GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Ölkə çalxalanır, seçki gərginliyi qızışır

Ölkə çalxalanır, seçki gərginliyi qızışır

Tarix: 1-06-2013, 02:18 Bölmə :Manşet Baxış: 1 124
Ölkə çalxalanır, seçki gərginliyi qızışır

Hakimiyyətin Milli Şuraya qarşı müdhiş planı...
Qurumda təmsil olunanlara qarşı hücum və qara piar taktikası işə salınır, seçkidən sonra AXCP-Müsavat terror olunacaq
Rüstəm İbrahimbəyov Milli Şuranın Rusiyanın layihəsi olmasından və hansı namizədi dəstəkləyəcəyindən danışdı: “Xalq gec-tez ayağa qalxacaq”
Ölkənin siyasi həyatındakı durğunluğa son qoyulur. Seçkilər yaxınlaşdıqca ictimai-siyasi canlanmanın hərarəti daha da yüksəlməkdədir. Mayın 28-də Milli Şuranın elan olunması bu proseslərin qızışması və aktiv fazaya qədəm qoymasına səbəb oldu. Belə də isə hakimiyyət boş oturmur, tarixdə III Milli Şuranın yaradılmasına qeyri-ciddi yanaşmır və təhlükənin hansı istiqamətlərdən qaynaqlandığını görür. Milli Şuraya qarşı hücum taktikası, qara piar və bu qurumda təmsil olunanları tək-tək mənəvi baxımdan terror etmək planlaşdırılır.
İqtidardakı mötəbər qaynaqlardan “Gündəm-xəbər”ə sızan səhih xəbərə görə, hökumət daxilində Milli Şura ilə bağlı ciddi müzakirələr gedir. Məqsəd təşkilata qarşı hansı üsullara əl atmaq və qurumu cəmiyyətin gözündən salmaq cəhdidir. Eyni zamanda hakimiyyət Milli Şuranın Kremlin diktəsi ilə yarandığını və rus təhlükəsinin mövcudluğunu xalqın diqqətinə çatdırmaq ana xəttini tutub.
Azərbaycan toplumunda rus nüfuzu olduqca aşağıdır və Moskvanın ölkəmizə qarşı hər hansı planı düşmənçilik kimi qiymətləndirilir. İqtidar-müxalifətli xalq Avro-atlantik məkana inteqrasiyanın tərəfdarıdır. Bu da hakimiyyətə sərf edir və Milli Şuranın Rusiyanın ayağına yazmaqla təşkilatın cəmiyyətdə olacaq nüfuzunu bəri başdan gözdən salmağa çalışırlar. Mənbəmiz iddia edir ki, Moskvanın Milli Şurada xərçəng kimi yayılan qolları var və Azərbaycan tərəfi bu qanadları qırmaq niyyətindədir.
Qaynağımız qeyd edir ki, Azərbaycan rəhbərliyi Milli Şuraya və orada təmsil olunan qüvvələrə qarşı qəzəblidir. Hökumət bu seçkidən sakitliklə çıxmağı düşünür və Əliyevin prezidentliyi legitimləşəndən sonra MŞ-da olan qüvvələrdən qisas alınacaq.
Hakimiyyət bu qüvvələrin seçki ərəfəsində vəziyyətdən sui-istifadə etdiyi düşüncəsindədir və Kremlin oyununda dolayısı ilə iştirak etdiklərini hesab edir. O baxımdan intiqam hissi ilə alışıb-yanan iqtidar seçkini gözləyir.
Digər bir tərəfdən bu məsələdə ciddi arqument var. AXCP - Müsavat və digər partiyaların Kremlin layihəsi olduğu deyilən Şurada təmsil olunması onların gələcək taleyini şübhə altına qoyur. Məğlubiyyət olacağı halda hökumət ən şiddətli repressiyaları məhz bu iki partiyaya qarşı tətbiq edəcək, onları vətənə xəyanətdə suçlayacaq, qara piar işə düşəcək. Mənbəmiz bildirir ki, ortada qarışıq və yeknəsəq olmayan oyun gedir, bu durumda hər kəs öz oyununu oynayır. Kimin udub, kimin uduzacağını 16 oktyabrda görəcəyik. Bəs, Milli Şura nə edə bilər? Qurum ölkədə azad seçkilərin keçirilməsinə nail olacaqmı?
İlk baxışdan geniş formatlı birliyin yaranmasını təqdir etmək olar. Müxalif düşərgəni illər sonra İbrahimbəyov öz təşəbbüsü ilə Milli Şuranın çətiri altına toplayıb. İctimai Palatanın oxşarı olduğunu da öncədən qeyd etdiyimiz bu təşkilatın fərqi sadəcə bütün partiyaları, siyasi fiqurları əhatə etməsidir. Ki, bu da vəziyyəti mürəkkəbləşdirir.
Çünki MŞ-da iştirak edən partiyaların arasındakı haçalanma. Mehriban-düşmənçiliyin dərin kökləri var. Bu buzlaşmış münasibətlərin bir neçə gün ərzində əriyəcəyinə ümid etmək sadəlövhlük olardı. Sadəcə, bir neçə aydır elan olunacağı deyilən Milli Şura təsis olunmasaydı daha böyük rüsvayçılıq yaranardı. Odur ki, şərti və nəzəri olaraq bir razılıq əldə olunub və bütün təşkilatlar bir çətirin altına toplaşıblar. Burada hakimiyyətdən maliyyələşən və iqtidarın sözü ilə oturub-duran təşkilatlar belə var. O halda hansı birlikdən və rejimə qarşı mütəşəkkil mübarizədən danışmaq olar?
İkinci suala gəlincə, azad seçkilər keçirilməsi hakimiyyətin süqutu deməkdir. Mövcud iqtidar da bunu gözəl təhlil edir və 20 ildir şəffaf seçkiyə şərait yaratmır. Deməli, bu il də ondan fərqlənməyəcək. Yox, əgər Milli Şuranın hakimiyyətə təzyiqləri və müqaviməti güclü olsa onda hökumət geri çəkilə bilər. Seçkilər isə artıq çox uzaqda deyil və MŞ-da hələlik proqram, vahid strategiya və İdarə Heyəti müəyyənləşməyib. Azad seçkiyə xalq hərəkatını təşkil etməklə nail olmaq mümkündür. Ölkə isə məzarlıq sükutunu xatırladır və toplumun 2013-də dəyişiklik nicatı hiss olunmur.

