GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Abutalıbovun mətbu orqanında ev maxinasiyası-VIDEO

Abutalıbovun mətbu orqanında ev maxinasiyası-VIDEO

Tarix: 21-06-2013, 13:25 Bölmə :Ölkə Baxış: 1 760
Abutalıbovun mətbu orqanında ev maxinasiyası-VIDEO

“Bakı” və “Baku” qəzətlərinin gizlinləri; Nəsir İmanquliyev adından ev alanlar və Ağa Hüseynovun vizit kartı

Yazıçıların ev qalmaqalı bitər bitməz, jurnalistlər ev dartışmasına başladılar. Evsizlər qaldı bir tərəfdə,evi olanlar daş atıb başlarını tutdular ki,bizə ev lazımdır. Tək bir fakta diqqət yetirmək kifayətdi. “Ədəbiyyat” qəzetindəki qalmaqalı. Evi olmayan əməkdaşları saya salmayan qəzetin baş redaktoru Ayaz Vəfalı şəhərin mərkəzində evi olsa da adını siyahıya saldırdı. Onu kürəkəni Ədalət bəy də Yazıçılar Birliyində ev bölgüsü zamanı öz adını evi ola-ola siyahıya saldırıb ev almışdı.
Əslində mövzumuz qanunsuz ev alanlarla bağlı deyil. Çünki onların adları hamıya bəllidir. Elə baş redaktor müavinləri var ki, həm evləri var,həm mülkləri. Amma jurnalistlərə verilən evdən onlara da pay düşüb. Millət öz işini keçirmək üçün min bir yola əl atır. Əfsuslar olsun ki, bu gün dünyasını dəyişən tanınmış şəxsiyyətlərin adından bəhrələnənlərin də adı ev alanlar siyahısına düşüb. Ölən insanların adı altında kölgələnmək ən azı...
Jurnalistlərə verilən evlərin sahibləri siyahısında “Baki” və “Baku” qəzetlərinin baş redaktoru Ağa Hüseynovun da adı var. Xatırladaq ki, bu qəzetlər 1958-ci ilin yanvar ayından görkəmli ədib,tanınmış jurnalist Nəsir İmanquliyev tərəfindən təsis olunmuşdur. Bu qəzetlər Azərbaycan tarixində elə qəzetlər idi ki, onları əldə etmək üçün saatlarla köşklərin qarşısında növbədə dururdular. Azərbaycan jurnalistikasında kadr potensialının yaranmasında “Bakı” və “Baku” qəzetlərinin misilsiz xidmətləri danılmazdır. Nəsir müəllim 1987-ci ilə qədər bu qəzetə baş redaktorluq etmişdir. Bir məqamı da unutmayaq ki, “Baku” qəzeti Azərbaycanda ilk rusdilli qəzet idi.
Nəsir İmanquliyevdən sonra qəzetə rəhbərlik Şamil Şahməmmədova həvalə edilmişdir. Bu vəzifədə az müddətdə çalışan Şamil müəllimdən sonra qəzetin baş redaktorluğu Ağa Hüseynova həvalə olunur. Ağa Hüseynov uzun illər “Baku” qəzetində şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsində çalışmışdı. Redaksiya heyəti elə zənn edirdi ki, Nəsir İmanquliyev ruhuna hörmət əlaməti olaraq, Ağa Hüseynov qəzetin ənənələrini qoruyacaq,qəzetin nəşrini davam etdirəcək. Lakin gözlənilənlərin əksi oldu. Adı çəkilən qəzetlər öz dövrülüyünü itirdi, “ Baku” qəzetinin nəşri dayandırıldı. “Bakı” qəzeti isə ildə cəmi 4-5 sayda işıq üzü gördü,işçilər öz hesablarına dörd ildir ki,işsiz evdə oturublar.
Diqqəti çəkən digər məqam həmin qəzetlərin maliyyəsi ilə bağlıdır. Belə ki,vaxtilə qəzetin maliyyəsi abunə və Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən təmin edilirdi. Bu gün ildə 4-5 sayı nəşr olunan qəzetin abunəsindən danışmağa dəyməz. O ki,qaldı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən adı çəkilən qəzetlər üçün ayrılan maliyyə dəstəyinə,burada məsələ bir az ərəb saçına dönüb. Belə ki, baş redaktor deyilənlərə görə qəzetin olmayan işçilərinin adına qonarar yazaraq,özü mənimsəyir. Lap jurnalistlərə verilən evlər kimi. “Bakı”, “Baku” qəzetləri latın dilini xatırladır. Millərin özü olmasa da dili qalıb. Bu qəzetlərin fəaliyyəti iflic vəziyyətinə düşsə də, baş redaktor postunda əyləşib və rəhmətlik Nəsir İmanquliyevin adından bəhrələnir, hətta evi ola-ola ev belə alır.
Bizə daxil olan məlumata görə, jurnalistlərə tikilən binada ev almaq üçün Ağa Hüseynov maraqlı bir oyuna da imza atmışdır. O, guya redaksiya heyəti ilə iclas keçirmiş, protokol tərtib etmiş, həmin protokolu da Mətbuat Şurasına göndərmişdir. Ağa Hüseynovun bu addımından əslində heç kim təəccüblənməmişdir də. Çünki, deyilənə görə təməli Nəsir İmanquliyev tərəfindən qoyulmuş bu qəzetlər əfsuslar olsun ki, bu gün dəllallıq obyektinə çevrilib. Bu əməllərlə Nəsir müəllimin ruhu incidilir. Bu gün dünyasını dəyişən şəxsin hesabına ev alan Ağa Hüseynovun əməllərinə əslində ad vermək belə çətindir. Çünki əgər Nəsir İmanquliyev adına Ağa Hüseynovun hörməti olsaydı, bu gün qəzetlər öz dövrülüyünü itirməzdi. Əgər Nəsir İmanquliyev ruhuna Ağa Hüseynovun hörməti olsaydı, adicə qəzetin üz səhifəsində onun ildə neçə dəfə nəşr olunduğunu yazardı. Amma görünən budur ki, qəzetin üz səhifəsində qəzet yarandığı gündən indiyə qədər çıxan sayların ümumi sayı göstərilir.
Bu gün dövrülüyünü itirən , lakin hələ də Nəsir İmanquliyevin adı ilə tanınıb yaşayan “Bakı”, “Baku” qəzetləri əfsuslar olsun ki, indiki baş redaktorun vizit kartıdır. Elə bu vizit kartı ilə də Ağa Hüseynov evi olsa da evsiz və illərlə məvacib almayan işçilərini unudaraq onların adından saxta protokol tərtib edib yeni binada ev sahibi olub.
Azərbaycanda hər şeyin şahidi olmaq olar, elə dünyasını dəyişmiş şəxsin kölgəsi ilə ev sahibi olmaq da...
Nazim Sənanoğlu
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Jurnalistlərin ev məsələsinə görə redaksiyada dava düşdü

    Jurnalistlərin ev məsələsinə görə redaksiyada ...

    13-06-2013, 15:57

  • 
  • Baş redaktordan paytaxt merinə ittihamlar

    Baş redaktordan paytaxt merinə ittihamlar ...

    26-06-2013, 23:14

  • 
  • Bir mənzilin tarixçəsi

    Bir mənzilin tarixçəsi ...

    1-08-2013, 11:13

  • 
  • Abutalıbovun qəzetində xaos yaşanır

    Abutalıbovun qəzetində xaos yaşanır ...

    8-10-2013, 22:02

  • 
  • Bakıda tanınmış müğənninin evi yandı - Fotolar+Video

    Bakıda tanınmış müğənninin evi yandı - ...

    9-03-2015, 15:15


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu