GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » 1.4 milyardlıq layihə üzərində nəzarət Abid Şərifovda

1.4 milyardlıq layihə üzərində nəzarət Abid Şərifovda

Tarix: 7-07-2013, 22:15 Bölmə :Manşet Baxış: 903
1.4 milyardlıq layihə üzərində nəzarət Abid Şərifovda


1.4 milyardlıq layihə üzərində nəzarət Abid Şərifovda
Asbest şiferli evlərin örtyünün dəyişdirilməsi projesində ilginc müəmmalar

Bu ilin əvvəllərində belə bir məlumat yayıldı ki, Bakı və bölgələrdə asbest şiferli evlərin örtüyünü dəyişdirmək üçün həmin evlərin siyahıya alınması başlanıb. Bu işin Nazirlər Kabinetinin sərəncamı ilə həyata keçirildiyi bildirilir.
Qeyd edək ki, rəsmilərin iddiasına görə, asbest şiferli evlərin örtüyünün dəyişdirilməsinin ciddi əsasları var. Onlar deyirlər ki, Ümumdünya Səhiyyə Təşkilatının və Beynəlxalq Əmək Təşkilatının 162 saylı qərarı var və həmin qərarla asbest tikinti materiallarının istifadəsi qadağan olunub. Yəni, bu, yalnız Azərbaycanlıq məsələ deyil”.
Məlumatlara görə, bu məsələ Avropa ölkələrində 5-6 il əvvəl, Azərbaycanda isə 2 il əvvəl başlanıb. İddia edilir ki, asbest dam örtükləri eroziyaya məruz qaldıqca, onların üzərindən insan sağlamlığına ciddi zərər vura biləcək asbest liflər havaya qalxır. Havaya qalxan liflərin isə ağciyər xərçəngi yaratmaq təhlükəsinin olduğu vurğulanır.
Maraqlıdır ki, elə Azərbaycanın özündə bir çox tanınmış mütəxəssislər rəsmilərimizin bu cür iddiasını bölüşmürlər. Məsələn, internetdə apardığımız araşdırmalar zamanı Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun hələ xeyli bundan əvvəl məlum iddiaları yalanladığını gördük. Belə ki, institutun kimyəvi laboratoriyasının müdiri Nazim Sadıqov deyib ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi onlara Azərbaycanda istehsal olunan asbest dam örtükləri ilə bağlı iki nümunə verib. Hər iki nümunənin tərkibinin vulkan külündən ibarət – yəni zərərsiz olduğu aydınlaşıb. Geologiya İnstitutunun radiometriya laboratoriyasının müdiri Çingiz Əliyev də deyib ki, indiyə qədər asbest dam örtükləri ilə bağlı hər hansı radioaktiv şüalanma qeydə alınmayıb: “Biz bu barədə tibb işçiləri ilə də söhbətlər aparmışıq, onlar da bu halları təsdiqləmirlər”.
Bakı Şifer və Keramika Zavodunun satış meneceri Rafiq Mirzəyev də asbest şiferlərin radioaktivliyi barədə yayılan məlumatların arxasında məkrli bir oyunbazlığın durduğunu deyib.
Mövzu ilə bağlı “Unikal”ın əməkdaşına danışan adının çəkilməsini istəməyən ekspert də asbest şiferli evlərin örtüyünün dəyişdirilməsi layihəsinin başqa məqsədlərə hesablandığını inkar etməyib. Ekspert qəzetimizə bildirib ki, bu prosesin arxasında hansısa oliqarx məmurların dayandığı istisna edilməməlidir: “Həmin iri məmurların dayandığı zavodların istehsal etdiyi şifer və plastik borular xarici bazarda özünə alıcı tapa bilmədiyindən, indi görünür belə bir addım atırlar. Onlar özləri istədikləri kimi tender keçirib, istədikləri qiymətə sənədləşdirməklə dam örtüklərini, su və kanalizasiya kəmərlərini dəyişəcəklər”.
Həmsöhbətimiz nəticədə ən azı 2-2,5 milyard manat büdcə vəsaitinin sərf olunacağını deyib: “Bir sözlə, itirən yenə dövlət büdcəsi, qazanan isə hansısa məmurlar olacaq”.
“Unikal”ın mövzu ilə bağlı fərqli qaynaqlardan əldə etdiyi məlumatlarda isə bəzi maraqlı nüanslar var. Həmin nüanslardan biri budur ki, ilkin araşdırmalara görə, ölkə üzrə fərdi evlərin təxminən 70 faizinin damı asbest şiferindən inşa edilib. Bunu Kürdəmirin Cöhranlı kəndində aparılan araşdırma da sübut edir. Kənddə olan 245 evin 155-nin damı asbes şiferindən düzəldilib. Ölkədə təxminən 2 milyon fərdi ev var və bu, təxminən 1,4 milyon evin damının dəyişdirilməsi olardı. Bu hesabla, hər evə orta hesabla 1000 manatlıq, ölkə üzrə isə 1,4 milyard manatlıq metal dam örtüyü lazımdır.
Əldə etdiyimiz məlumatlarda daha bir maraqlı məqam Bakı və bölgələrdə asbest şiferli evlərin örtüyünü dəyişdirmək üçün həmin evlərin siyahıya alınmasına başlanılması üçün göstərişi baş nazirin müavini Abid Şərifov verib. Belə ki, ilin əvvəllərində demək olar ki, bütün rayon və şəhər icra hakimiyyətləri Abid Şərifovun imzası ilə asbest şiferlərin zərərli olması barədə məktub alıblar. Bundan sonra siyahıyalınma prosesinə start verilib.
Bu isə belə deməyə əsas verir ki asbest şiferli evlərin örtüyünün şübhəli şəkildə dəyişdirilməsi ilə bağlı layihəyə məhz cənab Şərifov nəzarət edir. Yəni təxminən 1,4 milyard manatlıq proje baş nazirin adı çəkilən müavininin külli-ixtiyarındadır.
Maraqlı olan isə odur ki, indiyədək Abid Şərifov mətbuatla təmaslarında siyahıya alınma ilə ağlı göstəriş verdiyi halda bu göstərişin bağlı olduğu layihə barədə bir dəfə də danışmayıb. Belə bir səssizlik isə təxminən 1,4 milyard manatlıq proje ilə bağlı haqlı sualları da, haqlı müəmmaları da xeyli dərəcədə artırır
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sənədsiz evlərin sənədindəki maxinasiya

    Sənədsiz evlərin sənədindəki maxinasiya ...

    25-12-2012, 13:10

  • 
  • Hökumət «Sovetski» ilə bağlı yeni plan hazırlayır

    Hökumət «Sovetski» ilə bağlı yeni plan hazırlayır ...

    9-03-2014, 13:42

  • 
  • Moskvada köhnə evlərin dollar hesabı ilə qiyməti 47 faiz düşüb

    Moskvada köhnə evlərin dollar hesabı ilə qiyməti ...

    4-01-2015, 22:35

  • 
  • Abid Şərifovun səhhəti pisləşib? - Nazirlər Kabinetindən açıqlama

    Abid Şərifovun səhhəti pisləşib? - Nazirlər ...

    30-11-2015, 18:32

  • 
  • Jurnalistlərə mənzillərin açarı verilməyib

    Jurnalistlərə mənzillərin açarı verilməyib ...

    23-07-2013, 17:25


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu