İcra başçısı Rauf Həbibovun devrilməsiylə nəticələnən “Quba üsyanı”ndan sonra bu şəhərə rəhbər gətirilən Mübariz Ağayevdən də narazılıqlar yaranmağa başlayıb. “Yeni Müsavat” qəzetinin araşdırmasına görə, Qubanın yeni rəhbəri şəhərin mərkəzi küçələri istisna olmaqla digər yerlərə diqqət göstərmir. Qubanın mərkəzində abadlaşdırma işinə cəlb olunan fəhlələr isə maaşlarını ala bilməməkdən narazılıq edirlər. M.Ağayevin müavini hər dəfə vəd verərək bir neçə günə pullarının veriləcəyi ilə başlarını aldadıb. Pullarını ala bilməyən fəhlələr bildirdilər ki, bu həftə ərzində pulları ödənməsə, Bakıya gələrək Prezident Administrasiyası qarşısında oturaq aksiya keçirəcəklər: “Dörd aydır ki, bizi get-gələ salıblar. Başçı Mübariz Ağayev bizi qəbul etmir. Müavini də bu gün, sabah deyərək aldadır. Ölkə başçısına məktub yazdıq, baxılması üzrə icra başçısına göndərildi”. “Seçki qabağı Qubadakı bütün sahibkarlardan pul yığan başçı nəyə görə 50 nəfər fəhlənin 300 manatlıq aylıq məvacibini verə bilmir?”-deyə bildirilir.
Sorğu
Yeni dizaynımız necədir?