GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Arif Qaraşovdan başlayan antik biznesi

Arif Qaraşovdan başlayan antik biznesi

Tarix: 19-06-2013, 02:01 Bölmə :Manşet Baxış: 1 241
Arif Qaraşovdan başlayan antik biznesi
Sabiq dövlət məmuru ilə Səttar Bəhlulzadə adina sərgi salonunun direktoru Elçin Orucovun gizlinləri
Səttar Bəhlulzadə adına sərgi salonunun direktoru, Bakı şəhərində antikvariat işinə baxan Elçin Orucov adlı kolleksiyaçı haqda qafqazregion.az saytında maraqlı məlumatlar yer alıb. Məlumata görə,o Səttar Bəhlulzadə adına sərgi salonunun direktoru olsa da onun ,bu salonun yerləşdiyi binada əsas işi heç də bu deyildir. Bir neçə il əvvələ qədər Bakının mərkəzində, Üzeyir Hacıbəyov küçəsi 27 ünvanında Səttar Bəhlulzadə adına sərgi salonu daha geniş idi. Sərgi salonunun çöl hissəsində məşhur rəssamın barelyefi də vardı. İndi həmin binada müxtəlif şirkətlər yerləşir. Binanın əsaslı təmirindən sonra ancaq bir hissə sərgi salonu kimi fəaliyyət göstərir. Səttar Bəhlulzadənin də barelyefi götürülüb. Burdakı sərgi salonu isə “Qalereya-1969” adı altında fəaliyyət göstərir.
Qalereya-1969 sərgi salonuna qalxan ikinci mərtəbənin sağ tərəfində divara Səttar Bəhlulzadənin “Dədə Günəş” və “Mənzərə” adlı əsərləri vurulub. Sərgi salonunda hazırda rəssam Sakit Məmmədovun əsərləri nümayiş olunur. Qalereyanın sahibi, vaxtilə Səttar Bəhlulzadə adına sərgi salonunun direktoru olmuş rəssam Elçin Orucovdur. İndi bura özəl olduğundan Elçin Orucov deyir ki, təmirdən sonra öz istəyi ilə buranı “Qalereya 1969” adlandırıb.
Bəs görəsən Elçin Orucov kimdir və nəyə görə bu gün biz onu mətbuat səhifəsində gündəmə gətiririk ?! O hələ İncəsənət İnstitutunda oxuyarkən, kasib, problemli bir tələbə olsa da lazim olan insanların ətəyindən "yapışmağı" bacarıb, yaxın qohumu Arif Qaraşovun xüsusi təyinatlı "biznes qulluqçularından olub" və onun sağında-solunda hərlənərək "boyuk etimad" qazanib. Böyük sahəsi olan və kiçik bir hissəsində “bəhanə” kimi fəaliyyət göstərən sərgi salonunun yerləşdiyi binanın faktiki sahibi Arif Qaraşovdur. Elçin isə burada yalnız görüntüdür. Mənbə qeyd edir ki,vaxtı ilə belə bir görüntü missiyasını o "Olimp\"magazasının arxasında yerləşən "21-ci əsr" çoxmərtəbəli, dəbdəbəli, özəl məktəbi ucun də edib. Sakinlərin saqqızını "oğurlayandan" sonra, yeni 4-5 binanın əhatəsində yerləşən parkı ələ keçirib məktəbin həyətinə qatandan sonra Elçin Orucov oralardan ilim-ilim itdi və bundan sonra məktəbin əsas sahibi Qaraşov cənabları oralarda hərdənbir görunməyə başladı. Əlbəttə bu heç də o demək deyildir ki, “incəsənət hamisi” olan Elçin Orucov bütün bu biznes layihələrdən özü yaxşı gəlir əldə etmir.Oxucuda aydın təsəvvür oyansın deyə onu xatırladaq ki, adıçəkilən sərgi salonunun yerləşdiyi bina sahəsinə görə ,qeyd etdiyimiz kimi kifayət qədər böyük yerdir və o hissələrə bölünərək iri şirkətlərə kirayəyə verilib ki,hər ay onlardan kifayət qədər böyük məbləğdə pul yığılır.
2003-cü il prezidentin sərəncamı ilə ildə bir sıra mədəniyyət ocaqları özəlləşdirməyə çıxarılmışdı. Onların içində bəzi kinoteatrlar, sərgi nümayiş salonları da vardı. Həmin vaxt bu salon da özəlləşdirməyə çıxarılıb və İqtisadi İnkişaf Nazirliyi tərəfindən özəlləşdirilib. Düzdür hal-hazırda Səttar Bəhlulzadə adına sərgi salonunun fəaliyyəti bərpa olunub, ancaq bununla mahiyyət dəyişməyib. Araşdirma aparanda məlum olur ki, Elçin Orucov üçün elə də əhəmiyyət kəsb etməyən Səttar Bəhlulzadə adına sərgi salonunun direktoru vəzifəsinə heç də təsadüfdən təyin olunmayıb. İş orasındadır ki,onun şəhərin müxtəlif yerlərində çoxsaylı əntiq əşyaların alış-veriş ilə məşğul olan dükanları var ki,bunlardan biri elə düz İçərişəhərdə yerləşir.Düzdür o özünü kolleksiyaçı adlandırır , incəsənətin hamisi kimi təqdim edir və antik, qədimi əşyalara biznes gözü ilə baxmadığını hər yerdə bildirsə də əslində bu heç də belə deyildir. Qeyd edək ki,o sərgi salonunun binasını adına özəlləşdirən zaman Mədəniyyət və Turizm naziri hal-hazırda Rusiyada səfir olan Polad Bülbüloğlu idi.( Qeyd edək ki,1989-cu ildәn. 2006-cı iləcən Azərbaycan Respublikasının Mədəniyyət naziri olub)
Baki Texniki Inventarlaşdırma Idarəsinin(BTI) keçmiş rəisi, daha sonra Prezident Yanında Ozəlləşdirmə Idarəsinin rəisi kimi “gəlirli” vəzifələrdə işləyən Arif Qaraşov da bu obyektə həmin ərəfədə qol qoyub. Onu da bildirək ki,Elçin Orucov həm də Arif Qaraşovun çox yaxın qohumudur.Qeyd edək ki, əntiq əşyalrı yığmağı özünə hobbi sayan Elçin Orucov həmçinin yuxarı eşalonda vəzifədə olan bəzi məmurlarla da yaxın dostluq münasibətindədir.O həmçinin keçmiş təhsil naziri Misir Mərdanovla da yaxşı münasibətdədir.
Məsələn, aldığımız məlumata görə,bir gün Elçin Orucov hətta öz hesabına Misir Mərdanovu Avropaya da aparıb. Güman edilir ki, sabiq nazir bu dəvəti Elçindən Avropadakı hansısa qeyri-adi əntiq əşyanı almaq istədiyindən qəbul edib. Deyilənə görə Elçin Orucov ümumiyyətlə bu kimi işlərdə bacarıqlı insandır. Həmçinin bildirilir ki, özünü hər yedə həm də rəssam kimi təqdim edən sərgi salonunun direktoru, Rəssamlar İttifaqının üzvü olsa da o rəssamlıqdan elə bir anlayışı yoxdur və bu sahədə heç bir istedada malik deyil. Ancaq Elçin Orucov bunun heç fərqində də deyil. Çünki onun üçün ən əsas rəssamlıq bacarığı yox, bəzi vəzifəli məmurlara yol tapıb qazanmaq bacarığıdır. Bəzi məmurlarla oturub-durandan sonra direktorun rəssamlıq bacarığına artıq lüzum qalmır.
Deyilənlərə görə onu imkanlı məmurların dairəsinə Arif Qaraşov gətirib,ancaq sonradan o özü, öz bacarığı ilə həmin təbəqədəki adamların bəzilərini ələ ala bilib. Dia.az-ın bildirdiyinə görə Elçin Orucovun qardaşı , Namik Orucova əsasən məmurlar üçün əyləncəli proqramlar təşkil etdiyinə görə ona,bu işlə məşğul olan digərləri kimi “Proqram” deyirlər ki,bu sənət də Azərbaycanda təzə-təzə çiçəklənməkdədir. Maraqlıdır ki, Namik Orucov tamam başqa sahədə biznes qursa da lazımlı adamlara yol tapmaq sarıdan qardaşından geri qalmır.
Mövzu diqqətimizdədir və sonrakı yazımızda biz Elçin Orucovun hansı banklarda neçə milyon olması, əlində hansı villaların açarlarının olduğu və kimlərin obyektlərini onun vasitəsilə satışa çıxardılması ilə bağlı söhbət açacağıq.
Şamil
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Səhifənin yaranmasının 2 illiyinə həsr olunumuş sərgi - BAKIDA

    Səhifənin yaranmasının 2 illiyinə həsr olunumuş ...

    13-01-2015, 23:45

  • 
  • Toğrul Nərimanbəyov Səttar Bəhlulzadəni ölümdən necə xilas edib

    Toğrul Nərimanbəyov Səttar Bəhlulzadəni ölümdən ...

    13-06-2013, 15:38

  • 
  • QRULTAYIN ÜNVANI - ƏMİRCAN!

    QRULTAYIN ÜNVANI - ƏMİRCAN! ...

    16-09-2014, 10:19

  • 
  • Səttar Mehbalıyevin səlahiyyət müddəti nə vaxt başa çatır?

    Səttar Mehbalıyevin səlahiyyət müddəti nə vaxt ...

    30-12-2013, 01:17

  • 
  • Bakının mərkəzində intim təklif: Dayıcan, xidmət əladır…

    Bakının mərkəzində intim təklif: Dayıcan, xidmət ...

    22-04-2016, 22:04


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (32)
Avqust 2025 (569)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu