“Qarşılarında Azərbaycan dövlətini görəcəklər” “Azərbaycan müxalifətinin son vaxtlar atdığı addımlarda müəyyən xarici qüvvələrin rolunun olması ilə bağlı deyilən fikirlərdə müəyyən həqiqətə yaxın məqamlar var. Mən müşahidə edirəm ki, Azərbaycan müxalifəti Azərbaycan xalqının dəstəyinə deyil, xarici dəstəklərə söykənir və öz dəstəyini də xaricdən axtarır”.
Bunu Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov İctimai Televiziyanın “Aktual” proqramında aparıcı Anar Yusifoğlunun suallarını cavablandırarkən deyib. Ə. Həsənov bildirib ki, müxalifət Azərbaycana xarici müdaxilələrin olmasını istəyir: “Bunu hər zaman arzulayıblar. Gözləyirlər ki, hansısa “X” günündə xarici qüvvələr Azərbaycana daxil olacaq, onlar da bundan istifadə edib hakimiyyətə gələcək. Bu istiqamətdə indi də arzuları var. Sovet imperiyasının iyini verən hansısa şuralar yaradırlar. Amma biz belə şuralar, palatalar, “birliklər” çox görmüşük. Xalqın dəstəyini qazanmayan heç bir qurum qalib gələ bilməyəcək. Onların fəiliyyəti qanunların tələbini aşacaqsa, qarşılarında Azərbaycan dövlətini görəcəklər”.
Sorğu
Yeni dizaynımız necədir?