GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Rüstəm İbrahimbəyov: “Mən indi müharibədən danışmaq istəmirəm”

Rüstəm İbrahimbəyov: “Mən indi müharibədən danışmaq istəmirəm”

Tarix: 8-07-2013, 13:41 Bölmə :Siyasət Baxış: 778
Rüstəm İbrahimbəyov: “Mən indi müharibədən danışmaq istəmirəm”
"Sona qədər namizədliyimin qeydə alınması üçün mübarizə aparacağıq"
Milli Şuranın prezidentliyə namizədi Rüstəm İbrahimbəyov «Kavkazskaə politika»ya müsahibə verib. AzNews.az-ın məlumatına görə, müsahibədə Milli Şuranın yaranmasından danışan R.İbrahimbəyov tarixə nəzər salıb: “Milli Şura müxtəlif düşüncəli insanların birləşməsidir. Burada Xalq Cəbhəsi və Müsavat Partiyası var. Onlar hələ 1980-ci illərin sonu 1990-ci illərin əvvəllərində mövcud idilər. Mübarizələrinin ilk dövründən etibarən bu ictimai fəallar hakimiyyət tərəfindən təqiblərə məruz qalırdılar. Onlara hətta ötən əsrin 80-ci illərini sonunda Kamran Bağırovun rəhbərliyi zamani təzyiqlər olunurdu.

Mən ziyalılara ilk məktubumu yazanda bildirmişdim ki, bu insanların tarixi xidməti ondan ibarət oldu ki, onlar Qarabağ probleminin ədalətli həllinə nail olmaq üçün küçələrə yüz minlərlə insan çıxartdılar. O zamana qədər həmin insanlar kölə psixologiyasına idilər.r

Mən o zaman müxalifət liderləri ilə Bağırov istisna olmaqla, Kommunist Partiyası rəhbərlərinin görüşünü təşkil etdim. Bu görüşdə İsa Qəmbər də iştirak edirdi. Əli Kərimli onda çox gənc idi və o görüşdə iştirak etmirdi. Mən hakimiyyəti ictimai fəallarla dialoqa çağırdım. Daha sonra bu uşaqlar hakimiyyətə gəldilər. Ancaq onlar ölkəni yaxşı idarə edə bilmədilər. Mən onlarla yaxşı münasibətdə idim, ancaq onların bəzi hərəkətlərini təqdir etmirdim. Ancaq o zaman indi olmayan söz azadlığı vardı. Mən o zaman Vaqif Hüseynovun həbsi ilə bağlı bir məqalə yazdım. O, Azərbaycanda KQB - nin rəhbəri olmuşdu. Məqalədə açıq şəkildə bildirdim ki, onun həbsinin əleyhinəyəm. Başqa problemlər də vardı. Məsələn, Konservatoriyaya insanlar gəlib deyirdilər ki, Baxın yaxud Bethovenin portretini götürmək lazımdır. Ancaq yenə vurğulayıram ki, o zaman söz azadlığı vardı”.

Bakıda son zamanlar baş verən proseslərə də nəzər salan R.İbrahimbəyov şəhərin görünüşünün tamamilə dəyişdiyini və ənənələrin məhv olduğunu bildirib: “Bakının tarixi mozaikası dəyişdirilib. Mən bölgələrdən gələnlərin əleyhinə deyiləm, ancaq 2 milyon insan paytaxta gələrsə bu, artıq təkcə bazar deyil, həm də demoqrafik fəlakətdir. Axı bu insanlar Bakının ənənələrini bilmirlər. Bunu söylədiyim zaman məni guya Bakıdan ermənilərin getməsinə və onların yerinə bölgələrdən adamların gəlməsinə təəssüf etməkdə günahlandırdılar. Mən deyirdim ki, erməni xalqı bizim düşmənimiz deyil, bizim düşmənimiz Azərbaycana qarşı işğalçılıq siyasəti aparan və torpaqlarımızı işğal edən Ermənistan rəhbərliyidir. Buna görə də problemi sülh yolu ilə həll etmək lazımdır. Yuxarıda söylədiklərim mənə qarşı hücumlara start verdi. O zaman məni çoxları müdafiə etdi. Mən Ziyalılar Forumunu yaratdım, ancaq hakimiyyət bizi qəbul etmədi. Daha sonra Milli Şura ideyası meydana gəldi”.

Mərkəzi Seçki Komissiyasının onun namizədliyini qeydə almayacağı təqdirdə alternativ namizədi dəstəkləyəcəyi ilə bağlı sualı da cavablandıran R.İbrahimbəyov bildirib ki, alternativ namizəd yoxdur: “Milli Şura mənim namizədliyimi verib. Buna görə də sona qədər namizədliyimin qeydə alınması üçün mübarizə aparacağıq. Burada problem mənim ikili vətəndaşlığımla bağlı ola bilərdi. Mən Azərbaycan və Rusiya vətəndaşı idim. Buna görə də mən Rusiya vətəndaşlığından imtina etdim. Bundan başqa mənə 40 rayonda 40 min imza toplamaq lazımdır. Əlbəttə çox insan imzasını verəcək, ancaq bu imzaların bəzisi saxta ola bilər. Başqa sözlə, təyin olunmuş hansısa adamlar imzalarını verə və sonra namizədliyimin qeydə alınmaması üçün imzalarını geri götürə bilərlər. Biz buna yol verməməyə çalışacağıq”.

R.İbrahimbəyov Milli Şura üzvlərinin ikinci bir namizədə razılıq verəcəyinə inanmadığını bildirib. Bununla belə, o deyib ki, başqa partiyalar öz namizədləri ilə seçkiyə qatıla bilər: “Bu təbiidir”.

R.İbrahimbəyov prezident seçkilərində qalib gələcəyi təqdirdə dövlət məmurlarının hamısının vəzifədən uzaqlaşdırılmayacağını, orta rütbəli məmurların vəzifədə qalacağını vurğulayıb.

Hakimiyyətə gələcəyi təqdirdə, Rusiya ilə münasibətlərin necə qurulacağından danışan İbrahimbəyov gözlənilməz şəkildə bu ölkəni ittiham edib: “Rusiya Azərbaycanda insan hüquqlarının pozulmasına susur, ancaq Amerika bu barədə açıq danışır. Amerika Dövlət Departamentində görüş zamanı mənə bildirdilər ki, tərəflərdən heç birini dəstəkləmirlər. Ölkədə demokratiyanın inkişafında maraqlıdırlar. Əgər Rusiya da belə bir mövqe ortaya qoyarsa, Azərbaycanın taleyi xalqımız tərəfindən həll olunacaq. Biz bu seçkini udacağıq. Buna heç bir şübhə yoxdur. Ancaq seçkinin saxtalaşdırılacağına da şübhə yoxdur. Dünya birliyi buna “yox” deməlidir”.

Qarabağ probleminin həlli ilə bağlı da fikrilərini bölüşən R.İbrahimbəyov sülhün tərəfdarı olduğunu bəyan edib: “Lazım olsa, döyüşə də başlayaram. Ancaq sülhün tərəfdarıyam. Mən indi müharibədən danışmaq istəmirəm. Ona görə ki, mən müvəqqəti adamam. Bu problemin həlli yoluna yeni seçiləcək parlament qərar verəcək. Biz Qarabağı verə bilmərik, ancaq ermənilərə demokratiyaya, korrupsiyanın olmayacağına, azərbaycanlılarla eyni hüquqlarının olacağına zəmanət verməliyik”.

Milli Şura sədri deyib ki, Qarabağ təkcə torpaq deyil: “Məsələ burdadır ki, Qarabağ təkcə torpaq deyil, həm də regionun erməni əhalisidir. Biz o torpağı ancaq həmin əhali ilə birlikdə qaytara bilərik. Ermənilər anlayışlı xalqdır. Onlar bizi başa düşəcəklər”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rüstəm İbrahimbəyov müxalifətin lideri və vahid namizədi oldu

    Rüstəm İbrahimbəyov müxalifətin lideri və vahid ...

    2-07-2013, 13:25

  • 
  • Rüstəm İbrahimbəyov Milli Şura ilə bağlı məktubu

    Rüstəm İbrahimbəyov Milli Şura ilə bağlı məktubu ...

    29-05-2013, 01:39

  • 
  • Cəmil Həsənli Milli Şuranın sədri seçildi – fəxri sədr isə İbrahimbəyov oldu - Yenilənib

    Cəmil Həsənli Milli Şuranın sədri seçildi – fəxri ...

    3-12-2013, 22:36

  • 
  • “Lalə Şövkətlə Rüstəm İbrahimbəyov 60-70-ci illərdən tanışdırlar”

    “Lalə Şövkətlə Rüstəm İbrahimbəyov 60-70-ci ...

    20-06-2013, 15:02

  • 
  • YAP Rüstəm İbrahimbəyovun prezidentliyə namizəd olmasına MÜNASİBƏT bildirdi

    YAP Rüstəm İbrahimbəyovun prezidentliyə namizəd ...

    2-07-2013, 14:49


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu