“İsa Qəmbərin mövqeyində gözlənilməz və təəccüblü məqam yoxdur. Bu, İsa Qəmnbərin mövqeyidir və heç vaxt da dəyişməyib”. Bu sözləri Modern.az-a açıqlamasında İctimai Palatanın Koordinasiya Şurasının üzvü, keçmiş baş nazir Pənah Hüseyn Müsavat başqanının Rüstəm İbrahimbəyovun namizədliyini dəstəkləməsi ilə bağlı verdiyi açıqlamanı şərh edərkən bildirib.
Onun sözlərinə görə, Milli Şuranın hələ formalaşması prosesi dövründə də İsa Qəmbərin mövqeyi bəlli olub. “İsa bəy əvvəl də bildirib ki, Milli Şuradan kənar bitərəf şəxsin vahid namizəd olmasını dəstəkləyəcəklər”.
Pənah Hüseyn Milli Şuranın gələcəyi barədə də nikbin proqnozlar verib. “Milli Şura demokratikləşmə, köklü dəyişiklik və islahatlar üçün olduqca ciddi bir şansdır. Cəmiyyət bundan istifadə etməlidir. Milli Şuranı müdafiə edən minlərlə insanlardan biriyəm”- deyə vurğulayıb.
Qeyd edək ki, İsa Qəmbər açıqlamasında “Demokratik Qüvvələrin Milli Şurasınını 2 illik keçid dövrü üçün vahid namizədi bu meyarlara cavab verən prioritet namizədi Rüstəm İbrahimbəyovdur”deyib. Bununla Müsavat başqanı faktiki olaraq seçki kampaniyasına qatılmayacağına işarə edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?