Yəni, o, rayonun məktəb direktorlarına 3 min manat, müavinlərə 1000 manat, müəllimlərə isə təqribən 150-20 manat “toskı” qoydu “Gündəm Xəbər”in ötən saylarında yazıb qeyd etmişdik ki, Beyləqan təhsilinə Xuraman xanım Rüstəmovanın rəhbər təyin olunması, heç də olub-qalan ümidləri doğrultmadı. Çünki, əksəriyyət o düşüncəyə malik idi ki, yeni rəhbərliyin idarəçiliyi sabiq şöbə müdirinin illərdən bəri miras qoyduğu problemləri yavaş-yavaş həll edəcək, bir sözlə Beyləqan təhsili “ağgün”ə çıxacaq. Amma həftələr bir-birini əvəzləsə də, aylar ötsə də, il yeniləşsə də, Xuraman xanımın idarəçiliyi yeniləşmədi. Çünki, redaksiyamızla əlaqə saxlayan yerli sakinlər bildirirlər ki, “bu gün rayonun təhsilində yaşanan ən böyük problem, mərkəzi ərazilərdən kənar yerlərdəki təhsil ocaqlarında, istilik sisteminin olmamasıdır. Yəni, kənd məktəblərinin bəzilərində vaxtilə yanacaq məqsədilə odundan, daş kömürdən və s. istifadə olunurdusa, bu gün “kombi” istilik sistemindən istifadə olunma nəzərdə tutulsa da, təəssüflər olsun ki, əksər kənd məktəblərində heç bir istiliyin olmasından söhbət belə gedə bilməz. Amma, bütün bunlara baxmayaraq, ötən il şəhər 3 saylı məktəbin direktorluğundan Beyləqan təhsilinə rəhbər təyin olunan Xuraman xanım Rüstəmovanın oturduğu otaqda istilik də var, hər cür təmin olunmalar zamanında da həyata keçirilib. Rayon sakinlərinin bildirdikləri iddialara görə, xanım şöbə müdiri vəzifəsinin icraasına başladıqdan az sonra çox keçmədi ki, sələfinin dünyadan köçənlərinə min rəhmət də oxutdurdu. Yəni, o, bugünkü icra başçısının xeyr-duası ilə, eyni zamanda külli miqdarda “haqq-hesab”ın müqabilində sahib olduğu “post”una sahibləndikdən sonra, çox keçmədi ki, əməli addımlarını atmağa başladı. Yəni, o, rayonun məktəb direktorlarına 3 min manat, müavinlərə 1000 manat, müəllimlərə isə təqribən 150-20 manat “toskı” qoydu. Qoyulmuş “toskı”nın mahiyyəti, məhz onların daşıdıqları vəzifələrində qalmalarına hesablanmış addım oldu ki, həmin addımları da xanım şöbə müdiri yavaş-yavaş həyata keçirməyə çalışır. P.S. Növbəti açıqlamamızda Beyləqan təhsilində yaşanan digər olaylardan da bəhs etməyə çalışacağıq. Qarşı tərəfi də dinləyə bilərik.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?