyyətini yaşayacaq.
Buna görə də biz R.İbrahimbəyovun ardınca getməliyik, o da öz növbəsində qeridə qalmamalıdır. Əks halda ReAl seçkilərə doğru yolunu öz namizədi ilə davam edəcək, sonra isə vəziyyətə uyğun olaraq Cümhuriyyətin
marağında, yəni həmişəki kimi şahlığa qarşı addımlar atacaq”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?