GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » Abutalıbovun qəzetində xaos yaşanır

Abutalıbovun qəzetində xaos yaşanır

Tarix: 8-10-2013, 22:02 Bölmə :Maraqlı Baxış: 1 327
Abutalıbovun qəzetində xaos yaşanır

“Bakı”nın dərdi var, “Bakı” xəstədir
Artıq bir müddətdir ki, kütləvi informasiya vasitələrində prezident seçkiləri ilə bağlı təbliğat kompaniyası davam edir. Müxalifətyönlü qəzetlər müxalifət qüvvələri, iqtidaryönlü qəzetlər ölkə prezidenti İlham Əliyevi təbliğ edirdilər. Tək bir qəzetdə bizlər seçkilərə hazırlıq, namizədlərin təbliğatı, ölkə prezidentinin son dövrlərdə Bakının müxtəlif rayonlarında görüşü, dövlət büdcəsindən Bakının abadlaşdırılması üçün ayrılan vəsait, artan əmək haqları və hələ sadalamadığım neçə - neçə işlər öz əksini nədənsə tapmadı. Bu, təəssüflər olsun ki, baş redaktoru Ağahüseyn Hüseynov olan “Bakı” qəzeti idi. O “Bakı” qəzeti ki, vaxtilə ətrafına böyük oxucu auditoriyası toplamışdı. O “Bakı” qəzeti ki, böyük jurnalist ordusunun yetişməsində vaxtilə böyük xidmətləri olmuşdu. O, “Bakı” qəzeti ki, onu tanınmış jurnalist Nəsir İmanquliyev yaratmış və xalqa sevdirmişdir. Əfsuslar olsun ki, bu gün bu qəzet tənəzzülə uğrayıb. Sadəcə baş redaktor Nəsir İmanquliyev adından vizit kartı kimi istifadə edir.
Bəlkə də mən “Bakı” qəzetinin bu acınacaqlı vəziyyətini qələmə almazdım. Lakin təsadüfən bu qəzetin keçmiş və son sayları əlimə keçdi, oxudum. Doğrusu hələ də Nəsir İmanquliyev adının ağırlığını özündə saxlayan bu qəzetin belə rüsvayçı vəziyyəti məndə böyük təəssüf hissi doğurdu. Öz doğma ana dilində yaza bilməyən Ağahüseyn 26 sentyabr 2013-cü ildə ölkə prezidenti ilə bağlı qəzetin ilk səhifəsində bir yazı vermişdi. Yazının sonunda da iftixarla: Əməkdar jurnalist AğaHüseyn Hüseynov yazmışdı. Sonra qəzetin 9 avqust 2012, 24 – 30 aprel 2009-cu il saylarının ilk səhifəsinə nəzər yetirdim. Görünən kəndə bələdçi lazım deyildi. Bu üç qəzetdəki ölkə prezidenti ilə bağlı yazıda nöqtə, vergülə belə toxunulmamışdı. Baş redaktor: “Təkrar biliyi anasıdır” – deyib, “çevir tatı,vur tatı” məsəlinə əməl edib eyni yazını hər üç qəzetdə eyniylə vermişdi. Cümlələr dəyişilməmişdi. Dəyişən tək prezidentin şəkilləri idi. Qəzetdə baxanda bir daha əmin oldum ki, buradakı cümlələrdə montaj işləri professional şəkildə yerinə yetirilmişdir. Bir də 2009-cu ildəki məqalə baharın gəlişinin təsviri ilə başlasa da, indi payız fəsli olduğundan bu cümləni ixtisara salmışdır.
Doğrusu, “Bakı” qəzetinin hər üç sayını nəzərdən keçirdikdən sonra məni bir sual düşündürdü: Görəsən Ağahüseyn müəllim belə qəzet nəşrinə görəmi Əməkdar jurnalist adını alıb? Baş redaktor bir – birindən köçürmə bu məqalələri ilə əcəba kimi aldatmaq istəyib – özünü, xalqı, şəhər MER-i Hacıbala Abutalıbovu, yoxsa ölkə prezidenti Cənab İlham Əliyevi? Baş redaktor kimin gözünə kül üfürür? Bəlkə şəhər merinin aparat rəhbəri Rasim Quliyevin ? Əgər baş redaktorun ölkə prezidentinə həqiqətən hörməti olsaydı Nəsir İmanquliyev adına hörmətlə yanaşar, onun alın təri ilə yaratdığı qəzeti böyrü üstə qoymazdı.
Heç kimə sirr deyil ki, ölkə prezidenti son illər şəhərimizi gözəlləşməsi, problemlərinin həll olunması yolunda uğurlu addımlar atır. Şəhər elə gözəlləşib ki, elə 2009 – cu ildə buranı görənlər, indi dəyişikliyin necə uğurlu keçdiyini aydın şəkildə müşahidə edirlər. Əfsuslar olsun ki, “Bakı” qəzetində nə prezidentin gördüyü işlər təbliğ olunur, nə paytaxtın sosial – iqtisadi həyatında baş verən hadisələr öz əksini tapmır. Bakıda yenidənqurma işləri, bura gələn qonaqlar, onların şəhərimizlə bağlı təəssüratları “Bakı” qəzetində öz əksini tapmır və tapacağına da güman belə yoxdur. Son günlər ölkə prezidenti həm məvacibləri artırdı, həm də Bakının rayonlarında inkişafı təmin etmək üçün bir sıra tədbirlər həyata keçirir, dövlət büdcəsindən xüsusi vəsait yaradıb.
Əlqərəz, “Bakı” qəzetinin baş redaktoru Nəsir İmanquliyev şinelindən çıxanları belə işdən çıxartmışdır. Ölkə prezidenti, Bakımız haqqında yazını vermək əvəzinə köçürmə əməliyyatını həyata keçirməklə sizcə Ağahüseyn müəllim kimlərin gözünə kül üfürmək istəyib? Primitiv yazılarla, ordan – burdan köçürməklə jurnalistikaya tüpürməyi əcəba baş redaktoru bezdirməyiblərmi? Axı oxucular bu primitiv və köçürmə yazılardan vallah, çoxdan bezib. Ölkə prezidentinin bütün uğurlarının hamısı bir kənara qoyub, köhnə yazıları təkrar vermək ən azı prezidenti təhqir etmək, ona sayqısızlıqdır. Yaxşı, baş redaktor əməkdar jurnalist olsa da bunları bilmir. Bəs Bakının MER-i və onun mətbuat rəhbəri bu rüsvayçılığa necə dözür? Nədən onlar baş redaktorun bu əməllərinə göz yumurlar. Cəzasız şər axı azğınlaşır. Nədən onlar “Bakı” qəzetinə yeni nəfəs gətirən baş redaktor arayıb tapmırlar. Məgər bilmirlərmi ki, artıq uzun illərdir ki, bu qəzetə praktikaya bir nəfər tələbə belə gəlmir. Çünki ali məktəblərdə bu qəzetin adı heç sonuncu yerdə belə deyil. Məgər onlar bilmir ki, Nəsir İmanquliyevin şinelindən çıxanlar qalıb işsiz, lakin onların “Bakı” qəzeti üçün ayırdıqları pullar qonarar kimi baş redaktorun və onun ailə üzvlərinin adına yazılaraq mənimsənilir? Bunları bizim bilib, onların bilməməsi heç də inandırıcı görünmür. Görəsən nə tez unuduldu Ağahüseyn Hüseynovun “Eyvan macəraları?” Nə tez unuduldu baş redaktorun bir vaxtlar Hacıbala Abutalıbovun ünvanına söylədiyi təhqir dolu sözlər? “ Bir ağıllı gələcək Hacıbalanın yerinə, onda qəzet də gün üzü görəcək “ fikrini baş redaktor Bakı MER-inə ünvanlamışdı. Bunu bizlər xatırlayırıq, amma deyəsən Bakı MER-i yox. Qəribəsi budur ki, Bakı MERi-də baş redaktordan “Bakı” qəzetinin nəşri üçün ayırdığı pulların hara və necə xərcləndiyinin izahını istəmir. Məgər dövlət büdcəsindən ayrılan pul beləmi xərclənər?
