GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Söyün Sadıqovdan şok məqalə

Söyün Sadıqovdan şok məqalə

Tarix: 24-07-2013, 22:29 Bölmə :Manşet Baxış: 776
 Söyün Sadıqovdan şok məqalə
“İlham Əliyev legitim prezident olmayacaq”
“...bu şans qarşıdan gələn seçkidə prezidentliyə Mehriban Əliyevanın namizədliyinin irəli sürülməsi ilə bağlıdır”
AzPolitika.info-ya Rusiya Prezidenti Vladimir Putinin səlahiyətli nümayəndəsi, “Milyarderlər İttifaqı”nın üzvü Söyün Sadıqovun Azərbaycanda qarşıdan gələn prezident seçkiləri ilə bağlı təhlili məqaləsi təqdim olunub. “Azərbaycanda seçkilər: sosial qarışıqlıq və ciddi itkilər olmadan optimal nəticə” adlı məqalə, sözün əsl mənasında sensasiya xarakterlidir.

Musavat.com olaraq həmin məqaləni təqdim edirik:

AZƏRBAYCANDA SEÇKİLƏR: SOSİAL QARIŞIQLIQ VƏ CİDDİ ITKİLƏR OLMADAN OPTİMAL NƏTİCƏ

2013-cü ilin oktyabr ayında bir həftə fərqiylə Azərbaycanda və Gürcüstanda prezident seçkilərinin keçirilməsi, bu ayın regionda siyasi baxımdan qaynar keçəcəyini söyləməyə əsas verir. Şübhə yoxdur ki, bu seçkilər gözlənilməz nəticələrlə yekunlaşarsa, regiondakı “siyasi hərarət” təkcə Cənubı Qafqazda deyil, onun sərhədlərindən kənarda da hiss olunacaq. Baxmayaraq ki, nəticələr zahirən “qabaqcadan müəyyən olunmuş” kimi görünür...

Xüsusi ilə, Azərbaycanda elə mühit var ki, adi vətəndaş üçün hansı qüvvələrin ölkədəki siyasi vəziyyətə necə təsir etdiyini və seçkilərin nəticələrinin nədən asılı olacağını anlamaq asan deyil. Vəziyyəti daha da gərginləşdirən amillərdən biri də müxalifin hələ də nəyə üstünlük verəcəyini tam olaraq müəyyən etməməsidir. Müxalifət daha çox ölkədə həqiqi demokratik seçkilərin keçirilməsinin mümkün olmayacağını bəyan edərək, hökumətə digər təzyiq vasitələri axtarır, bununla bağlı çağırışlar edir.

Lakin bu “digər” inkanlar spektri olduqca məhduddur və təəssüf ki, son dərəcə təhlükəlidir. Son zamanlar dünya təcrübəsində müşahidə olunan seçkilərin nəticələrinin küçənin fəal təsirilə müəyyən edılməsi isə praktiki olaraq hər yerdə acınacaqlı vəziyyətlə yekunlaşıb.

Əlbəttə, deyə bilərik ki, Azərbaycan xalqı müdrük xalqdır və qarşıdurmalara yol verməz. Yaxud, deyilə bilər ki, Azərbaycanda etirazın meydanlara keçməsinə səbəb olacaq ilkin şərtlər yoxdur. Ancaq təəsüf ki, hadisələrin belə inkişafından heç kim sığortalanmayıb....

Bu barədə yalnız müxalifət düşünməməlidir. İlk növbədə hakimiyyət bununla bağlı düşünməli və ölkədə siyasi qarşıdurmaların gərginləşməsinə səbəb olacaq situasiyaların yaranmasına imkan verməməlidir.

Gəlin, bir daha Azərbaycanın siyasi palitrasına nəzər salaq və hadisələrin sonrakı gedişatını proqnozlaşdıraq.

Fikrimizcə, seçkilərdə, sözsüz ki, İlham Əliyev galib gələcək. Lakin yalnız və yalnız inzibati resursların hesabına! Ümumiyyətlə, bu postsovet məkanı üçün çox geniş yayılmış bir haldır. Bir çox dövlətlərdə məhs inzibati resursun hesabına rəhbərlər onilliklərlə hakimiyyəti öz əllərində saxlayırlar.

Ancaq dıgər tərəfdən, bir çox postsovet ölkələrindən fərqli olaraq, Azərbaycanın daha güclü inkişafı üçün yalnız böyük iqtisadi deyil, həm də, inanmaq istəyərdik ki, geniş siyasi imkanları var. Yaxın qonşularla müqayisədə, ölkənin iqtisadi artım templəri yüksəkdir ki, bu, siyasi məqsədlər ücün də istifadə oluna bilər və mütləq olunmalıdır da. Lakin əgər seçkilərdən sonra əhalinin əksər hissəsi yeni seçilmiş prezidentin hakimiyyətini kifayət qədər leqitim hesab etməzsə, mövcud potensialdan səmərəli istifadə etmək, onu reallaşdırmaq böyük ehtimalla mümkün olmayacaq.

Çünki hakimiyyət dövlətin potensialını və gücünü ölkənin davamlı inkişafına yönəltmək əvəzinə, öz leqitimliyini “sübut etməyə” sərf edəcək. Əlbəttə, hadisələrin dinc yolla inkişafı şəraitində...

Etirazların küçələrə dövr etdiyi və bunun yalnız müxalifət tərəfindən deyil, həm də ölkədə qüvvələr balansının pozulmasında maraqlı olan digər şəxslər tərəfindən bir qədər də qızışdırıldığı halda isə hadisələri nəzarət altına almaq ücün daha ciddi səy və böyük vəsait sərf etmək lazım olacaq. Hətta bu zaman güc tətbiq etmək zərurəti də yarana bilər ki, bu da mövcud hakimiyyət üçün son dərəcə təhlükəlidir.
Aydındır ki, hazırda İlham Əliyev üçün prioritet məsələ mümkün siyasi riskləri minimuma endirməkdir. Ancaq Azərbaycanda seçki ərəfəsində belə imkanların sayı o qədər də çox deyil.

Birincisi addım: seçkilərdə inzibati resursdan istifadəni minimuma endirmək. Amma bu halda İlham Əliyev kifayət qədər səs toplamaya bilər.

Ikincisi, bütün namizədlərin, o cümlədən müxalifətdən olan namizəd(lər)in seçkidə iştirakı üçün bərabər şərtlər yaratmaq. Lakin hakimiyyətin mövcud siyasəti, atdığı addımlar hələlik bunun əksinı göstəririr. Buna konkret misal olaraq “Respublikaçı Alternativ” (REAL) hərəkatının sədri İlqar Məmmədovun həbsdə saxlanılmasını, Milli Şuranın vahid namizədi Rüstəm İbrahimbəyovun seçkiyə buraxılacağına inamın olmamasını göstərmək olar. Təsadüfi deyil ki, Müsavat Partiyasının lideri İsa Qəmbər müxalifət tərəfindən yalnız bir namizədin irəli sürülməsini təhlükəli hesab edir. Çünki düşünür ki, bu halda müxalifət, ümumiyyətlə, seçkilərə heç buraxılmaya bilər.
Və, nəhayət, bizim fikrimizcə, hakimiyyət üçün ən ağrısız və ən effektiv başqa bir yol da var – bu seçkidə hakimiyyətin prezidentliyə namizədini dəyişmək! Artıq Azərbaycanda bir neçə partiya yeni şəxsin prezidentliyə namizədliyinin irəli sürülməsi təşəbbüsü ilə çıxış ediblər. Bu, Mehriban xanım Əliyevadır.

Hansı amillər Mehriban xanım Əliyevanın namizədliyinin “lehinə” çıxış edir?

Birincisi, Mehriban Əliyevanın prezidentliyə namizədliyi praktiki olaraq cəmiyyətin bütün təbəqələrinin maraqlarına cavab verir. Onun fəalliyyəti hamıya yaxşı məlumdur və xalqda mənfi emosiyalar yaratmır. Buna görə də, onun seckidə qələbəyə ciddi şansları var.
İkincisi, o daxildəki vəziyyətin nə qədər gərgin olduğunu dərk edir. Eyni zamanda Azərbaycan elitası daxilində gedən klanlararası mübarizədən xəbərdardır. Lakin bu klanların heç biri qarşısında birbaşa öhdəliyi olmadığından, o həm ölkə daxilində, həm də xaricdə ölçülmüş və praqmatik siyasət aparmağa qadirdir. Hansı kı, bu, indiki zamanda ölkə üçün çox vacibdir.
Üçüncüsü, Mehriban Əliyevanı ictimai-siyasi xadim kimi Avropada, ABŞ-da, eləcə də Rusiyada yaxşı tanıyırlar və onun namizədliyi nəhəng qlobal oyunçuların hec birinini narazılığına səbəb olmur.

Bəs, Mehriban xanım Əliyevanın namizədliyinin “əleyhinə” cıxış edən arqumentlər hansılardır?

Əvvala o, hakim klanı təmsil edir. Həmçinin belə bir fikir də mövcuddur ki, son illər real idarəçilik Mehriban xanım Əliyevanın əlində olub, lakin ölkədəki problemlər daha da artıb. Ancaq hesab edirəm ki, bu o qədər də düzgün fikir deyil. Mehriban xanım Əliyevanın hətta indiki prezidentin mövqeyinə təsir etmək imkanı olsa belə, bu çox məhdud xarakter daşıyıb. Çünki o, ciddi surətdə həyat yoldaşının öhdəlikləriylə əhatə olunub və bu öhdəliklərə görə sərbəst fəaliyyət göstərə bilməzdi.

Nəhayət, çoxları deyir ki, qadın prezident Azərbaycan üçün qəbuledilməzdir. Bizim fikrimizcə, bu arqument heç bir tənqidə davam gətirmir. Çünki bir tərəfdən, dünyada çoxlu bu kimi nümunələr var. Digər tərəfdən isə, bəlkə də məhz ona - Mehriban xanıma bir qadın-ana kimi Azərbaycanın köhnəlmiş və ən ağrılı Qarabağ problemini həqiqətdə yeni variantlar təklif etməklə həll etmək nəsib olacaq.

Fikrimizcə, Azərbaycan hakimiyyəti cox ciddi düşünərək optimal qərar qəbul etməlidir. Məhz indi Azərbaycanın həm siyasi, həm də iqtisadi baxımdan yeni - daha yüksək səviyyəyə çıxmağa real şansı var. Və bu şans qarşıdan gələn seçkidə prezidentliyə Mehriban Əliyevanın namizədliyinin irəli sürülməsi ilə bağlıdır. Hansı ki, o, seckidə inzibati resurssuz əsaslı qələbə əldə edə bilmək imkanına malıkdir. Bu xalqın seçimi olacaq, bu leqitim prezident olacaq, bu irəliyə ciddi sıçrayış olacaq. Nəhayət, bu ölkədə sosial qarışıqlıq və ciddi itkilər olmadan optimal nəticələr əldə etmək üçün unikal imkandır..
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Söyün Sadıqov Azərbaycan jurnalistlərinə ev tikir

    Söyün Sadıqov Azərbaycan jurnalistlərinə ev tikir ...

    22-07-2013, 15:14

  • 
  • “Söyün Sadıqov bazar adamıdır”

    “Söyün Sadıqov bazar adamıdır” ...

    28-06-2013, 15:47

  • 
  • Mehriban Əliyevanın prezidentliyə namizədliyi irəli sürüldü (VİDEO, Yenilənib)

    Mehriban Əliyevanın prezidentliyə namizədliyi ...

    22-06-2013, 22:53

  • 
  • YAP İlham Əliyevin seçki sənədlərini MSK-ya təqdim etməyə hazırlaşır

    YAP İlham Əliyevin seçki sənədlərini MSK-ya ...

    5-08-2013, 19:29

  • 
  • Söyün Sadıqovdan sünni-şiə açıqlaması

    Söyün Sadıqovdan sünni-şiə açıqlaması ...

    16-11-2013, 17:13


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu