Son günlər ölkə mətbuatının əsas gündəmini ikili vətəndaşlığı olan Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun seçkilərdə MSK tərəfindən rəsmi qeydiyyata alınıb-alınmayacağı məsələsi təşkil edir. Ekspertlərin bu istiqamətdə müxtəlif rəylər verməsinə baxmayaraq, hələlik konkret bir fikir formalaşmayıb. Baxmayaraq ki, Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyov hələlik Azərbaycana belə gəlmir və daha çox Şura daxilindəki has adamı Eldar Namazov vasitəsi ilə qurumun fəaliyyətinə nəzarət edə bilir. R.İbrahimbəyovun namizədliyinin qeydiyyatı ilə bağlı hakimiyyət daxilindən maraqlı bir məlumat daxil olub. Adının açıqlanmasını istəməyən mənbənin sözlərinə görə, Milli Şuranın vahid namizədi qarşıdaki seçkilərdə rəsmi olaraq qeydiyyata alına bilər, amma bu o demək deyil ki, Rüstəm İbrahimbəyov seçkidə qalib gələcək. Yaxud da ki, kampaniya dövrünü sona kimi aparacaq. Mənbənin sözlərinə görə, Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınmasında ölkə prezidenti, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi, YAP sədri İlham Əliyev də maraqlıdı. Mənbənin iddiasına görə, bundan öncəki seçkilərdə İlham Əliyev müxalifətin ümumi birliyinə rahat şəkildə qalib gəlib və prezident seçilib. Ölkə başçısı qarşıdaki seçkilərdə də müxalifətin vahid və ya vahid olmayan namizdələrinə qalib gəlmə güçündədir və aparılan sosioloji sorğular və əhalinin İlham Əliyevə olan simpatiyası onun nüfuzunu müxalifətdən ciddi şəkildə öndə göstərir. Mənbə eyni zamanda bildirir ki, son günlər Azərbaycanda yaradılan Rüstəm İbrahimbəyov aurası belə İlham Əliyevin xalq içərisində olan nüfuzuna təsir göstərə bilməyib. Yalnız müəyyən siyasiləşmiş qüvvələr içərisində İbrahimbəyovun nüfuzu digər müxalif liderlərdən önə keçib. Bu da Azərbaycanın siyasi palitrası üçün acınacaqlı bir haldır. Mənbə onu da vurğulayır ki, İbrahimbəyov uzun illər mövcud iqtidarla can bir qəlbdə olub və müəyyən iqtisadi və ticarət maraqları tapdalandığından o, bu gün müxalif düşərgəyə meyllənib. Amma ola bilsin ki, seçkinin gedişində İbrahimbəyov elə bir addım atsın ki, müxalifətin özü belə onun bu addımından şoka düşsün. Mənbə son günlər DADP, AAR və AMP-nin ölkənin birinci xanımı Mehriban Əliyevanın namizədliyini irəli sürməsi ilə bağlı da ilginc bir məlumat verdi. Onun sözlərinə görə, ölkənin birinci ledisi dövlətçilik ənənələrini və dövlətin idarə olunması prinsiplərini Heydər Əliyev ailəsində mükəmməl şəkildə özündə ehtiva edib və buna hazır olan, yetişmiş bir xanım siyasətçi və liderdi. Mehriban xanım da İlham Əliyevin əhali içərisində olan reytinqinin yüksək olduğunu bilir və buna görə də YAP-ın qurultayında pariya sədrinin müavini olma təklifini qəbul edərək, seçki dövründə İlham Əliyevin kampaniyasının önündə gedəcək. Ona görə də Mehriban xanım namizəd olmayacaq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?