GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Baş redaktordan paytaxt merinə ittihamlar

Baş redaktordan paytaxt merinə ittihamlar

Tarix: 26-06-2013, 23:14 Bölmə :Manşet Baxış: 821
Baş redaktordan paytaxt merinə ittihamlar
Bakı Şəhər İcra Hakimiyyətinin orqanı “Bakı” və “Baku” qəzetləri Ağa Hüseynovun korrupsiya girdabında

Əgər xatırlayırsınızsa,qəzetimizin ötən saylarının birində “Abutalıbovun mətbu orqanında ev maxinasiyası” adlı yazımız işıq üzü görmüşdü. Yazıda “Bakı”, “Baku” qəzetlərinin baş redaktoru Ağa Hüseynovun sayəsində qəzetlərin dövriyyəliyinin itirilməsindən, Ağa müəllimin saxta protokolla ev alma istəyindən,onun görkəmli jurnalist Nəsir İmanquliyevin adından vizit kartı kimi istifadə etməsindən söhbət açılmışdı. Yazı işıq üzü görən kimi ildə cəmi 3-4 sayı nəşr olunan “Bakı” qəzetinin baş redaktoru Ağa Hüseynov redaksiyamıza gəldi. Qeyd edək ki, “Baku” qəzetinin nəşri artıq tam dayandırılıb. Ağa müəllimlə söhbət zamanı bizi bir sual düşündürdü: “Biz həqiqətən də jurnalist ilə ünsiyyətdəyik?! Nəsir İmanquliyev kimi bir şəxsiyyətin ömrünü qoyduğu bu qəzetlərin taleyi bu şəxsə necə həvalə olunub? Sizlərin də Ağa Hüseynov haqqında məlumatınız olsun deyə onun dediklərindən bəzi məqamları nəzərinizə çatdırmağı özümüzə borc bildik:

“Şəhərə bir ağıllı adam gələcək,qəzeti dirildəcək”

- Ağa müəllim,necə olur ki, gündəlik nəşr olunan qəzetlərin yazarlarına ev verilmir, amma ildə 3-4 sayı çıxan “Bakı” qəzetinin baş redaktoru Ağa Hüseynova ev verilir?
- Bu mənim problemim deyil.
- Amma cəmiyyətin problemidir.
- Cəmiyyətin problemi də mənim problemim yox, sizin problemdir.
- Nədən Bakı Şəhər İcra Hakimiyyəti onun orqanı olan “Bakı”, “Baku” qəzetlərini maliyyələşdirmir?
- Özü bilər niyə etmir, imkanı yoxdur da.
- Dövlətdə özü bilər məsələsi yoxdur. Axı “Bakı” qəzeti dövlətin qəzetidir?
- Ə,jurnalist də jurnalistə barmaq edər? Get o birilərindən yaz da.
- “Bakı” qəzetinin hazırda Azərbaycan mediasında heç bir payı yoxdur. Sizə necə ev düşə bilər?
- Başbilənlər bilər pay var, ya yoxdur.
- Adınızı ev siyahısına vermisiniz?
- Vermişəm
- Axı, ildə 3-4 dəfə çıxırsınız?
- Çıxıram. Hansı qanunda yazılıb ki,ildə 5 dəfə çıxan qəzetə ev düşmür.
- Axı, əslində qəzetin ildə 3-4 sayının çıxması absurd məsələdir.
- Adə, absurddur, sənə nə var. Mən yığıncaq etmişəm, Əflatun Amaşov ölməyib, Qafar gəlib iştirak edib. Kollektivdə 5 əməkdaş var, 4-ü iclasda iştirak edib.
- Yəni bu 5 nəfər ilin 365 gününü işə gəlir və ildə cəmi qəzetin 4 sayı nəşr olunur? Bu necə iş olur?
- Olur da. Mənə Bakı Şəhər İcra Hakimiyyətindən pul verilmir. Maliyyə yoxdur. Qapı-qapı düşüb yalvarır,dilənirik,qəzet nəşr edirik.
- Sözünüzdən belə çıxır ki, biz qapı-qapı gəzib pul yığmalıyıq? Bunu bizə məsləhət bilirsiz?
- Mən yalnız çalışıram ki, “Bakı” qəzetinin heç olmasa adı qalsın. Bir gün bir ağıllı adam gələcək şəhərə, onda qəzet də diriləcək.............


Ağa Hüseynovun qəribə və tarixi etirafları və.........

Əvvəla onu qeyd edim ki, Ağa Hüseynovun dediyi hər korrektəsiz sözə görə oxucularımızdan üzr istəyirik. Sadəcə onun kim olduğunu daha yaxşı bəlli etmək üçün Ağa Hüseynovun qiymətli kəlamlarını sizlərə çatdırdıq. Amma onun danışıqlarından bəzi məqamlar bizdə suallar yaratdı. Ağa müəllim deyir ki, qapı-qapı gəzib pul yığır,qəzet çıxarır. Amma Əflatun Amaşov belələrini reket adlandırır. Yəqin bu yazını oxuyandan sonra Cənab Amaşov öz dili ilə pul diləndiyini deyən Ağa Hüseynova da reket ştampını vurar.
Ağa Hüseynovun jarqonlu ifadələrini də,”ALƏ”-deyə müraciətini də qoyaq bir tərəfə,bəs sonda dediyi fikri necə anlayaq? “ Bir ağıllı adam gələcək şəhərə,qəzeti dirildəcək”. Gəlin əyri oturaq,düz danışaq,Ağa Hüseynov bu sözü ilə Hacıbala müəllimin şərəf və ləyaqətini təhqir etmirmi? Göz görəsi Hacıbala müəllim məni bağışlasın,ona dəli deyilmirmi? Hacıbala müəllimi belə təhqir etməklə əcəba Ağa Hüseynov yuxarılara hansı ismarıcı verir?
Sizləri bilmirəm, amma mən Ağa Hüseynovun danışıqlarını eşidəndən sonra tanınmış alim,pedaqoq,jurnalist Nəsir İmanquliyevin adını daşıyan qəzetlərin ona necə həvalə edildiyinə təəccüb edirəm. Sizcə Nəsir İmanquliyevin adını daşıyan qəzetin baş redaktorunun özünün də etiraf etdiyi kimi qapı-qapı gəzib pul yığması Nəsir İmanquliyev ruhuna hörmətsizlik deyilmi?

Ağa Hüseynova kiçik xatırlatmalar

Bu gün Ağa Hüseynov saxta protokolla özünə ev almaq iddiasındadır. Maraqlıdır, əcəba gözəl ənənələri olan “Bakı”, “Baku” qəzetlərini məhv etdiyinə, maliyyə maxinasiyalarına görəmi Ağa Hüseynov ev almaq istəyir, özü də Mətbuat Şurasının köməyi ilə? Aldığımız məlumata və araşdırmalarımıza görə Ağa Hüseynov başçılıq etdiyi qəzetin adından pensiya üçün fonda pul belə köçürmür. Qonararı isə qohum-əqrəbəsinin adına yazaraq özü mənimsəyir.
Vaxtilə Nəsir İmanquliyevin zamanlarında bu qəzetlərə çoxsaylı tələbələr təcrübəyə gəlirdi. Onlar Nəsir müəllimdən və bu qəzetdəki peşəkar jurnalistlərdən bəhrələnərdilər. Lakin əfsuslar olsun ki,10 ilə yaxın müddətdir ki,”Bakı”, “Baku” qəzetlərinə təcrübəyə tələbə göndərilmir. Bu qəzetlərin adı hətta ali məktəblərin siyahısından belə çıxarılıb. İldə 4 sayı nəşr olunan qəzetə gələn sizcə burada nə öyrənə bilər ki? Uzağı Ağa Hüseynovun etiraf etdiyi kimi qapı-qapı gəzib pul yalvarmağı.
Ağa Hüseynovun Azərbaycan dilinin qrammatik xüsusiyyətlərini və dil üslubunu necə bilməsi elə onun jarqonlarla bol olan danışığından da bəllidir. Maraqlıdır ki, 20 il ərzində qəzetdə maliyyə və digər yoxlamalar da aparılmayıb. Aldığımız digər məlumat daha maraqlıdır. Ən qəribəsi də budur ki, Ağa Hüseynovun baş redaktorluq etdiyi qəzetlər Mətbuat Şurasının nə üzvüdür, nə də ora üzvülük haqqı keçirir.
Bir məqamı da qeyd edək ki, Ağa Hüseynovun Ensiklopediyada işləyən həyat yoldaşı Nailə Hüseynovanın təkcə pensiya sənədlərini yoxlamaq kifayət edər ki,redaksiyanın büdcəsindən ona nə qədər pul yazılması məlum olsun. Lakin oranın əməkdaşları illərdir ki,pul ,məvacib almırlar. Onlar Ağa Hüseynov kimi qapı-qapı da gəzmirlər. Çünki işlədikləri qəzetlərinin əsl fədailəridirlər və Nəsir İmanquliyev ruhunu qapılarda pul dilənib təhqir etmirlər. Onlar ustadlarının ruhuna böyük ehtiramla yanaşırlar.

Son söz əvəzi

Ağa Hüseynov “Bakı” qəzetini özünün vizit kartı edərək, özü də etiraf etdiyi kimi “qapı-qapı gəzərək,şəhərə bir ağıllı adamın gələcəyini gözləyir”. Əslində analoji qəzetlər şəhər dinamikasının nəbzini,ictimai,siyasi,iqtisadi,mədəni proseslərin güzgüsüdür. Zənnimizcə “Bakı”, “Baku” qəzetləri Ağa Hüseynovun əsarətindən xilas edilməli, əvvəlki statusunu özünə qaytarmalıdır.

Nazim Sənanoğlu.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Abutalıbovun mətbu orqanında ev maxinasiyası-VIDEO

    Abutalıbovun mətbu orqanında ev maxinasiyası-VIDEO ...

    21-06-2013, 13:25

  • 
  • Bir mənzilin tarixçəsi

    Bir mənzilin tarixçəsi ...

    1-08-2013, 11:13

  • 
  • Bakı və Baku qəzetinin iç üzü-VİDEO

    Bakı və Baku qəzetinin iç üzü-VİDEO ...

    21-06-2013, 16:24

  • 
  • Abutalıbovun qəzetində xaos yaşanır

    Abutalıbovun qəzetində xaos yaşanır ...

    8-10-2013, 22:02

  • 
  • Özünü öldürən bank işçisinin son yazdığı məktub

    Özünü öldürən bank işçisinin son yazdığı məktub ...

    22-11-2013, 11:55


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu