Ötən ilin mayında həbs olunan İlqar Rzayev bu dəqiqələrdə azadlığa buraxılıb. Məlumatı İlqar Rzayevin qardaşı Əlirza Muxtarlı verib. Ə.Muxtarlı bildirib ki, bu ilin mayın 7-də Milli Məclisdə qəbul olunmuş "Amnistiya Aktı haqqında" qanunun tətbiqi ilə əlaqədar İlqar Rzayev azadlığa çıxıb. "Mənə zəng edib, bildirdilər ki, qardaşın azadlığa çıxır, onu qarşılaya bilərsən. Hal-hazırda qardaşımın saxlanıldığı cəzaçəkmə müəssisəsinin qarşısına gedirəm", - deyə Ə.Muxtarlı bildirib. Xatırladaq ki, 2012-ci ilin avqust ayında Nərimanov Rayon Məhkəməsinin “qanunsuz olaraq narkotik maddə saxlamaq” qərarı ilə İ.Rzayevə iki il həbs cəzası verilmişdi.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?