Milli Şuranın sədri Eldar Namazovu bu qurumun İcra Aparatının rəhbəri təyin edib
Milli Şuranın sədri Rüstəm İbrahimbəyov bu qurumun rəhbərliyinə seçıldikdən sonra özünün ilk sərəncamını imzalayıb. Sərəncam Milli Şuranın rəhbərliyində yeni təyinatla bağlıdır. Belə ki, həmin sərəncama əsasən, Rüstəm İbrahimbəyov "El" hərəkatının sədri Eldar Namazovu Milli Şuranın İcra Aparatının rəhbəri təyin edib.
Bu təyinata münasibətini öyrənmək üçün Eldar Namazova müraciət etdik. Eldar Namazov bildirdi ki, bu qurumun iyunun 7-də keçirilən toplantısında qəbil olunmiş əsasnaməyə görə Milli Şuranın İcra Aparatının yaradılması nəzərdə tutulurdu: “Milli Şuranın sədri Rüstəm İbrahimbəyov bu təyinat üçün həmin əsasnamənin tələbləriunə əsaslanıb. Nəticədə Milli Şura rəhbərinin sərəncamıyla qurumun İcra Aparatının sədri təyin olunub”.
Eldar Namazovun verdiyi məlumata görə, Rüstəm İbrahimbəyovun Milli Şuranın üzvlərinə ünvanladığı məktub da mövcuddur: “Rüstəm İbrahimbəyovun həmin məktubunda bu sərəncamla bağlı məqamlara daha ətraflı aydınlıq gətirilib. Bu məktub tezliklə mətbuata da təqdim ediləcək”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?