Mehriban Vəzir : “Onun Vətən və millət heysiyyəti yoxdursa, biz bu insandan nə istəyirik?!”
“Ziyalı başqa mərtəbədir. Rüstəm İbrahimbəyov tanınmış yazıçıdır. Ziyalı olmaq nəbzin vətən, xalq və cəmiyyətlə birgə vurması deməkdir. Bir yazıçı hesab edə bilər ki, o, ermənilərlə işləyə və sülh tərəfdarı ola bilər. O qəbul edir ki, xalqlar arasında dostluq əlaqələri vacibdir. “Onsuz da müharibə bitəcək, sonda yoldaşlıq və qonşuluq qalacaq. Onda bizi başa düşəcəklər" kimi düşünən insanlar var. Elə insanlar da var ki, düşmənlə müştərək layihələrdə iştirak etməyi heysiyyətinə sığışdırmır. Hətta bilsə ki, bunun müqabilində böyük mükafatlar alacaq, şöhrət qazanacaq, ömründə bu işə əl uzatmaz. Çünki o insanda milli heysiyyət yaşayır. Onun gözünün qarşısında erməninin və rusun birgə fəaliyyəti nəticəsində məhv olmuş Xocalı və vəhşicəsinə qətlə yetirilmiş 30 min Azərbaycan insanı, Azərbaycan torpaqlarında qurulmuş Ermənistan var. Belə insanlar vətəninin bu halını öz ruhunda, əxlaqında və mənəviyyatında yaşayır. Bu hissləri yaşamayan insanı onda olmayan xüsusiyyətlərə görə qınamaq olmaz”.
Bu fikirlər Milli Şuranın üzvü, yazıçı-publisist, İctimai Palata Koordinasiya Şurasının üzvü Mehriban Vəzirə məxsusdur. Xatırladaq ki, o, bu sözləri 2008-ci ildə “Yeni Müsavat”a verdiyi müsahibəsində qurumun hazırkı sədri, prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyov haqqında demişdi. Mehriban Vəzir daha sonra bildirmişdi:
“Mən Rüstəm İbrahimbəyovu heç qınamıram. Onun Vətən və millət heysiyyəti yoxdursa, biz bu insandan nə istəyirik?! Ona görə də düşünürəm ki, İbrahimbəyov kimi insanlar ermənilərlə işbirliyinə gedər. Elə insanlara ancaq belə fəaliyyət yaraşır".
P.S. Bütün bunlara hər hansı şərh verməyə ehtiyac görmürük. Ancaq bir məsələni bilmək maraqlı olardı: görəsən, Rüstəm İbrahimbəyov dəyişilib, yoxsa Mehriban Vəzirin düşüncələri?!
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?