GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Bir mənzilin tarixçəsi

Bir mənzilin tarixçəsi

Tarix: 1-08-2013, 11:13 Bölmə :Manşet Baxış: 998
Bir mənzilin tarixçəsi
“Bakı”, “Baku” qəzetləri ilə bağlı qalmaqalın pərdəarxası

Deyirlər ki, fakt-yumruq zərbəsinə bənzəyir. Onu heç də xəfifə almaq olmaz. Bəziləri qəzet səhifələrindəki yazıları qərəz kimi qiymətləndirib, guya qərəzə qarşı mübarizə aparsalar da, əslində bunu edənlər qərəz sözündən zibil qutusu kimi istifadə etmiş olur, hər nə zibilləri olursa “qərəz”-adlandırıb ora atırlar. Lakin fakt faktlığında qalır və gec-tez özünün varlığını büruzə verir. Əgər xatırlayırsınızsa, bir müddət əvvəl sizləri “Bakı”, “Baku” qəzetlərinin baş redaktoru Ağahüseyn Hüseynovun ev maxinasiyasından, evi olsa da, adını evsizlər siyahısına yazdırmasından, Qafar Çaxmaqlının onunla birgə əldəqayırma bir iclas təşkil edib, saxta protokol tərtib etməsindən, Nəsir İmanquliyev ruhunun Ağahüseyn Hüseynov tərəfindən qapılarda necə inləməsindən xəbərdar etmişdik. Hətta yazı işıq üzü görəndən sonra , Ağahüseyn Hüseynov redaksiyamıza gələrək, yazılanlara jarqon ifadələrlə etirazını belə bildirmişdir. Lakin yazımız nəticəsiz qalmadı. Doğrudur, villa və imarətləri olan bəzi baş redaktorlar ev ala,evsiz jurnalistlərin payına sahib çıxa bildilər. Lakin saxta sənədlərlə ölkə prezidentini aldatmaq istəyən, Nəsir İmanquliyev adından visit kartı kimi istifadə edən, evi olsa da ev almaq üçün hər bir yola əl atan Ağahüseyn Hüseynova ölkə prezidentinin evsiz jurnalistlərə verdiyi evlərdən pay düşmədi. Qafar Çaxmaqlının iclasda iştirak etdiyini dəfələrlə deyən Ağahüseyn Hüseynov nədənsə bizimlə mübahisə zamanı bir məqamı da unudurdu ki, Qafar Çaxmaqlı Mətbuat Şurasının üzvü deyildi. O, sadəcə ehtiyat üzvü idi ki, onun da həmin iclasda iştirakı və səs verməsi qanuna zidd hərəkət idi. Sözsüz ki, MŞ-sı da baş verənlərdən nəticə çıxararaq bu seçkilərdə onu ehtiyat üzvü belə seçmədilər. Lakin nədənsə qəzetin maliyyə işləri sahəsində heç bir araşdırmalar aparılmadı,vergidən yayınma halları araşdırılmadı. Biz tezliklə bu işlərin də aparılacağına ümid edirik.
O gün qəzetlərin birində Ağahüseyn Hüseynovun müsahibəsini oxuduqdan sonra bu mövzuya yenidən müraciət etməli olduq. Çünki… Nəzərinizə çatdıraq ki, “ Bakı” qəzeti 1958-ci, “Baku” qəzeti isə 1962-ci ildən fəaliyyətə başlayıb. Nəşr olunan qəzetlərin əsas məqsədi dövlətin,şəhər rəhbərliyinin apardığı siyasəti geniş ictimayyətə çatdırmaq, paytaxtın iqtisadi, siyasi, mədəni və sosial həyatını əhatə edən maraqlı məlumatlar dərc etdirməkdən ibarət olub. Bunun keçmiş zamana aid olduğunu təsadüfən demirəm. Çünki bu gün ölkə prezidentinin gördüyü işlər, paytaxtın social və iqtisadi həyatında baş verən hadisələr Ağa Hüseynovun başçılıq etdiyi və Nəsir İmanquliyevin bizlərə miras qoyduğu “Bakı” qəzetində öz əksini tapmır. Əslində ildə cəmi 5-6 sayı işıq üzü görən qəzeti qəzet adlandırmaq belə gülüş doğurur. Elə götürək ötən il Bakıda keçirilən beynəlxalq mahnı müsabiqəsini. Həmin vaxt “Bakı”, “Baku” qəzetləri həmin müsabiqəni, Bakıdakı yenidənqurma işlərini, ölkəmizə gələn qonaqların Bakı ilə bağlı təəssüratlarını geniş şəkildə öz səhifələrində əks etdirməli idi. Lakin bu missiyanı başqa qəzetlər öz üzərinə götürdülər . Həmin vaxtlarda “Baku” qəzetinin nəşri zəruri idi. Lakin əfsuslar olsun ki,adı çəkilən qəzetin nəşri artıq illərdir ki, dayandırılıb. O qəzetin ki, onu Sovetlər Birliyində tanımayan, maraqla oxumayan yox idi. Acı da olsa etiraf etməliyik ki, vaxtilə bütün SSRİ-də məşhur olan “Baku” qəzeti Ağahüseyn Hüseynov əllərində məhv olub. Bu gün Azərbaycan mətbuatında Nəsir İmanquliyev, Şəmil Şahməmmədov şinelindən çıxanları bir araya toplayaraq adı çəkilən qəzetlərə ikinci həyat vermək olar. Bunun üçün sadəcə bir az istək, qəzetin yaradıcılarının ruhuna hörmət və bir də qəzeti məhv edən baş redaktoru dəyişdirmək kifayət edər. Bir vaxtlar böyük məktəb sayılan bu qəzetlərdə təcrübəyə gələn gənclər belə böyük məktəb keçmiş olurdular. Lakin ildə 5-6 sayı işıq üzü görən qəzetə 10 ildən çoxdur ki,təcrübəyə tələbə göndərilmir. Ali məktəblərdə bu qəzetlərin adları heç sonuncu yerdə belə yoxdur. Lakin baş redaktor qəzetin və Nəsir İmanquliyev adından bir visit kartı kimi öz şəxsi məqsədləri üçün istifadə edir. Bu azmış kimi,qəzet səhifələrində az qala özünü Azərbaycan jurnalistikasının fədaisi kimi göstərərək mədh edir.
Azərbaycanda belə bir dəb var. Oğru doğruya öz adını qoyur, heç kim öz ayranına turş demir. Ağa Hüseynov da “Bakı”, “Baku” qəzetlərindəki “əvəzsiz xidmət”lərindən danışanda yada onun balkon əməliyyatları və şəhər merinin maliyyə dəstəyini bu qəzetlərdən niyə çəkmə səbəbləri düşür. Unudur ki, o , özünü “mətbuat fədaisi” adlandırsa da üstündə ölü marşı çalınan “Bakı”. “Baku” qəzetləri Ağahüseyn Hüseynovun nə qədər fədai olduğunu bariz şəkildə göstərir. Doğrudur, məhz onun “fədai”liyinin nəticəsi olaraq “Baku” qəzeti fəaliyyətini tam dayandırıb, “Bakı” qəzeti can verir. Bəlkə Ağa Hüseynovun xidmətləri qapı-qapı gəzilib pul toplamaqdadır? Bunu biz demirik,özü etiraf edir. Amma bu etirafı eşidənlər nədənsə ona rekert adını qoymurlar. Bəlkə dolayısı yolla qapılardan pul topladığını etiraf etdiyi üçün onun adı Azərbaycanın reketlər ordusunun siyahısına salınmır. Axı cinayəti etiraf edəndə yüngülləşdirici halların mövcudluğu heç kimə sirr deyil. Lakin görünən budur ki, Ağahüseyn Hüseynov hələ də Nəsir İmanquliyev kölgəsində sərinlənir. Bu azmış kimi müxtəlif mətbu orqanlarda Bakı merini tənqid və təhqir edir. Gah deyir ki,Hacıbala müəllimin qəzetçilikdən xəbəri yoxdur,gah deyir ki,şəhər merinin yerinə ağıllı adam gəlməlidir,gah da deyir ki… Unutmayaq ki,şəhər meri qəzetin də,qəzetçiliyin də nə olduğunu gözəl bilir. Hətta öz mətbu orqanından əllərini birdəfəlik üzən şəhər meri bayramlarda şəhərdə gedən yenidənqurma işlərini işıqlandıran jurnalistlərə pul mükafatı belə təqdim edir.
Müsahibəsi zamanı Ağa Hüseynov qəribə bir etiraf da edir. Dünyasını dəyişmiş şəxslərin adından özü haqqında ən xoş sözləri söyləyir. Bildirir ki, guya o,qəzetin 3-cü səhifəsini elə gözəl tərtib edirmiş ki, rəhmətlik Nəsir müəllim deyirmiş ki,sənin 3-cü səhifən elə gözəl alınır ki,o biri səhifələri oxuyan olmur.
Qəzetlərə müsahibə zamanı Nəsir İmanquliyevin əmanətinə xəyanət edən Ağahüseyn Hüseynov təkcə Hacıbala Abutalıbovdan şikayətlənmir. Onun digər hədəfi həm də Azərbaycan nəşriyyatıdır. Daim güzəşt olunmasına baxmayaraq Ağahüseyn Hüseynov nəşriyyat rəhbərliyinə də aşağıdakı tənqidləri ünvanlamaqdan çəlinməyib: “ Nəşriyyatda aylığı artıra-artıra gedirlər. Adama xəbər belə etmirlər. Ayın sonunda isə gəlib adamdan pul tələb edirlər.”
Bizlər isə özünü “Mətbuat fədaisi” adlandıran Ağahüseyn Hüseynovla bağlı araşdırmalarımızı davam etdirir, bizi maraqlandıran suallara cavab axtarırıq. Düşünürük ki, yəqin şəhərimizin MER-i öz qəzetlərinə tezliklə sahib çıxaraq, orada maliyyə yoxlanışlarının aparılmasına nail olacaq, qəzetin yeni heyət və yeni baş redaktorla yeni nəşrinə başlayacaq. O zaman Ağahüseyn müəllim şəhər merini qəzetə hörmətsizlikdə və qəzet naşılığında da ittiham da edə bilməyəcək. Bu işdə sözsüz ki,şəhər merinə Vergilər Nazirliyi də öz köməkliyini əsirgəlməyəcək.

Nazim SƏNANOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Abutalıbovun mətbu orqanında ev maxinasiyası-VIDEO

    Abutalıbovun mətbu orqanında ev maxinasiyası-VIDEO ...

    21-06-2013, 13:25

  • 
  • Baş redaktordan paytaxt merinə ittihamlar

    Baş redaktordan paytaxt merinə ittihamlar ...

    26-06-2013, 23:14

  • 
  • Abutalıbovun qəzetində xaos yaşanır

    Abutalıbovun qəzetində xaos yaşanır ...

    8-10-2013, 22:02

  • 
  • Qəzet redaktoru Bakı sakininə saxta əmək kitabçası satarkən tutuldu

    Qəzet redaktoru Bakı sakininə saxta əmək ...

    21-01-2014, 14:37

  • 
  • “Bank of Baku”nun adından ipoteka fırıldaqçılığı

    “Bank of Baku”nun adından ipoteka fırıldaqçılığı ...

    21-11-2013, 15:18


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu