İcra başçısının "Gənclik şəhəri"ni İtaliyaya bənzətmək istəyinin fəsadlarır
Sumqayıtın icra başçısı Eldar Əzizov "gənclik şəhəri"ni viran qoyması barədə mətbuatda dəfələrlə yazılıb. Təəssüf ki, icra başçısı yazılanlardan nəticə çıxarmaq əvəzinə "talan əməliyyatı"nı bu gün də davam etdirir. Bu gün Sumqayıt sotlara bölünərək hərraca çıxarılıb. Demək olar ki, 2011-ci ildən Gəncədən transfer olunan icra başçısı Eldar Əzizov vaxtilə elin xariqələr yaratdığı Sumqayıtda əsər-əlamət qoymayıb.
Sumqayıtda parkların hamısı satılıb
Eldar Əzizov şəhərin yaşıllığını məhv edərək tikinti meydançasına çevirib. Sumqayıtdakı bütün istirahət parklarının ərazisi satılıb. Onların yerində çayxanalar, kafelər, ticarət obyektləri və "göydələn"lər tikilib. Eldar Əzizov 100 hektardan artıq sahəsi olan və Milli Park statusu alan dənizkənarı parkın da "anasını ağladıb". Dənizkənarındakı meşə zolağı məhv edilib. Lakin icra başçısının ürəyi soyumayıb. İcra başçısı şəhərin avtovağzal deyilən ərazisini də hərraca çıxarıb. Və qısa müddət ərzində avtovağzal ərazisinin satışını başa çatdırıb. Artıq avtovağzalın ətrafında "göydələn"lər "baş qaldırıb". Daha sonra Eldar Əzizov zeytun bağlarına hücuma keçib. Qısa zaman kəsiyində şəhərin şimalında yerləşən zeytun bağını darmadağın edib. 800-dən artıq zeytun ağacı kəsilərək yerində müxtəlif obyektlər tikilib. Amma Eldar Əzizovun gözü yenə doymayıb. İcra başçısı köhnə "Nasoslu" indiki Hacı Zeynəlabdin Tağıyev qəsəbəsinə gedən şosse yolunun kənarında salınan parkın ərazisini də "tikinti mafiyası"na "qurban" edib. Bundan əlavə 3-cü mikrorayon "Kosmos" şadlıq evinin yaxınlığında yerləşən uşaq bağçasını da icra başçısı satıb. Uşaq bağçasının həyət yanı sahəsində skamyalar və yaşıllığın salındığı vaxtda parkın yeni "sahibi" peyda olub. Həmin şəxs icra hakimiyyəti tərəfindən bu ərazinin ona satıldığını bildirib və əlavə edib ki, o, parkın yerində obyekt tikmək niyyətindədir. Bağça rəhbərliyi isə onun nəzərinə çatdırıblar ki, yaşıllığın məhv edilərək yerində obyekt tikilməsinə imkan verməyəcəklər. Beləliklə də bağşada çalışıan işçilərlə "yeni sahib" arasında mübahisə düşüb. Bağça rəhbərliyi məsələ ilə bağlı müvafiq orqanlara müraciət etsələr də problem həll edilməyib. Bağçanın ərazisində obyekt tikmək istəyən şəxs gecəykən oradakı bütün ağacları kəsdirib. İndi həmin ərazidə Sumqayıtda məhşur ad çıxaran qubadlıların Notariat Kontoru fəaliyyət göstərir.
Məktəb və xəstəxanaların əraziləri tikinti meydanına çevrilib
Eldar Əzizov məktəb və xəstənalara məxsus əraziləri də hərraca çıxarıb. Artıq 17 və 33 saylı orta məktəblərin əraziləri tikinti meydançasına çevrilib. 33 saylı orta məktəbə məxsus futbol meydançasının satıldığı da bildirilir. Bundan əlavə Sumqayıt Dövlət Universitetinin (SDU) ərazisində yerləşən futbol meydançasında şadlıq evi inşa edilir. Həmin ərazidə tikilən şadlıq evinin SDU-nun rektoru Nadir Qəhrəmanova məxsus olduğu barədə söhbətlər gəzir. Eldar Əzizov Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım Stansiyasının ərazilərinə də əl uzadıb. Hələlik Təcili Tibbi Yardım Stansiyasının yaxınlığında kiçik ticarət obyektləri fəaliyyət göstərir və yaxın günlərdə həmin ərazidə özəl klinikanın tikiləcəyi bildirilir. Eldar Əziozv 1 saylı poliklinikanını həyətini də "gözəaltı" edib. Yaxın günlərdə orda da "göydələn"lərin tikintisinə başlanılacaq.
Eldar Əzizov mədəniyyət klublarını da yerlə yeksan edir
Sumqayıtdakı mədəniyyəti klublarını lazımsız tikili hesab edən Eldar Əzizov hazırda həmin klubları sökdürüb yerində göydələn ucaltmaqla məşğuldur. Misal olaraq "Kimyaçılar" sarayının ətrafını və şəhərin Cəfər Cabbarlı adını daşıyan mədəniyyət klubunu göstərmək olar. İcra başçısının Sumqayıtda 1 saylı diş poliklinikasına da gözü düşüb. Hazırda Eldar Əzizov poliklinikanı ticarət mərkəzi ilə əvəz etmək üçün planlar cızır.
Sumqayıtda "reket" üsul idarəsi
Eldar Əzizov Sumqayıta icra başçısı təyin olunanda şəhərdə "at oynadan" bir qrup mafiozla işbirliyinə girərək onların vəsaitləri hesabına abadlıq işlərinə başladı. Əvəzində isə həmin şəxslərə qanunsuz əməllərini davam etdirmək üçün şərait yaratdı. Sumqayıt "kit"ləri - Zaman İsgəndərov, Tofiq Hüseynli, Ağamirzə Əhədov, Nəbi Nəbiyev də Eldar Əzizovun pula hərisliyindən istifadə edərək Sumqayıtı monopoliyaya alıblar. Şəhərdəki obyektlərin əksəriyyəti adıçəkilən şəxslərə məxsusdur. Yalnız bu adamlar Sumqayıtda sərbəst şəkildə bizneslə məşğul ola bilirlər. Digərlərinə isə süni manelər yaradılır. Onlardan külli miqdarda haqq tələb olunur vermədikdə hədələnir və yaxud da qondarma ittihamlarla obyektləri uçurdulur.
İcra başçısı sumqayıtlı avtoriteti necə aldadıb?
Bir müddət əvvəl Eldar Əzizov Sumqayıtın məşhur avtoritetlərindən biri ilə kəllə-kəlləyə gəlib. Buna səbəb isə icra başçısının avtoritetə məxsus torpaq sahəsini satması olub. Bundan sonra icra başçıs ilə avtoritetin maraqları toqquşub. Rusiyada olan avtoritet torpaq sahəsinin Eldar Əzizov tərəfindən satılmasını eşidərək Sumqayıta "razborka"ya gəlib. Kriminal aləmdə kifayyət qədər tanınan Mais adlı şəxslə görüşən Eldar Əzizov avtoritetin sözünü yerə salmayıb və satdığı torpağı geri qaytarıb. Bundan sonra isə Mais həmin ərazidə ağac əkdirib və yenidən Rusiyaya qayıdıb. Bir aydan sonra isə icra başçısı fikrini dəyişib. Belə ki, Eldar Əzizov Sumqayıt Mərkəzi bazarının qarşısındakı ərazini rəsmi olaraq yenidən satıb. Maisin əlindəki sənəd isə etibarsız hesab olunub. Artıq həmin ərazidə tikinti işləri başa çatıb. Lakin avtoritetin hansı addımlar atacağından ehtiyyatlanan icra başçısı şəhər polisinə bir sıra tapşırıqlar verib.
Sumqayıtı "İtalyiyaya" bənzətmək istəyən icra başçısı
Ötən həftə İtalyanın Genuya şəhərində işgüzar səfərdən vətənən dönən Eldar Əzizov təcili tədbir keçirib. Tədbirdə icra başçısı İtalyada olduğu zaman orda gördüklərindən danışıb və bır sıra tapşırıqlarını verib. İcra başçısının maraq doğuran tapşırıqları ondan ibarət olub ki, Sumqayıt şəhəri İtaliyaya bənzəməlidir. Təbii ki, Eldar Əzizovun bu təklifi ilk görnüşdən pis görünmür. Amma icra başçısı bunu necə edəcək maraqlıdır. İcra başçısının tapşırıqlarına görə, yaxın zamanlarda İtalyanın Genuya şəhərinin meri Andrea Doria Azərbaycana gələcək. Dövlət başçısı İlham Əliyevlə görüşdən sonra mer Andrea Doria Sumqayıtda da olacaq. Meri isə Eldar Əzizov şəxsən Sumqayıta dəvət edib. Andrea Dorianın gəlişi ilə əlaqədar icra başçısı Sumqayıtda makaron fabrikinin tikintisinə də göstəriş verib. Makaron fabrikinin açılışında Genuya şəhərinin meri Andrea Dorianın və prezident İlham Əliyev də iştirak edəcəkləri bildirilir. Fabrikin yerləşəcək yeri isə artıq müəyyən edilib. Bu Sumqayıtın 1 saylı Çörək Zavodudur. 1 saylı Çörək Zavodu isə Tofiq Hüseynliyə məxsusdur. Belə çıxır ki, Eldar Əzizov yaxın gələcəkdə "çörək Tofiq" kimi tanınan Tofiq Hüseynlini çörəksiz qoyacaq. Qeyd edək ki, Azərbaycanın ikinci ən böyük sənaye şəhəri olan Sumqayıtın icra hakimiyyətinin başçısı Eldar Əzizov İtaliyanın Genuya şəhərində ötən həftə işgüzar səfərdə olub. Məlumatlara görə, E.Əzizov Genuya şəhərinin meri A.Doria ilə görüşdə Azərbaycanın, eləcə də Sumqayıt şəhərinin. sosial-iqtisadi inkişafı, iqtisadi potensialı, ikitərəfli əməkdaşlığın perspektivləri barədə geniş müzakirə aparıb. Söhbət zamanı Genuya ilə Sumqayıt arasında müxtəlif sahələrdə əlaqələrin qurulmasının vacibliyi vurğulanıb, iqtisadi, mədəni, təhsil, elm, turizm və digər sahələrdə konkret əməkdaşlıq layihələrinin həyata keçirilməsinə dair razılıq əldə olunub. Bundan əlavə Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə Genuya meriyası arasında əməkdaşlıq haqqında niyyət memorandumu imzalanıb. Sənəddə tərəflər arasında gələcək fəaliyyət planını ehtiva edən əməkdaşlıq haqqında müqavilənin imzalanması da nəzərdə tutulub. E.Əzizov italiyalı həmkarını Sumqayıta səfərə dəvət edib. Səfər çərçivəsində icra başçısı Genuyanın Ticarət Palatasının prezidenti Paolo Odone və yerli iş adamları ilə də görüşüb. Görüşlərdə hər iki tərəfin işgüzar dairələri arasında əməkdaşlıq imkanları və Genuyanın iş adamlarının Sumqayıtda həyata keçirilən quruculuq layihələrinə cəlb edilməsi perspektivləri müzakirə edilib.
Sahibkarların hesabına başa gələn “Asan Xidmət”
Asan demişkən, artıq Sumqayıtda da “Asan xidmət” açıldı. Bundan sonra Sumqayıtda sumqayıtlıların yaşayış tərzi “asan” olacaq. Hər şey “Asan Xidmətin” başındadır. Sumqayıtın 15-ci məhəlləsində sahibkara məxsus binanı “asan”lıqla ələ keçirərək xalq üçün “Asan Xidmət” yeri yaradan Eldar Əzizov sahibkarlardan “asan”lıqla topladığı vəsait hesabına “Heydər parkı”nın da inşasını “asan”lıqla başa çatdıra bildi. E.Əzizov özünü ilin ən yaxşı “icra başçısı” obrazını “asan”lıqla yaradmaq naminə dəridən qabıqdan çıxdı. Gələnlər də kosmetik gözəlliyə aldanaraq başçıya “asan”lıqla inanmaq zorunda qaldılar. Hər bir çətin işin, bir “asan” yolu var. Oxucuları yormadan “asan”lıqla bu yazıdan əl çəkirik.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?