GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Beyləqan təhsili “ölüm təhlükəsi” ilə üz-üzə qalıb

Beyləqan təhsili “ölüm təhlükəsi” ilə üz-üzə qalıb

Tarix: 11-07-2017, 17:22 Bölmə :Manşet Baxış: 542
Beyləqan təhsili “ölüm təhlükəsi” ilə üz-üzə qalıb

Artıq hər kəs o qənaətdədir ki, Xuraman xanım Rüstəmova daşıdığı vəzifəsindən uzaqlaşdırılmayana qədər, Beyləqanın təhsilində vəziyyət düzələn deyil


Son aylar əksər media qurumlarında Beyləqan təhsilində yaşanan çoxsaylı qanunsuzluqlardan, baş alıb gedən həngamələrdən və s. bəhs olunur ki, bu da adı çəkilən rayonun təhsilinə verilən qiyməti müəyyən etməyə tam əsaslar verir. Çünki, bəzi KİV nümayəndələrinin dərc etdikləri araşdırma yazılardan da aydın olur ki, Xuraman xanım Rüstəmova şöbə müdiri təyin olunduqdan sonra, sanki Beyləqan təhsili “ölüm təhlükəsi” ilə üz-üzə qaldı. Düzdür, bəzi media nümayəndələri yaşananları ictimailəşdirdi, qol qoyulan qanunsuzluqları, haqsızlıqları hər kəsin diqqətinə çatdırırdı, amma aidiyyəti qurumlar ilk vaxtlar hansısa addımlarını atmadılar. Belə olan halda hər kəsi o məqam düşündürürdü ki, görəsən buna səbəb olan amillər hansılardır? Amma, çox kemədi ki, əksəriyyətin gözlədikləri özünü doğrultdu və rəhbərlik komissiya təşkil edərək Beyləqana göndərdi ki, mediada sadalanan faktlarla bağlı lazımi araşdırmalar aparılsın.
Ümumiyyətlə, xanım şöbə müdirinin atdığı addımlarla bağlı dövrü mətbuatda bu günə kimi çoxsaylı tənqidi açıqlamalar işıq üzü görüb. Məsələn, onun Beyləqan RİH-nin başçısı Vaqif Abdullayevin adından rüşvət toplatdırması, rayon təhsilinin daha da inkişaf etdirilməsi məqsədilə lazımi addımlarını atmaması, daşıdığı vəzifəsi ilə kimlərəsə acıq gəlməsi və s. bu tip xəbərlərdəndir.
Əldə etdiyimiz məlumatlardan bəlli olur ki, Xuraman xanım 2016-cı ilin iyunun ayında Beyləqan rayon Təhsil şöbəsinə müdir təyin olunub və o, müdirliyinin təxminən altı ayı ərzində təqribən 34 müəllimi Təhsil Nazirliyinin irəli sürdüyü prosedurlardan keçmədən, rayonun ayrı-ayrı təhsil müəssisələrində işlə təmin edir. Atdığı belə bir addımının qarşılığında isə, hər zaman maddi maraqlarını öndə tutub. Bəzi sakinlərin iddialarına görə, şöbə müdiri ilk vaxtlar müqavilə əsasında işləyənləri, yaşı 65 keçən müəllimləri işdən çıxartmaq hədəsi ilə təhdid etdi, az sonra isə onlarla “dil tapmağı” da bacardı. Hər kəsi daha çox təəccüb qoyan hal o oldu ki, Xuraman xanım Rüstəmova müqavilə əsasında işləyən 300 nəfər müəllimlə təqribən 700-1000 manat “şirinliyin” qarşılığında yenidən müqavilə bağladı və onların hər birinə fəaliyyətlərini davam etdirmək imkanı da yaratdı.
Bəli, bu günə kimi xanım müdirə ilə bağlı kifayət qədər ciddi ittihamlar səslənsə də, nə onun özü, nə də ki, digər qurumlar sadalanan ittihamlara cavab vermirdilər. Deyəsən bir müddət bundan əvvəl nazirlik tərəfindən şöbədə aparılan yoxlamalar, heç də Beyləqan təhsilinin diqqətdən kənarda qalmadığını, lazım gəldilkdə xanım Rüstəmovanın ciddi şəkildə cəzalandırılacağına, sanki ehyam da oldu.
Ümumiyyətlə, bəzi sakinlərinin iddialarına görə Xuraman xanım Rüstəmova təhsil şöbəsinə müdir təyin olunduqdan sonra, rayonda fəaliyyət göstərən təhsil müəssisələrində olduqca acınacaqlı durum yarandı. Yəni, Beyləqanda təhsilin vəziyyəti lazımi səviyyədə deyil və bunu hər kəs də yaxşı bilir. Məsələn, bəzi sakinlər bildirirlər ki, şöbə müdiri yarıtmaz idarəçiliyi ilə elə bir ab-hava yaradıb ki, məktəblərin bir çoxunda normal dərs keçilmirdi və şagirdlərin tam əksəriyyətinin tədris prosesinə marağı yox idi. Məktəb müəllimlərindən bəziləri repititorluq fəaliyyəti ilə məşğul olduqlarından, onlar dərsliklərin tədrisinə o qədər də önəm vermirdilər. Atdıqları addımlarının qarşılığında onlar direktorlara hər ay “görüm-baxım” etdiklərindən, təhsil ocaqlarının rəhbərləri müəllimlərə dərsə gəlməmək imkanı yaradırlar.
Beyləqanın ucqar kəndlərində vəziyyət daha dözülməz olduğundan, sakinlərin iddialarına görə, bəzi kəndlərdəki təhsil ocaqlarının fəaliyyəti yalnız sənədlər üzərində mövcuddur. Xanım şöbə müdiri də, qeyd olunan məktəblər vasitəsilə müəyyən maraqlarını təmin etməyi bacarır. Yəni, büdcədən həmin təhsil müəssisələrində dəslərin tədrisinə, müəyyən təmir-bərpa işlərinin həyata keçirilməsinə müəyyən məbləğdə vəsaitlər ayrılsa da, həmin vəsaitlər müəyyən adlar adı altında mənimsənilir. Bir sözlə, büdcədən ayrılan külli miqdarda vəsaitlər əksər hallarda təyinatı üzrə deyil, digər məqsədlər üçün istifadə olunur. Belə bir səbəblər üzündəndir ki, builki qəbul imtahanlarında rayondan olan abituriyentlərin zəif nəticə əldə etdikləri də bildirilir. Verilən məlumatlarda o da vurğulanır ki, son illər ali məktəblərə qəbul olan beyləqanlı şagirdlərin sayı olduqca azalıb və bunun da başlıca səbəbi, adı çəkilən rayonun təhsil sisteminin düzgün idarə olunmamasıdır. Artıq hər kəs o qənaətdədir ki, Xuraman xanım Rüstəmova daşıdığı vəzifəsindən uzaqlaşdırılmayana qədər, Beyləqanın təhsilində vəziyyət düzələn deyil.
Sakinlərin iddialarına görə xanım şöbə müdiri də, digər vəzifə sahibləri kimi RİH-nin başçısı ilə bu və ya digər formada bağlı olan vəzifə sahibidir ki, bu gün o da, “kor atı minib köndələn çapır”. Əgər aidiyyəti qurumlar tərəfindən günü bu gün təhsil şöbəsinin fəaliyyəti araşdırılarsa, o halda dəhşətli faktlar da ortaya çıxar.
Hər kəsə bəllidir ki, dövrü mətbuatda indiyə kimi Xuraman xanımın yarıtmaz idarəçiliyi ilə bağlı silsilə tənqidi açıqlamalar dərc olunub. “Gündəm Xəbər”in əldə etdiyi səhih məlumatlara görə, xanım şöbə müdirinin vəzifədə qalmasına əsas səbəb, məhz onun TN-dəki himayədarından dəstək alması və icra başçısı tərəfindən müdafiə olunmasıdır. Hətta, bəzi media orqanlarında belə bir açıqlamalar da dərc olunub ki, Beyləqan təhsilinə ayrılan vəsaitlərin çoxu xanım şöbə müdiri ilə icra başçısı arasında mənimsənildiyindən, rayon rəhbərliyi daim onu müdafiəçisi rolunda çıxışlar edir. Faciə odur ki, Beyləqanda təhsilin səviyyəsinin respublika üzrə ən aşağı göstəricilərə malik olması haqda da iddialar var.
Mövzu diqqətimizdədir. Araşdırmamız davam edəcək.

Cəfər
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Beyləqan təhsilinin bəxti bu dəfə də gətirmədi

    Beyləqan təhsilinin bəxti bu dəfə də gətirmədi ...

    8-01-2017, 21:06

  • 
  • Beyləqanda skandal: Yeni şöbə müdiri direktorlardan pul tələb edir

    Beyləqanda skandal: Yeni şöbə müdiri ...

    9-06-2016, 17:07

  • 
  • Beyləqan təhsilinin “qara günləri”

    Beyləqan təhsilinin “qara günləri” ...

    26-11-2016, 00:55

  • 
  • Saxta diplomlu müəllimləri işə kim götürür? - təhsil şöbəsi müdirinə ittihamlar

    Saxta diplomlu müəllimləri işə kim götürür? - ...

    12-05-2017, 22:30

  • 
  • Beyləqan rayon Təhsil Şöbəsində təftiş həyəcanı...

    Beyləqan rayon Təhsil Şöbəsində təftiş həyəcanı... ...

    11-12-2012, 12:39


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu