İsgəndər Xəlilovun Müşahidə Şurasının sədri, Valeh Ələsgərovun payçı olduğu LUKoyl bank müxalifətə pul ötürən məkan kimi şübhə altına düşüb
gundemxeber.az Hakim düşərgə “Milyarderlər ittifaqı”na qarşı bütün cəbhə boyu hücum siyasətini davam etdirir. Qurumun təsisçilərinin təkidli təkziblərinə baxmayaraq onların Bakıdakı biznesininhədəf alınması faktdır. Abbas Abbasov və İsgəndər Xəlilovdan sonra “biznes repressiyası”nda sıra Vahid Ələkbərova çatıb. Onu da bildirək ki, “LUKoyl” prezidenti, adı gündəmdən düşməyən “Milyarderlər ittifaqı”nın ən nüfuzlu simalarından biri V.Ələkbərovun Azərbaycan hakimiyyəti ilə qarşıdurmasının xüsusi səbəbləri var. Bir müddət əvvəl yayılan xəbərlərə görə V. Ələkbərov Azərbaycan prezidenti İlham Əliyevlə görüşlərdən birində Bakıda anasının xatirəsinə Cənubi Qafqazın ən böyük kilsəsini tikdirmək planları barədə danışıb və ondan müvafiq razılıq istəyib. Amma iş adamının bu fikri etirazla qarşılanıb. Bu isə öz növbəsində neft milyarderində mənfi hisslər yaradıb. Qeyd edək ki, vaxtilə “LUKoyl”un Azərbaycandakı neft layihələrində payı olub, həmçinin şirkət Bakıda sığorta biznesinə girib. Lakin görünür, münasibətlərin korlanmasının nəticəsidir ki, V.Ələkbərov neft müqavilələrindəki payını və Bakıdakı biznesinin böyük hissəsini satıb. Hakimiyyət düşərgəsində hesab edirlər ki, onun Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqında yer alması təsadüfi deyil və bununla Rusiya Azərbaycan hakimiyyətindən narazı olan nüfuzlu fiqurları bir araya cəmləyir. Elə bu səbəbdən də hədəfə alınan fiqurlardan biri də V.Ələkbərovdur. Redaksiyamıza daxıl olan məlumata gərə, Ələkbərovun nəzarətində olan LUKoyl bank xüsusi təhlükəsizlik xidməti tərəfindən nəzarətə götürülüb. Bankın bütün maliyyə əməliyyatları və pul köçürmələri qeydə alınır və bu haqda hesabat hazırlanır. Mənbəmizin məlumatına görə belə bir nəzarətdə əsas məqsəd “Milyarderlər İttifaqı”nın üzvünün nəzarətində olan bank vasitəsi ilə müxalıfətə pul ötürülmə ehtimalını yoxlamaq və bunun qarşısını almaqdır. Onu da bildirək ki, adı çəkilən bankın Müşahidə Şurasının sədri “Milyarderlər İttifaqı”nın digər bir üzvü İsgəndər Xılilovdur. Nə qədər maraqlı olsa da, parlamentin vitse spikeri Valeh Ələsgərov da bu bankda önəmli paya malikdir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?