Bu günlərdə Gündemxeber.az saytının elektron poçtuna hər kəsin marağına və təəccübünə səbəb ola biləcək problemlə bağlı, Ucar şəhəri, Heydər Əliyev prospekti ev-99, mənzil-1 ünvanda yaşayan Hüseynov Namiq Inqilab oğlu tərəfindən şikayət ərizəsi daxil olub. Adı çəkilən şəxs yazmış olduğu ərizəsində qeyd edir:
“Bir neçə il bundan əvvəl dövlət vəsaiti hesabına Ucar şəhərinə yeni su xətti çəkiləndə, bizim sevincimizin həddi-hüdudu yox idi. Orta Asiya xalqlarında belə bir zərb-məsəl var: “Su yoxdursa, deməli həyat da yoxdur”. Onu da bildirim ki, Ucar şəhərin 24 saat fasiləsiz su ilə təmin olunması dövlət tərəfindən sakinlərə verilmiş ən böyük hədiyyə idi. Buna baxmayaraq, bir müddət bundan əvvəldən başlayaraq Ucar şəhəri, Heydər Əliyev pospektində yerləşən mənzillərə suyun verilməsində fasilələr əmələ gəlməyə başladı. Mən bununla bağlı "Azərsu" ASC-nin Ucar Sukanal İdarəsinə telefonla zəng edib əlaqə saxladım. İdarədən telefon zəngimə cavab verən operator bildirdi ki, “yəqin filtir tutulub. Əməkdaşlarımızı göndərərik baxarlar”. iki gündən sonra Ucar Sukanal İdarəsindən gələn Elşən adlı əməkdaş mənzilimə görüşdü və su sayğacının daşını çıxarıb ona baxdı və işlək vəziyyətdə olduğunu da bildirdi. Mən problemin sayğacda deyil, əraziyə verilən suyun zəif olduğunu bildirdim, o halda Elşən mənə “sənə mən su verənəm, get başına çarə qıl" dedi. Mən onun bu sözünə etiraz edib şikayət edəcəyimi bildirdikdə, o, mənə "get İlham Əliyevə, Putinə, kimə istəyirsən get şikayət et" dedi. Mən "Azərsu" ASC-nin Ucar Sukanal İdarəsinə zəng edib təkrar şikayətimi bildirdim. İdarənin qəza xidmətinin Nurlan adlı rəhbərinin cavabını eşidəndə dəhşətə gəldim. Qəza xidmətinin rəhbəri haqlı şikayətimin həll olunması əvəzinə mənə dedi". Sizin ünvanınıza su saatla veriləcək. Ona görə də problem əmələ gəlirsə çən tikdir, su verilən vaxtı çənini doldur. Su olmayan vaxtı çənindəki sudan istifadə et". Mən onun bu cavabına etiraz edərək bildirdim ki, suyun əvvəlcə pulun ödəmişəm. Niyə suyumuzu saatla verirsiniz? Onun cavabı bu oldu ki, " bu müdirin tapşırığıdır, subh namazından sonra günorta və axşam saat yeddidən sonra iki saat su verilməlidir. Bir sənə görə rejim dəyişməliyik? Dövlətin milyonlarla vəsaiti xərclənib ki, Ucar şəhərinin sakinləri içməli su ilə aramsız təmin olunsunlar. Köhnə xətt olan zamanı su fasilə ilə verilsə də, suyun kəsilməsi sutkanın az müddətində olurdu. Fikirləsirdik ki, su xətti köhnədir və 40-50 il əvvəl çəkilib. Ötən illər ərzində sakinlərin sayı artıb. Ona görə də dözürdük. Bilirdik ki, dövlət bizim bu problemimizi həll edəcək. Yeni su xəttinin çəkildiyi beş-altı ildir. Bu qısa zaman ərzində yaşadığımız ərazidə sakinlərin sayı bu qədərmi artıb ki, yenidən bizə suyu fasilə ilə verirlər? Axı dövlət proqramı qəbul olunub həyata keçiriləndə belə hallar nəzərə alınmalıdır. Niyə biz pulumuz əvvəlcədən ödədiyimiz halda bizə su fasilə ilə verilməlidir? Yeni su xətti çəkiləndə hər bir abonentlə müqavilə bağlanır. Bu müqaviləyə əsasən "Azərsu" ASC abonentlərə fasiləsiz su verilməsi öhdəliyini üzərinə götürüb. Ölkəmiz inkişaf etdiyi bir zamanda Ucar rayon Sukanal Idarəsi bir əsri geri qayıdır. Keçən əsrin axırlarında olduğu kimi abonentlərə deyirlər çən tikdirin. O zaman Sovet imperiyasının son dövrləri idi. Ölkədə böhran və qarışıqlıq var idi.
Vəzifəli şəxslər bundan istifadə edib tutduqları vəzifədən öz mənafeləri üçün istifadə edirdilər. Bu gün Ucar Sukanal İdarəsinin qəza xidmətinin rəhbəri Nurlan kimi vəzifəli şəxslərdə eyni yolu gedirlər. Cənab Prezident çıxışlarında məmurların vətəndaşara qarşı özbaşınalıqlarına son qoymalarına, həmin məmurların vətəndaşlara xidmət etməyə borclu olduqlarını dəfələrlə qeyd edib. Lakin Ucar rayon Sukanal İdarəsi bu hərəkəti ilə ölkə rəhbərinin tapşırıqlarını qulaqardına vurur və bizim hüquqlarımızı da pozur. Ona görə də sizdən xahiş edirəm Ucar rayon Sukanal İdarəsinin biz sakinlərə etdiyi bu qanunsuzluqların araşdırılması üçün bizə öz köməkliyinizi göstərəsiniz”.
Sorğu
Yeni dizaynımız necədir?