Bu yaxınlarda İlham Əliyevin müxalifətin ünvanına sərt ittihamlar səsləndirməsi konstitusiya normalarının və dövlət başçısı kimi öhdəliklərinin kobud şəkildə pozulmasıdır. Bu barədə Milli Şuranın prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyov İ.Əliyevin iyulun 2-də Polis Akademiyasında çıxışını Turan-a şərh edərkən bildirib.
“Öz opponentlərini dönük, satqın və düşmən ünsürlər adlandırmaqla Əliyev nəinki adamları təhqir edir, həm də bütün xalqa bildirir ki, onun əleyhdarları ilə ünsiyyətdə olmaq satqınlığa bərabərdir. Bu, yalnız seçicilərə təzyiq deyil, həm də mənəvi təzyiqdir”, - R.İbrahimbəyov vurğulayıb.
O, bir çox KİV-in, vətəndaş cəmiyyətinin və siyasi qüvvələrin bu cür fikirlərə müvafiq rəy verməməsindən təəccübləndiyini bildirib. “Bunun əvəzinə məndən xahiş edirlər ki, iki-üç satqın cızma-qaraçının materiallarına şərh verim”, -dramaturq qeyd edib.
“Bu fonda mənim işlətdiyim “ağzından vurmaq” ifadəsi çox emosiya doğurub. İki-üç nəfər var ki, mənim barəmdə nəinki iyrənc, hətta elə şeylər yazır ki, bundan ötrü onların ağız-burnunu əzmək lazımdır”.
İndiki halda mən yalnız həmin satqın jurnalistlərə və hökumətyönlü KİV-ə öz münasibətimi bildirmişəm”, - R.İbrahimbəyov qeyd edib.
Sonda o, Rusiya pasportundan imtina etdiyini bildirib. “Azərbaycan Konstitusiyası və Seçki Məcəlləsi tələb edir ki, prezidentliyə namizədin ikili vətəndaşlığı və digər ölkələr qarşısında öhdəliyi olmamalıdır”, - o bildirib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?