Bu arada Ziyalılar Forumunun üzvü Rüstəm İbrahimbəyov azadliq.info saytına müsahibəsində deyib ki, Milli Şura hələ elan olunmamışdan hakimiyyət tərəfdən əks-təbliğatla üzləşmişdi: “Milli Şura yaranandan sonra bu təbliğat daha da şiddətlənib. Əsas ittiham isə Milli Şuranın guya Rusiyanın layihəsi olması ilə bağlıdır. Mən hökumət qəzetlərini oxumuram və saytlarına baxmıram. Amma biz dəfələrlə demişik ki, bu ittihamlar uydurmadır. Hakimiyyət qəsdən bu şayiələri buraxır. Bu, hakimiyyətin standart addımıdır. Bir müddət əvvəl hakimiyyət ABŞ-ın Azərbaycanda çevriliş hazırladığını bəyan edirdi və buna görə bir neçə gənci də həbs etdi. İndi də Rusiyanın çevriliş etmək istədyini bəyan edir. Bundan əvvəl «Milyarderlər İttifaqının» da yaranmasında Rusiyanın əlinin olduğu və onların Azərbaycanda çevriliş hazırladığı bəyan olunurdu. Azərbaycanda hər dəfə demokratik hərəkat yarananda, onun yaranma səbəblərini xaricdə axtarmağa çalışırlar. Bu, bir təxribatdır. Hakimiyyət bunu bilərəkdən edir ki, lazım olanda müxalifət liderlərini çevrilişdə ittiham etsin”.
Milli Şuranın seçkidə vahid namizədlə iştirak etmək planından danışan İbrahimbəyov qeyd edib ki, bu gələcəyin işidir: “Əvvəlcə gərək təşkilat öz işinə başlasın, proqramını elan etsin, İdarə Heyətini seçsin. Bütün bunlar ediləndən sonra hər bir şəxs vahid namizədlə bağlı təkliflərini verə bilər. Seçki yolu ilə vahid namizədi seçmək olar. Mənim də namizəd kimi adım bəzi şəxslər tərəfindən hallanır. Mən həmin şəxslərə göstərdikləri etimada görə təşəkkür edirəm. Amma mənim də öz namizədim var. Mən zamanı çatanda başqa bir hörmətli adamın namizədliyini irəli sürəcəm. İndi həmin şəxsin adını çəkmək istəmirəm. Çünki zamanı deyil. Fikrimcə, çox namizədin adı irəli sürüləcək və onlar arasından seçim ediləcək. Beynəlxalq aləmdə Milli Şuranın yaradılmasına rəğbət hiss olunur. Tanınmış “Reuters” agentliyi Milli Şuranın yaranması barədə məlumat verib və vurğulanıb ki, beynəlxalq aləm Azərbaycanda gedən prosesləri diqqətlə izləyir. Düşünürəm ki, demokratik qüvvələrin bir araya gəldiyi Milli Şuranın yaranmasından sonra beynəlxalq dəstək artacaq. Amma bir məqamı vurğulamaq istəyirəm: Məqsədimiz seçki vasitəsilə, dinc yolla Azərbaycanı demokratikləşdirməkdir. Biz xaos, inqilab tərəfdarı deyilik. Hakimiyyət xalqı elə vəziyyətə gətirir ki, xalq gec-tez ayağa qalxacaq. Ona görə biz çalışırıq ki, bu hadisələri qabaqlayaq və zəruri olan islahatlar dinc yolla həyata keçsin”. Ölkəyə qayıdacağını deyən Rüstəm bəy bildirib ki, bu iyunun 20-dən sonra olacaq: “Mütləq qayıdacağam. Mən hazırda iki filmin üzərində işləyirəm. Bu filmlərlə bağlı daha sonra Avropa və ABŞ-a getməliyəm. Bu təxminən iyunun 20-nə qədər çəkə bilər. Sonra mütləq Bakıya qayıdacam”.
AXCP sədri Əli Kərimli MŞ-la bağlı bunları deyib: “İndidən vahid namizədlə bağlı hər hansı mülahizə söyləmək mümkün deyil. Çünki bizim Milli Şuranın hazırlıq müzakirələrimizdə bu məsələyə toxunulmayıb. Mümkündür ki, Milli Şuranın seçkilərdə vahid namizədi olsun. Mən şəxsən bunu arzulayıram. Ümumiyyətlə, hələ Milli Şura formalaşmamışdan təxminən bir il əvvəl müxalifətin konsolidasiyası, daha böyük birliyinin yaranmasını təbliğ edirdim və açıq tərəfdarıyam. Hesab edirəm ki, müxalifət yalnız birləşməli deyil, həm də birləşmiş müxalifət vahid namizədlə prezident seçkilərinə getməlidir. Bu şəxsən mənim Xalq Cəbhəsinin sədri olaraq mülahizəmdir. Milli Şurada isə çeşidli qüvvələrlə bir yerdə olacağıq. Onlarla danışacağıq. Mümkün olsa, mən çalışacam ki, özümün doğru bildiyim bu mövqeyi digər həmkarlarıma da qəbul elətdirim”.

Aslan
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Müsavat və AXCP funksionerləri İbrahimbəyova qarşı birləşir

    Müsavat və AXCP funksionerləri İbrahimbəyova ...

    18-11-2013, 13:32

  • 
  • “Partiya rəhbərlərinin həmsədrlikdə təmsil olunması Milli Şuranın təməl prinsipinə ziddir”

    “Partiya rəhbərlərinin həmsədrlikdə təmsil ...

    8-11-2013, 14:00

  • 
  • Rüstəm İbrahimbəyov: “Milli Şura sabah elan olunacaq”

    Rüstəm İbrahimbəyov: “Milli Şura sabah elan ...

    27-05-2013, 11:27

  • 
  • Milli Şuranın aksiyası -Yenilənir

    Milli Şuranın aksiyası -Yenilənir ...

    18-08-2013, 18:03

  • 
  • Cəmil Həsənli Milli Şuranın sədri seçildi – fəxri sədr isə İbrahimbəyov oldu - Yenilənib

    Cəmil Həsənli Milli Şuranın sədri seçildi – fəxri ...

    3-12-2013, 22:36


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (32)
Avqust 2025 (569)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu