“Mənim bir namizədim var, başqa cür də ola bilməz. Mən qarşıdakı seçkilərdə İlham Əliyevi dəstəkləyəcəm”. Bunu Moderator.az-a açıqlamasında sabiq əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanın Belarusiyadakı keçmiş səfiri Əli Nağıyev deyib.
Sabiq nazir açıqlamasında bu mövqeyini İlham Əliyevin xalq qarşısındakı xidmətləri ilə əlaqələndirdiyini bildirib: “İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan inkişaf edib. Bunu görmək lazımdır”.
Hakim partiyanın qurucusu kimi işsiz qalması faktına gəlincə, Əli Nağıyev buna görə, hakimiyyətdən narazı qalmadığını deyib: “Bu məsələlər ölkə rəhbərliyinin səlahiyyətinə aid məsələdir. Mən işsizəm deyə, hakimiyyətdən narazı deyiləm”.
Əli Nağıyev YAP-ın qurultayında partiya rəhbərliyinə və seçkili orqanlara düşməməsi məsələsində də toxunub: “Görünür, məsləhət belədir. Amma yenə də təkrar edirəm ki, bu kimi hallar məni hakimiyyətdən narazı salmır”.
Sorğu
Yeni dizaynımız necədir?