Bir müddət əvvəl Quba rayon icra hakimiyyətinin başçısı Mübariz Ağayevlə bağlı bir vətəndaş şikayətini yayınlamışdıq. Qeyd edək ki, bu şikayət ərizəsinin Qubada böyük rezonans doğurduğunu elə redaksiyamızın materialına verilən reaksiyalardan da təxmin etmək asan idi. DİA.AZ-ın yazdıqlarını ayrı-ayrı KİV-lərdə inkar edən Mübariz Ağayev nədənsə redaksiyamızın əməkdaşının telefon zənglərinə cavab vermir ki, bu da iddia olunanların həqiqət olmasından xəbər verir.
Redaksiyamıza daxil olan son informasiyalardan isə aydın olur ki, Qubaya icra başçısı gələndən sonra rayona bir bazar kimi yanaşan Mübariz Ağayev əvvəlki sələfi Rauf Həbibovdan fərqli olaraq özünün sərt üsulları ilə diqqətə gəlməkdədir. Mənbənin söylədikləri:
«Həqiqətən də qubalılar bu gün Rauf Həbibovun həsrətini çəkirlər və onu devirdiklərinə peşmandırlar. Mübariz Ağayev onlara rəsmən qan uddurur, əgər Rauf Həbibov qubalıları sözlə təhqir etmişdisə, Mübariz Ağayev əməllə təhqir edir».
Mənbə iddia edir ki, bu gün Qubada Mübariz Ağayevin satmadığı torpaq qalmayıb: «Paytaxt sakinlərinin Qubaya marağını nəzərə alan icra başçısı hətta Quba torpaqlarını Bakıdakı kantoru vasitəsilə satışa çıxarıb. Bakıdakı dəllarlar ayrı-ayrı imkanlı şəxslərə Qubada asanlıqla torpaq sahəsi təklif edirlər. Hətta ucuz qiymətə də yox, yerinə uyğun olaraq sotu 1000-10000 dollar arası. Hər halda, bir əyalət rayonu üçün belə böir qiymət kifayət qədər böyük hesab olunur».
Mənbəmiz iddia edir ki, bundan narahat olan qubalılar əsl təhqirin onlara məxsus torpaqların satışa çıxarılması olduğunu artıq dərk etməyə başlayıblar.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?