“Dağlıq Qarabağda nəyinsə baş verəcəyi gözlənilir” gundemxeber.az Rusiya dövləti 2013-cü ildə Azərbaycana qarşı bir sıra planlar hazırlayır. Belə ki, Rusiya Qəbələ RLS-lə bağlı gedən prosesləri həzm edə bilmir və gələn il Azərbaycanda keçiriləcək prezident seçkiləri ərəfəsində rəsmi Bakının Qəbələ RLS-dən imtina etməsinə görə Rusiya Azərbaycandan əvəz çıxmaq istəyir. Məsələyə münasibət bildirən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib ki, hər zaman olduğu kimi, indi də Rusiya Cənubi Qafqaz regionunda hökmranlıq etmək istəyini dünyaya göstərmək istəyir: “Tarixə nəzər salsaq görərik ki, Rusiyanın zaman-zaman Azərbaycana qarşı çirkin planları olub. Hələ 1993-cü ilin mayında rus qoşunları Cənubi Qafqaz ölkələri arasında ilk dəfə Azərbaycandan çıxarılan zaman Rusiya bunun əvəzini çıxdı. Rus qoşunları ölkəni tərk edəndən cəmi 1 ay sonra Rusiya Surət Hüseynovun vasitəsilə Azərbaycanda qiyam başlatdı. Rusiyanın Azərbaycana qarşı bu cür hərəkətləri zaman-zaman olub və qarşıdakı illərdə də gözləniləndir”. A.Nağı deyib ki, Rusiya aqressiv dövlətdir və hər hansı dövlətə qarşı hazırladığı təxribat planlarını açıq aşkar göstərməkdən belə çəkinmir: “Hətta yaxın vaxtlarda gözlənilir ki, Azərbaycanın şimal rayonlarında və ya Dağlıq Qarabağda nəsə baş versin”. Vaqif Həsənli
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?