Heç kimə sirr deyil ki, Ağahüseyn Hüseynov öz şəxsi ambisiyalarına görə “Bakı” qəzetini məhv etdi, “Bakı”nı ölümə sürükləyib. Əfsuslar olsun ki, təməli Nəsir İmanquliyev tərəfindən qoyulmuş “Bakı” qəzetinin qüsuru və nüfusu Ağahüseyn Hüseynov tərəfindən qapılar da qırılır. Axı onun özü etiraf etmişdi ki, qəzetin nəşri üçün o, qapıları gəzir, pul toplayır. Belə bir qəzet nəyi ilə gənc nəslə və “Bakı”nı sevənlərə kömək ola bilər ki? Məhz baş redaktorun ambisiyaları üzündən “Bakı” qəzetinin əməkdaşları Ağahüseyn Hüseynovla işləmək istəməyib, oranı tərk etdi? İllərdir baş redaktor H.Abutalıbovu pisləyə - pisləyə, onun gözünə kül üfürə - üfürə “Bakı” qəzetinin sonuna çıxdı, “Bakı” qəzetini isə xəstə saldı.
Bu gün doğma Bakımız gündən – günə gözəlləşir. Yeni parklar salınır, gözəl mehmanxanalar, istirahət guşələri sakinlərin imkanına verilib. Bakı bulvarı, Qış bulvarı, Bayraq Meydanı, Laləli park və adını çəkmədiyimiz neçə - neçə yerlər həm Bakı sakinlərinin, həm də bura gələn qonaqların gözünü, qəlbini riqqətə gətirir. Amma nə bunlar, nə də Bakıda baş verən hadisələr, qlobal tədbirlər şəhər qəzetində öz əksini tapmır. Qəzet ziyalı üzünə qapanıb, “Bakı” qəzetinin işçiləri öz hesablarına zorən məzuniyyətə buraxılıb və illərdir ki, bu məzuniyyət bitmək bilmir. Hacibala Abutalıbovun bu qəzet üçün ayırdığı pullar isə hara uçub, onu bir baş redaktor bilir, bir də onu bircə baxış və işarə ilə başa düşən Lyubov xanım bilir.
Bəzən fikirləşirəm ki, Bakı şəhəri İcra Hakimiyyətinin təşəbbüsü ilə bu qəzetin adı dəyişilib “Ordan – burdan” qoyularsa daha məqsədəuyğun olar. Yəni ordan – burdan köçürülən qəzet, ordan – burdan baş redaktorun pul toplayıb buraxdığı qəzet, ordan – burdan xəbər verib, ölkə prezidentinin gördüyü işləri işıqlandırmağa xəsislik edən mətbu orqan. Maraqlıdır ki, görəsən qəzetin bu hala düşməsini MŞ-nın üzvü, millət vəkili, “ Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov görmürmü? Nədən o, bu özbaşınalığa göz yumur? Həmişə belə bir deyim deyilir: “ Bakı Azərbaycanın döyünən ürəyidir.” Amma bu gün “Azərbaycan”ın döyünən ürəyi olan “Bakı” dərd içindədir, “Bakı”nın dərdi var, “Bakı” xəstədir. Qəzet yeni nəfəs, yeni təfəkkür, yeni baxış aclığını yaşayır. Baş redaktorun zamanı yetişib, o, tükənib. Ömrünün 25 ilini qəzetdə fəhlə işləyən Ağahüseyn Hüseynov təfəkkürü elə eləcə də qalıb. Zənnimcə gündən – günə çiçəklənən Bakımızın tərənnümü üçün “Bakı” qəzeti yenidən fəaliyyət göstərməli, “Bakı”nı isə xəstəliyin pəncəsindən qurtarmağın vaxtı yetişib.

Nazim Sənanoğlu
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Abutalıbovun mətbu orqanında ev maxinasiyası-VIDEO

    Abutalıbovun mətbu orqanında ev maxinasiyası-VIDEO ...

    21-06-2013, 13:25

  • 
  • Zəminə Əliqızının qəzeti bağlandı

    Zəminə Əliqızının qəzeti bağlandı ...

    25-11-2013, 17:12

  • 
  • Bir mənzilin tarixçəsi

    Bir mənzilin tarixçəsi ...

    1-08-2013, 11:13

  • 
  • Baş redaktordan paytaxt merinə ittihamlar

    Baş redaktordan paytaxt merinə ittihamlar ...

    26-06-2013, 23:14

  • 
  • Qəzet redaktoru Bakı sakininə saxta əmək kitabçası satarkən tutuldu

    Qəzet redaktoru Bakı sakininə saxta əmək ...

    21-01-2014, 14:37


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu