AXCP –dən olan “vicdan məhbusu” İlqar Rzayev həbsxanada 3 gün aclıq etdikdən sonra “kars”a salınıb. Verilən məlumata görə İlqar Rzayevin vəziyyəti pisləşib. Aclıq etməyinin səbəbi isə, Amnistiya düşüdüyü halda, hələ də azadlığa buraxılmamasıdır. İlqar Rzayev hal –hazırda 14 sayli cəzaçəkmə Müəssisəsində saxlanılır. Qeyd edək ki, İlqar Rzayev mayın 11-də tutulub. Nərimanov Rayon Məhkəməsi onu Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə təqsirli bilərək məhkum edib.
Sorğu
Yeni dizaynımız necədir?