Azərbaycan qanunlarının işləmədiyi ərazi; Özlərini idarə etdikləri sahənin “balaca padşahları”hesab edənlər üçün qanun öz aliliyini itirə bilər,lakin qanun hamı üçün qanundur
Bu gün ölkə gündəmini demək olar ki,hər gün zəbt edən əsas mövzulardan biri məmur özbaşnalıqları,məmurların öz vəzifə səlahiyyətlərini aşması,rüşvətə və korrupsiyaya bulaşması faktlarıdır.Ölkədə seçki ili olduğu üçün hər bir məmurun davranışı ictimaiyyət tərəfindən xüsusi həssaslıqla qarşılandığı bir dövrdə bəzi məmurlar öz şəxsi maraqlarını təmin etmək üçün bütün qanunsuz vasitələrə əl atırlar.Ölkə başçısının yüksək ranqlı məmurlarla keçirdiyi bir çox görüşlərdə onlara verdiyi göstərişlər,xüsusilə ictimaiyyətin nümayəndələri ilə münasibətlərdə diqqətli olmaları,iş adamlarına,sahibkarlara qarşı qanunsuz əməllərə,incidilmələrə son qoymaları ilə bağlı tövsiyyələri bir çox məmurlar üçün adi sözdən başqa bir şey olmamışdır.Belə olmasaydı sahibkarlara qarşı baş verən qanunsuzluqlar,özbaşnalıqlar kütləvi hal almazdı. Bu yazımızda sizə “Pelas”kiçik müəssisəsinin və onun direktoru Eldar Şəfiyevin üzləşdiyi qanunsuzluqlar,korrupsiya və cinayət tərkibli əməllər barədə söhbət açacağıq.Belə ki,”Pelas” KM icarəçisi olduğu “Azinşaat Servis”ASC-nın rəhbərliyi və hamiləri tərəfindən sözün əsl mənasında iqtisadi terrora məruz qalmışdır.Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsi,4-cü köndələn 1 ünvanında yerləşən və Dövlət Əmlak Komitəsində yüksək mövqe sahibi olan Rüstəm Şahbazov tərəfindən himayə olunan “Azinşaat Servis”ASC-də baş verən qanunsuzluqlar,korrupsiya və vergidən yayınma halları pik nöqtəyə çatmışdır.Rüstəm Şahbazov tərəfindən əməlli-başlı qayğı görən,himayə olunan SC rəhbərləri sanki dövlət içində dövlət yaradaraq ölkə qanunlarını,dövlət başçısının göstərişlərini saya salmır,öz qanun qaydaları ilə hərəkət edirlər.Bu ərazidə sanki Azərbaycan qanunları işləmir. “Pelas” KM rəsmi müqavilə əsasında “Azinşaat Servis”ASC-dən 837 kv.metr sahə icarəyə götürmüşdür.İlkin danışıqlarda və müqavilə şərtlərində ASC rəhbərliyi icarəçini işıq,su,qazla tam təchiz edəcəyinə söz versə də müqavilə imzalandıqdan sonra məlum olmuşdur ki.bunların heç biri yoxdur.Əlacsız qalan Eldar Şəfiyev öz şəxsi vəsaiti hesabına icarəyə götürdüyü əraziyə işıq və qaz xəttləri çəkdirmiş,xüsusi artezian quyu qazdıraraq müəssisəni su ilə təmin etmişdir.Lakin qısa müddət ərzində bütün bunlar SC rəhbərləri tərəfindən özününküləşdirilmişdir. Tərəflər arasında imzalanmış müqavilədə icarə haqqı 1250 manat məbləğində göstərilsə də indiyə qədər hər ay qanunsuz olaraq 2650 manat icarə haqqı və əlavə olaraq işıq,su,qaz pulu,digər adlar altında təqribən 5700 manata yaxın pul alınır.Yalnız 1250 manatı üçün hesab-faktura sənədləri verilən bu böyük məbləğin qalan hissəsi isəSC rəhbərliyi və hamiləri tərəfindən mənimsənilir.SC-nin ərazisində qırxa yaxın müəssisə icarə əsasında fəaliyyət göstərsə də cəmiyyətin illik icarə dövriyyəsi sənədlərdə 70 min manat göstərilir.Belə çıxır ki,təkcə “Pelas”KM-dən il ərzində təqribən 68 min manatdan çox pul alan SC digər icarəçilərə öz ərazisini qəpik-quruşa icarəyə vermişdir.Əslində isə yüz minlərlə manat pul vergidən yayındırılaraq ayrı-ayrı şəxslər tərəfindən mənimsənilir.Biz jurnalist araşdırması apararkən “Azinşşat Servis” ASC-nin baş mühasibi Yusifov Vasif Eldar Şəfiyevin otağına daxil olaraq maraqlandı ki,icarə haqqını yenədə əvvəlki qaydada,yəni 1250 manatını rəsmi,qalan hissəsini isə hesab faktura sənədləri olmadan ödəməyə razıdırmı? Bir daha aydin oldu ki,SC öz işini hansı prinsiplər əsasında qurur.”Pelas”KM-nin rəhbərliyi bu barədə SC rəhbərliyinə dəfələrlə rəsmi qaydada müraciət etsə də əvəzində təzyiqlərə və təhdidlərə məruz qalmışdır. Tərəflər arasında münasibətlərin gərginləşməsində əsas səbəb isə 16 dekabr 2011-ci il tarixində axşam saat 16-30 radələrində “Azinşaat Servis” ASC-yə məxsus saxlanma ambarında baş vermiş yanğınla əlaqədar “Pelas” KM-nə dəymiş zərərin ödənilməməsidir.Belə ki,göstərilən tarixdə SC tərəfindən saxlanma ambarında icazəsiz qaynaq işləri aparılmışdır.”Pelas” KM-nin rəhbərliyi tərəfindən ambarda tezalışan kimyəvi maddələrin saxlanılması barəsindəki xəbərdarlıqlara məhəl qoyulmamış və nəticədə güclü yanğın baş baş verərək saxlanılan 91074 manat dəyərindəki xammal icarədarın günahı ucbatından məhv olunmuşdur.O vaxt “Azinşaat Servis”ASC-nin idarə heyyətinin sədri işləyən Polad Həmidov vəziyyətdən çıxmaq,özünü qorumaq üçün Eldar Şəfiyevi guya ambarda daha az məbləğdə xammal olduğunu göstərməyə razı salmış,əvəzində isə dəymiş bütün zərərinödəniləcəyinə söz vermişdir.Hər iki tərəfin imzası ilə yanğın zamanı 91074 manat məbləğində xammalın zay olduğunu təsdiq edən sənədlər olmasına baxmayaraq SC sonradan zərərin ödənilməsindən imtina etmiş və müxtəlif vasitələrlə E.Şəfiyevə təzyiqlər etməyə başlamışdır.Yanğın hadisəsinə görə işdən kənarlaşdırılan Polad Həmidov isə E.Şəfiyevin humanizmindən bir daha istifadə etmək qərarına gəlmiş,onun vasitəçiliyi ilə bankdan 5 min manat pul götürmüşdür.Pulu götürdükdən sonra isə onu qaytarmaqdan imtina edərək E.Şəfiyevi küçə söyüşləri ilə təhqir edərək hədə-qorxu gəlməyə başlamışdır. “Azinşaat Servis” ASC tərəfindən ilkin olaraq dəymiş zərərin odənilməsi üçün E.Şəfiyevə 16 min manat məbləğində vəsait ödənilmişdir.Həmin vəsaitin 5 min manatını isə E.Şəfiyev banka olan borcunu ödəməkdən imtina edən Polad Həmidovun əvəzinə banka qaytarmağa məcbur olmuşdur.Bundan sonra “Azinşaat Servis” ASC-nin idarə heyyətinin sədri təyin olunan Fazil Məmmədov nəinki zərərin ödənilməsini təmin etmiş,əksinə hər vasitə ilə E.Şəfiyevi sıxışdırmağa,ərazidən çıxarmağa çalışmışdır.ASC-nin yerləşdiyi ərazidə Sovetlər dövründə eksperimental zavod fəaliyyət göstərmişdir.Amma,hal hazırda zavodun bütün avadanlığı satılmış,hətta çardağın satılması mümkün olan bütün metal konstruksiyaları satılaraq yararsız hala salınmışdır.Fazil Məmmədov və ətrafındakı admları icarəçilərlə kobud rəftarına ,qeyri etik davranışlarına görə də fərqlənirlər.”Azinşaat Servis” ASC-nin vəzifəli şəxsləri “Pelas” KM-nə yaranmış 91074 manat borcu ödəməmək üçün dəfələrlə əsassız olaraq icarə müqaviləsinin pozulmasına cəhdlər etmiş,haqsız olaraq icarə haqqının artırılmasını tələb etmiş və “heç kimdən çəkinmirik,hara,kimə istəyirsinizsə deyin” deyərək hədə-qorxu gəlmişlər.29 yanvar 2013-cü il tarixində heç bir xəbərdarlıq etmədən müəssisənin enerji təminatını kəsmişlər.Müəssisədə dəyəri 500 min manatdan çox olanavadanlıq ciddi ziyan çəkmiş,3 gün iş dayandırılmış,ümumilikdə 2928 manat ziyan dəymişdir.Bu gün də öz halal haqqını bərpa edə bilməyən E.Şəfiyev Fazil Məmmədov və havadarları tərəfindən təhdid olunur,hətta bir çox hallarda əraziyə belə buraxılmırlar. Görəsən Fazil Məmmədov və onun havadarı olan Rüstəm Şahbazov doğurdanmı ölkə qanunlarından güclüdürlər və prezidentin sahibkarlığın inkişafına aid qərarlarını vecə almırlar? İllərlə sahibkarlardan qanunsuz olaraq alınan və dövlətdən gizlədilən milyonlarla manat pulu mənimsəyənlər nə vaxta qədər cəzasız qalacaqdır? “Pelas” KM-nə dəymiş zərərin ödənilməməsinə rəvac verənlər və bu əməllərə hamilik edənlər üçün bu ölkədə bütün qanunsuzluqlara yaşıl işıq yandıranlar kimlərdir? “Azinşaat Servis” ASC nə vaxta qədər “dövlət içərisində dövlət” olaraq fəaliyyət göstərəcək və yalnız öz qanunları ilə işləyərək sahibkarların başı üzərindən Demokl qılıncı kımi asılacaqdır? Cavabını gözləyən suallar çoxdur və nə qədər ki,bu sualların cavabını verməyə məsul olanlar öz bildiyini edəcəklər,o vaxta qədər bizim qanunlar adi kağız parçasından başqa bir şey olmayacaqdır!
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?