GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Mossad” zabiti Bakıda keçirdiyi əməliyyatdan danışdı

“Mossad” zabiti Bakıda keçirdiyi əməliyyatdan danışdı

Tarix: 22-10-2013, 13:34 Bölmə :Ölkə Baxış: 630
 “Mossad” zabiti Bakıda keçirdiyi əməliyyatdan danışdı

“İnformasiya aldıq ki, Amerika səfirliyinə hücum edənlərdən üçü Azərbaycanda gizlənir...”

İsrailin kəşfiyyat xidməti “Mossad”ın keçmiş yüksək rütbəli zabiti Bakıda “əl-Qaidə”nin yüksək ranqlı mənsublarının yaxalanması üçün keçirilmiş məxfi əməliyyatda iştirakından danışıb.

Virtualaz.org xarici qaynaqlara istinadən xəbər verir ki, “Mossad”ın ən peşəkar və xarici ölkələrdə məxfi əməliyyatlar üzrə ixtisaslaşmış zabiti olan Maykl Ross həmin şəxslərin Keniyada Amerika səfirliyinə hücum həyata keçirən qrupun üzvləri olduğunu deyib.

M.Ross “mixednews” portalına müsahibəsində İranın kibertəhlükəsizlik üzrə xüsusi təyinatlı qüvvələrinin komandanı Mojtaba Əhmədinin bu günlərdə öldürülməsi əməliyyatında “Mossad”ın mümkün rolundan bəhs edib.

Keçmiş kəşfiyyat zabiti deyib ki, “Mossad”ın bu əməliyyatı təkbaşına həyata keçirəcəyinə şübhə edir. Onun sözlərinə görə, çox güman ki, M.Əhmədinin öldürülməsi əməliyyatında İsrail kəşfiyyatına İran daxilində fəaliyyət göstərən qrup kömək edib.

M.Ross deyib ki, bu cür əməliyyatları həyata keçirmək üçün iki yol var: “Ya siz ora öz adamlarınızı göndərməlisiniz ki, bu da olduqca təhlükəlidir. Xüsusən İranda. Ya da siz yerli uşaqlardan bir neçəsini ələ ala və onlara həmin vəzifənin yerinə yetirilməsini həvalə edə bilərsiniz. Bunun üçün onları qonşu ölkəyə aparmaq, orada təlim keçmək, öldürməyi, sabotaj təşkil etməyi, bir sözlə, nə lazımdırsa, onu öyrətmək lazımdır”.

Keçmiş kəşfiyyat zabitinin sözlərinə görə, İranın nüvə alimlərinin öldürülməsi əməliyyatında “Mossad”ın iştirakını mümkün sayır. Lakin o, hesab edir ki, bu əməliyyatlarda da İsrail kəşfiyyatına İran daxilindəki qrupların dəstəyi lazım idi.

M.Ross bildirir ki, İranda belə dəstəyi “Xalq mücahidləri” qruplaşmasının üzvləri verə bilər. Bu qruplaşma Tehran rejiminə qarşı müxalifətdədir.

M.Ross xarici kəşfiyyatların, o cümlədən “Mossad”ın öz agentlərini başqa ölkəyə yeritmək üçün istifadə etdiyi metoddan da danışıb. Bildirib ki, agentin sərhədi keçərkən şübhə doğurmaması üçün hələ XVI əsrdə, İngiltərədə kəşfiyyat və əks-kəşfiyyatının rəisi olan, Məxfi Şuranın (mason lojasının) üzvü, ser Frensis Uolsinqemin metodundan istifadə olunur.

“Sərhədi başqa adamın adı altında keçmək xarici kəşfiyyatın əsas iş metodudur. Mənə məlumdur ki, kəşfiyyat xidmətləri İranın nüvə proqramına mane olmaq üçün mümkün olanı edir” - deyə o bildirib.

M.Ross bir neçə gün əvvəl Liviyada yaxalanan yüksək ranqlı “əl-Qaidə” mənsubu Anas əl-Libi haqda da danışıb. Bildirib ki, o, 1998-ci ilin avqustunda Keniyanın paytaxtı Nayrobidə Amerika səfirliyinə hücumu təşkil edənlərdən biridir.

M.Ross bu hücumun araşdırılmasında iştirak etdiyini deyib: “Bəli, mən bu iş üzərində Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşları ilə birlikdə işləmişəm. Biz bu terror aktında iştirak edənlərdən üçünü müəyyən edə bildik. Ona görə də əl-Libinin yaxalanması mənim üçün mühüm hadisə oldu. Bizim təsbit etdiyimiz həmin üç şəxs Misirin o vaxt yeni baş qaldıran cihad hərəkatının liderləri idi. Biz informasiya aldıq ki, həmin şəxslər Azərbaycanda gizlənir və onların Bakıda yaxalanması üçün Mərkəzi Kəşfiyyat İdarəsindən olan uşaqlarla birlikdə Bakıya yollandıq” - deyə Ross bildirib.

Keçmiş “Mossad” zabiti Bakıda kimləri yaxaladığını dəqiq deməyib. Lakin belə görünür ki, söhbət “əl-Qaidə” lideri, misirli Ayman əs-Zəvahirinin Bakıda yaxalanan üç yaxın adamından gedir. Bu əməliyyat barədə vaxtilə Qərb mətbuatı da yazıb.

Qeyd edək ki, M.Rossun haqqında danışdığı həmin “əl-Qaidə”çilər Bakıdakı “Abşeron” otelində (indiki “JW Marriott Absheron” oteli) yatdıqları yerdəcə yaxalanmışdılar. Onların hətta ayaqqabıları da otel otağında qalmışdı.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Turqut Özalın ölümündə MOSSAD-ın izləri

    Turqut Özalın ölümündə MOSSAD-ın izləri ...

    30-11-2012, 21:57

  • 
  • İran zabiti ABŞ-ın Bakıdakı səfirliyinə girib kəşfiyyatçıya nə danışdı...

    İran zabiti ABŞ-ın Bakıdakı səfirliyinə girib ...

    8-05-2014, 10:57

  • 
  • “Mossad” Lənkərandan İranı "vuracaq"?

    “Mossad” Lənkərandan İranı "vuracaq"? ...

    22-07-2013, 15:11

  • 
  • Hakimiyyət MOSSAD-dan kömək istədi

    Hakimiyyət MOSSAD-dan kömək istədi ...

    18-12-2012, 12:27

  • 
  • Britaniya komandosunun Azərbaycanda məxfi əməliyyatı üzə çıxdı

    Britaniya komandosunun Azərbaycanda məxfi ...

    20-10-2013, 23:37


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu