GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Hacı İbrahim Nehrəmlinin qanun üzərində hökmranlığı

Hacı İbrahim Nehrəmlinin qanun üzərində hökmranlığı

Tarix: 14-08-2013, 18:11 Bölmə :Manşet Baxış: 2 786
Hacı İbrahim Nehrəmlinin qanun üzərində hökmranlığı
İş adamının xeyrinə Bakı şəhər Nəsimi Rayon Məhkəməsində ədalətsiz qətnamə çıxarılıb

"AVESTA"konserninə daxil olan "Həsən - 96" MTK-a ilə heç bir iş birliyi olmayan şəxsi günahlandıraraq onun 355 000 manat vəsaitini mənimsəyən Hacı İbrahim Nehrəmli onu məhkəməyə verərək, öz nüfuzundan istifadə edib Bakı şəhər Nəsimi Rayon Məhkəməsində saxta qətnamə çıxarmışdır. Bu sözləri E.Məmmədov redaksiyamızın elektron poçtuna ünvanladığı məktubda bildirmişdir.
Elşad Məmmədov "AVESTA" konserninə daxil olan "Həsən - 96" Mənzil Tikinti Kooperativi tərəfindən Nəsimi rayonu , Abay döngəsi , 360-cı məhəllədə inşa olunmuş çoxmərtəbəli binanın 13-cü mərtəbəsində 51 və 52 saylı iki mənzilin satın alınması barədə şirkətlə müqavilə baglayıb . Mənzillərin qiyməti isə müvafiq olaraq 252 və 103 min manat məbləğində müəyyənləşdirilib .
Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin hakimi Səyyad Qafarinin çıxardığı saxta qətnaməni olduğu kimi dərc edirik. İddiaçılar " Avesta Konsern" və "Həsən-96"MTK-nın cavabdehlər Muxtarov Kənan Əlibala oğlu və qeyrisinə qarşı müqavilələrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 19 noyabr 2012-ci il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi.
İddiaçılar " Avesta Konsern" və "Həsən-96"MTK cavabdehlər Muxtarov Kənan Əlibala oğlu və qeyrisinə qarşı müqavilələrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, " Avesta Konserni" və fiziki şəxs Muxtarov Kənan Əlibala oğlu və onun qeyri- rəsmi ortağı Sadıxov Orxan Akif oğlu arasında Baki-Salyan yolunun 27-29-cu kilometrliyində yerləşən " Xəzər adaları " ("Yeni şəhər") kompleksinin ərazisində inşa edilən "Skar" restoranının vitraj və pəncərə sisteminin 4(dörd) ay ərzində qurulması üçün 01 fevral 2012-ci il tarixli 09 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin smeta dəyəri 550000 (beş yüz əlli min) ABŞ dolları müəyyən olunmuş və qeyd edilən vəsaitin əvəzinə isə "Avesta Konserni" qarşılıqlı razılaşma yolu ilə (01 fevral 2012-ci il tarixli 09 saylı müqaviləyə əlavəyə əsasən) "Həsən-96"MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında inşa edilən 01 saylı yaşayış binasının 13-cü mərtəbəsində 51 və 52 saylı mənzilləri K. Ə. Muxtarovla O. A. Sadıxovun nümayəndəsi kimi təqdim etmiş Məmmədov Elşad Tofiq oğlunun adına rəsmiləşdirilməsini öz üzərinə götürmüşdür. "Həsən-96"MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında inşa edilən 01 saylı yaşayış binasının 13- cü mərtəbəsində 51 saylı mənzil E. T. Məmmədovun adına rəsmiləşdirilsə də K. Ə. Muxtarovun və O.A. Sadıxovun tələbi əsasında digər 52 saylı mənzili Fiqarov Vüqar İsmət oğlunun adına rəsmiləşdirilmiş və onlara edilən etibardan sui- istifadə edərək qeyd edilən mənzillərə dair tam ödəniş barədə kassa mədaxil orderi yazdıraraq almışdır. Lakin bir müddət keçdikdən sonra məlum olmuşdur ki, K.Ə. Muxtarovla O.A. Sadıxov 01 fevral 2012-ci il tarixli 09 saylı müqavilə ilə üzərinə götürdükləri öhdəlikləri yerinə yetirmirlər və yerinə yetirilməsindən imtina edərək ümumiyyətlə "Skat" restoranında heç bir təmir işləri aparmamışlar. Bununla da K.Ə. Muxtarov və O.A. Sadıxov "Avesta Konserni" ilə aralarında olan öhdəlikləri yerinə yetirməyərək iddiaçıların etibarından sui - istifadə edərək mənimsənilən 01 fevral 2012-ci il tarixli 09 saylı müqavilənin smeta dəyəri olaraq onlara verilmiş "Həsən-96"MTK -ya məxsus mənzillərin digər cavabdehlərlə birlikdə geri qaytarmaqdan imtina edirlər və külli miqdarda vəsait mənimsəmiş olurlar. Bundan əlavə sonradan məlum olmuşdur ki, Məmmədov Elşad Tofiq oğlu heç də işçi deyil, K.Ə.Muxtarovla O.A. Sadıxov ondan faizlə pul aldığından onu öz nümayəndələri qismində təqdim edib mənzilləri onun adına rəsmiləşdirilməsini istəmişlər. Qeyd edilməlidir ki, K.Ə.Muxtarovla O.A. Sadıxov T. E. Məmmədovdan aldıqları pulu artıqlaması ilə qaytarmışlar. Lakin faizlə borc aldıqları məbləğdən əlavə olaraq onlara yenidən pul lazım olduğundan mənzilin birinin müqaviləsini Fiqarov Vüqar İsmət oğlundan pul vəsaiti alaraq onun adına rəsmiləşdirmişlər. Göstərilənləri nəzərə alaraq Baki-Salyan yolunun 27-29-cu kilometrliyində yerləşən " Xəzər Adaları " ("Yeni Şəhər") kompleksinin ərazisində inşa edilən "Skat" restoranının vitraj və pəncərə sisteminin qurulması üçün 01 fevral 2012-ci il tarixli 09 saylı müqavilə üzrə cavabdehlər Muxtarov Kənan Əlibala oğlu və Sadıxov Orxan Akif oğlu tərəfindən üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmədikləri üçün "Həsən-96"MTK ilə Məmmədov Elşad Tofiq oğlu arasında Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında inşa edilən 01 saylı yaşayış binasının 13- cü mərtəbəsində yerləşən 51 saylı mənzilin alqı-satqısına dair 01 fevral 2012-ci il tarixli və Fiqarov Vüqar İsmət oğlu arasında Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında inşa edilən 01 saylı yaşayış binasının 13- cü mərtəbəsində yerləşən 52 saylı mənzilin alqı-satqısına dair 20 fevral 2012-ci il tarixli müqavilələrin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh Fiqarov Vüqar İsmət oğlu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkun hesab etmişdir.Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh Məmmədov Elşad Tofiq oğlu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. məhkəmə işə onun oştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh Sadıxov Orxan Akif oğlu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. məhkəmə işə onun oştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Məhkəmə iclasında dindirilən iddiaçı " Həsən-96 " Mənzil Tikinti Koorperativinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Xalıq Elnur Cabir oğlu iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir.Məhkəmə iclasında dindirilən iddiaçı " Avesta Konsern"in etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Xalıq Elnur Cabir oğlu iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir.Məhkəmə iclasında dindirilən cavabdeh Muxtarov Kənan Əlibala oğlu izahatında göstərmişdir ki, Sadıxov Orxan Akif oğlu ilə qohumluq münasibəti olmuş, Beta çayının arxasında PVC sexi fəaliyyət göstərmişdir. Həmin sexdəxi fəaliyyəti fiziki şəxs kimi onun adına qeyd olunsa da, qohumu Orxan Sadıxovla birlikdə işləmişlər. O, Orxan Sadıqovun götürdükləri sifarişlərin icrası ilə məşğul olmuş, Elşad Məmmədovu tanıdığını və hətta onunla bir neçə dəfə görüşərək ona pul verdiyini, hər dəfə Orxan ona pul verəndə Elşada borcu olduğunu bildirmişdir. O, həmçinin göstərmişdir ki, iki dəfə " Zümrüd " restoranının qarşısında, bir dəfə " Kəmalə-Nərmin " restoranının yaxınlığında, bir dəfə Qələbə meydanının yanındakı "Azpetrol" yanacaq doldurma məntəqəsində Elşadla görüşüb ona pul vermişdir. Pulun miqdarı dəqiq yadında qalmasa da, təxminən 10000 - 15000 manat olduğunu bildirmişdir. O, həmçinin Orxan Sadıqovun Elşad Məmmədovdan götürdüyü borc pulun əvəzinə " Avesta Konsern"ni ilə bağlanmış müqavilə əsasında "Həsən-96"MTK tərəfindən verilmiş mənzillərin Elşad Məmmədova verilməsindən xəbərdar olduğunu göstərmişdir.
Məhkəmə iclasında şahid qismində dindirilən İsgəndərov Zülü Əli oğlu ifadəsində göstərmişdir ki, 2007-ci ilin iyun ayından " Avesta " Konsernində mühəndis vəzifəsində çalışır. "Həsən-96"MTK "Avesta " konserninin nəzdində fəaliyyət göstərir.Həmin MTK-da olan mənzillərin satışına əvvəllər baş mühasib Bağırov baxmış və sınədləşdirmiş,son vaxtlar isə sənədləşmə işini o,aparmışdır.Cavabdeh Məmmədov Elşad Tofiq Oğlunun adına olan müqaviləni və maliyyə arayışını o,yazmışdır.MTK-nın sədri Emil Tağıyev isə imza etmişdir.Elşadın adına sənədləşdirilmiş mənzil ümumi qayda əsasında alqı-satqı olunmamış, həmin mənzil Sadıqov Orxan Akif oğluna barter əvəzində verilmişdir.Orxana "AVESTA" Konserninin Qaradağ rayonu ərazisində tikdiyi restoranınşüşələnməsi ilə əlaqədar iki ədəd mənzil verilmişdir.Lakin Orxan həmin öhdəliyi yerinə yetirməmiş və bu məqsədlə MTK-nın rəhbərliyi Elşad Məmmədova mənzil təmir etməyə icazə verməmişdir. O, həmçinin göstərmişdir ki, Orxana görəcəyi işə görə iki mənzil verilmiş, həin mənzilin biri Elşadın adına, ikinci mənzil isə Fiqariv Vüqarın adına rəsmiləşdirilmişdir. Həmin mənzillər üçün o, ümumi qaydalara uyğun olaraq maliyyə arayışı vermişdir. Lakin həqiqətdə isə mənzilin dəyəri MTK-nın kassasına ödənilməmişdir. Yəni 51 və 52 saylı mənzillər O. Sadıqovun söstərdikləri Elşad və Vüqar adlı şəxslərin adların barter xətrinə sənədəşdirilmişdir.
Məhkəmə iş üzrə iddiaçıların nümayəndəsinin, cavabdeh Muxtarov Kənan Əlibala oğlunun izahatlarını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. 01 fevral 2012-ci il tarixli 09 saylı müqaviləyə əsasən " Avesta Konserni" ilə Muxtarov Kənan Əlibala oğlu arasında 4(dörd) ay müddətinə Baki-Salyan yolunun 27-29-cu kilometrliyində yerləşən " Xəzər Adaları " ("Yeni Şəhər") kompleksinin ərazisində inşa edilən "Skat" restoranının vitraj və pəncərə sisteminin qurulmasına dair razılaşma əldə olunmuşdur. Müqavilənin smeta dəyəri isə 550000(beş yüz əlli min) ABŞ dolları müəyyən olunmuşdur. 01 fevral 2012-ci il tarixli 09 saylı müqaviləyə əlavə edilmiş, razılaşmaya əsasən görüləcək işin dəyəri 100% barter olaraq mənzillə əvəzləşdiriləcəkdir. 01 fevral 2012-ci il tarixdə Bakı şəhəri, 360-cı məhəllə, Abay döngəsi 4 ünvanda inşa edilən yaşayış kompleksinin 1 saylı binasından podratçının nümayəndəsi olan Məmmədov Elşad Tofiq oğlunun adına iki ədəd mənzil sənədləşdirilmişdir.
"Həsən-96" MTK ilə Məmmədov Elşad Tofiq oğlu arasında bağlanmış "Həsən-96"MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında inşa edilən 01 saylı yaşayış binasının 13-cü mərtəbəsində yerləşən 202 kv.m, ümumi sahəsi, 202 kv.m yaşayış sahəsindən ibarət 51 saylı mənzili Məmmədov Elşad Tofiq oğlun satmışdır. 01 fevral 2012-ci il tarixli kassa mədaxil orderinə əsasən Məmmədov Elşad Tofiq oğlunun adına kassa mədaxil orderi vardır. 20 fevral 2012-ci il tarixli müqaviləyə əsasən "Həsən-96"MTK-nın Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında inşa edilən 01 saylı yaşayış binasının 13-cü mərtəbəsində yerləşən 153 kv.m ümumi sahəsi, 153 kv.m yaşayış sahəsindən ibarət 52 saylı mənzili Fiqarov Vüqar İsmət oğluna satmışdır. 20 fevral 2012-ci il tarixli kassa mədaxil orderinə əsasən Fiqarov Vüqar İsmət oğlunun adına kassa mədaxil orderi vardır.
Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin tədqiqatçısı, polis kapitanı Tərlan Muradov tərəfindən tərtib edilmiş arayışa əsasən 02 may 2012- ci il tarixdə " Avesta " Konsernin Prezidenti İbrahimov İbrahim Hüseyn oğlunun şikayət ərizəsi əsasında material daxil olmuş, vətəndaş İ.H.İbrahimov ərizədə bildirmişdir ki, "Avesta" Konserni tərəfindən tikilməkdə olan Baki-Salyan yolunun 27-29-cu kilometrliyində yerləşən " Xəzər adaları " ("Yeni şəhər") kompleksinin ərazisində inşa edilən "Skat" restoranında bəzi inşaat işlərinin görülməsi üçün fiziki şəxs Muxtarov Kənan Əlibala oğlu ilə aralarında 01 fevral 2012-ci il tarixli, 9 saylı müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən " Xəzər adaları " ("Yeni şəhər") kompleksinin ərazisində inşa edilən "Skat" restoranın vitraj və pəncərə sisteminin qurulmasını həyata keçirməli olan qarşı tərəfə, konsern tərəfindən inşa edilən Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında inşa edilən 01 saylı yaşayış binasının 13-cü mərtəbəsindən iki ədəd 51 saylı ümumi sahəsi 202kv.m və 52 saylı ümumi sahəsi 153 kv.m olan mənzilləri verilməli olduğundan, lakin qarşı tərəf üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən bağlanmış müqavilənin pozulmasına baxmayaraq verilən evlər qaytarılmamışdır. Belə ki, qeyd edilən mənzillər Muxtarov Kənan və onun yaxın adamı Sadıqov Orxan tərəfindən Məmmədov Elşad Tofiq oğlunun və Fiqarov Vüqar İsmət oğlunun adına rəsmiləşdirilmişdir.
Sadıqov Orxan Akif oğlunun AR DİN BMCMİ-də 07 iyun 2012-ci il tarixli izahata əsasən Məmmədov Elşad Tofiq oğlunun şikayət ərizəsində yazılanların həqiqətə uyğun olmadığı, Elşad Məmmədovun adına "Həsən-96" MTK-da sahəsi 202 kv.m olan 4otaqlı 51 saylı mənzilə görə Elşad Məmmədov tərəfindən "Həsən-96" MTK-ya bir manat da olsun pul ödəniş olunmadığı,"Həsən-96"MTK rəhbərliyi ilə onun arasında bağlanmış 01fevral 2012-ci iltarixlimüqaviəyə əsasən"AVESTA KONSERNİ"-nə məxsusBakı-Salyan yolunun 27-29-cu kilometrliyində yerləşən "Xəzər adaları" kompleksinin "Skat" restoranının vitraj və pəncərə sisteminin quraşdırılması məqsədilə ona pul əvəzinə həmin mənzil verildiyini , o, mənzili satmadan girov qoyub pul götürmək istədiyi üçün əvvəllər tanıdığı Elşad Məmmədovla görüşdüyünü və ona faizlə pul lazım olduğunu bildirmişdir.Elə həmin gün 01fevral 2012-ci il tarixdə aralarında olan razılaşmaya əsasən Elşad Məmmədovdan götürəcəyi pula görə girov əvəzinə "Həsən - 96" MTK-dan ona verilmiş 202 kv.m sahəsi olan mənzili onun sözü ilə Zülü İsgəndərov tərəfindən Elşad Məmmədovun adına alqı-satqı müqaviləsi ilə sənədləşdirdiyini, müqavilə ümumi şablon formasında olduğu üçün bütün ev alanlara yazılan müqavilənin Elşadın da adına yazıldığını göstərmişdir. Elşad Məmmədov narazılığını bildirəndə ona həmin tarixdə mənzilə borcu olmaması barədə maliyyə arayışı verilmişdir. Bundan sonra o, müqaviləni götürüb banka getmiş və həin gün bankdan 100000 pul çıxarıb ona çatdırılması üçün sürücüsü Nəsirov Teymura vermişdir. Həmin 100000 manata görə hər ayın biri o, Elşada 20000 manat ödəməli olduğundan 3 ay ona 60000 manat pul ödəmişdir. Bundan sonra o, Elşaddan pul götürməmişdir. Əksinə bu müqavilədən əvvəl gördüyü işlərə görə o, yenə də Elşada girov verərək ondan hissə-hissə 267500 dollar götürərək faizlə birlikdə Elşada sələm ödəmişdir.
Fiqarov Vüqar İsmət oğlunun Azərbaycan Respublikası DİN BMCMİ-də verdiyi 12 iyun 2012-ci il tarixli izahata əsasən o, 20 fevral 2012-ci il tarixdə tanışı Orxa Sadıqov vasitəsilə "Həsən-96"MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında inşa edilən 01 saylı yaşayış binasının 13-cü mərtəbəsində yerləşən 52 saylı mənzili 191250 manat ödəyərək almışdır. Pulu "Avesta" Konsernində işləyən Zülü İsgəndərovun yanında Orxan Sadıqova ödəmiş, bundan sonra MTK-nın sədri Tağıyev Emil Həsən oğlu ilə aralarında müqavilə bağlanmışdır. Pulu ödədiyi barədə ona kassa mədaxil orderi yazılıb verilmişdir. Məmmədov Elşad Tofiq oğlunu tanımır, onunla heş bir iş birliyi olmamışdır.
Nəsirov Teymur Maksim oğlunun Azərbaycan Respublikası DİN BMCMİ-də verdiyi 12 iyun 2012-ci il tarixli izahata əsasən o, Sadıqov Orxan Akif oğlunu 13 ildir ki, tanıyır, 9 ilə yaxın Orxanın sürücüsü işləmişdir. Sex bağlandığı üçün 2012-ci ilin aprel ayında işdən çıxmışdır. O, Orxanın yanında işləyən zaman 2011-ci ilin qış ayında və işdən çıxana kimi hər ayın müxtəlif vaxtlarında sonradan tanıdığı cavabdeh Elşad Məmmədova Orxanın göstərişinə əsasən pul vermişdir. Lakin həmin pulun nə pul olduğunu bilməmişdir. O, pulları Elşada "Kəmalə-Nərmin" şadlıq evinin qarşısında vermişdir. Elə vaxtlar olub ki, Orxanın özü onun yanında Elşada pul vermişdir. O,pulun qədəri ilə heç vaxt maraqlanmamışdır.Toplanmış yazılkı sübutlara, tərəflərin və onların nümayəndələrinə izahatlarına məcmu şəkildə də müqayisəli qaydada qiymət verərək iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
Ə.Ə İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Pilenununun 12 aprel 2004-cü il tarixli qərarına əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.Əqdlər birtərəfli və müqavilə şəklində ola bilər.Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi zəruridir.Qanunun mənasına görə əqdin bağlanması üçün ilkin zəruri olan şərtlərdən biri tərəflərin iradə ifadəsidir.
AR Mülki Məcəlləsinin 404.1 maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını , bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.Həmin məcəllənin 404.2 maddəsinə əsasən bu zaman bütün müvafiq hallar , o cümlədən müqaviləyə qədərki , danışıqlar və yazışmalar , tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika , işgüzar adətlər , tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
Məhkəmə mülki qanunvericiliyinin yuxarıda göstərilən tələblərinə əsasən hesab edir ki, "Həsən 96" MTK ilə Məmmədov Elşad Tofiq oğlu arasında bağlanmış Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında inşa edilən 01 saylı yaşayış binasının 13-cü mərtəbəsində yerləşən 51 saylı mənzilin alqı-satqısına dair 01 fevral 2012-ci il tarixli və "Həsən 96" MTK ilə Fiqarov Vüqar İsmət oğlu ilə arasında bağlanmış Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında inşa edilən 01 saylı yaşayış binasının 13-cü mərtəbəsində yerləşən 52 saylı mənzilin alqı-satqısına dair 20 fevral 2012-ci il tarixli müqavilələrə onların hərfi mənası baxımından deyil, iş üzrə tərəflərin qarşılıqlı münasibətləri, müqavilələrə qədərki və sonrakı danışıqları, onların digər şərtləri və mənaları baxımından qiymət verilməlidir.
Toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, "Avesta" Konserni və Muxtarov Kənan Əlibala oğlu, onun qeyri-rəsmi ortağı Sadıxov Orxan Akif oğlu arasında Bakı-Salyan yolunun 27-29-cu kilometrliyində yerləşən "Xəzər adaları" kompleksinin ərazisində inşa edilən "Skat" restoranının vitraj və pəncərə sisteminin 4 ay ərzində qurulması üçün 01 fevral 2012-ci il tarixli 9 saylı müqavilə bağlanmış, həmin müqavilənin smeta dəyəri 550000 (beş yüz əlli min) ABŞ dolları müəyyən edilmişdir. Həmin vəsaitin əvəzinə isə "Avesta"Konserni qarşılıqlı razılaşma yolu ilə 01 fevral 2012-ci il tarixli 09 saylı müqaviləyə əsasən "Həsən-96" MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında inşa edilən 01 saylı yaşayış binasının 13-cü mərtəbəsində yerləşən 51 və 52 saylı mənzilləri Kənan Muxtarov və onun qohum, eləcə də qeyri-rəsmi ortağı olan Orxan Sadıqovu təqdim etdiyi Məmmədov Elşad Tofiq oğlunun adına sənədləşdirilməsini öz üzərinə götürmüşdür. "Həsən-96" MTK tərəfindən 51 saylı mənzil Elşad Məmmədovun adına rəsmiləşsə də, lakin O. Sadıqovun tələbi əsasında 52 saylı digər mənzil isə Fiqarov Vüqar İsmət oğlunun adına rəsmiləşdirilmişdir.
Məhkəmə iclasında həmçinin iddiaçıların nümayəndəsinin, cavabdeh Kənan Muxtarovun izahatlarından, şahid ifadələrindən, eləcə də Orxan Sadıqovun iş materiallarına əlavə edilmiş izahatına əsasən müəyyən edilmişdir ki, sonuncunun Elşad Məmmədovdan götürəcəyi pulun əvəzinə "Həsən-96" MTK -dan müqaviləyə əsasən ona verilmiş "Həsən-96" MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında inşa edilən 01 saylı yaşayış binasının 13-cü mərtəbəsində yerləşən 51 və 52 saylı mənzilləri cavabdehlər Məmmədov Elşad Tofiq oğlu və Fiqarov Vüqar İsmət oğlunun adına rəsmiləşdirilmişdir.
AR Mülki Məcəlləsinin 385.1. maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir. Məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüquqi vardır.Həmin məcəllənin 386.1 maddəsinə əsasən öhdəliyinə əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1 maddəsinə əsasən isə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.Həmin məcəllənin 405.1 maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır.
Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçılar müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirərək şərtləşdirilmiş pul müqabilində Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında inşa edilən 01 saylı yaşayış binasının 13-cü mərtəbəsində yerləşən 51 və 52 saylı mənzilləri Kənan Muxtarov və onun qohum, eləcə də qeyri-rəsmi ortağı olan Orxan Sadıqovun nümayəndələri kimi təqdim etdiyi iş üzrə digər cavabdehlər Məmmədov Elşad Tofiq oğlu və Fiqarov Vüqar İsmət oğlunun adlarına rəsmiləşdirilsə də, cavabdehlər K.Muxtarov və O.Sadıqov müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməyərək,mövcud müqavilə öhdəliklərinin şərtlərini kobud şəkildə pozaraq, müqavilədə nəzərdə tutulan "Xəzər adaları" kompleksinin ərazisində inşa edilən "SKAT" restoranının vitraj və pəncərə sistemini quraşdırıb iddiaçılara təhvil verməmişlər.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin məcəllənin 421.2 maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu məcəllədə, müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun gigər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
Göründüyü kimi tərəflər arasında müqavilə bağlanmış və həmin müqavilənin şərtlərinə əsasən iddiaçılar görülən işlərin dəyərini Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında inşa edilən 01 saylı yaşayış binasının 13-cü mərtəbəsində yerləşən 51 və 52 saylı mənzillərlə əvəzləşdirərək həmin mənzilləri podratçının nümayəndəsi kimi təqdim edilən Elşad Məmmədov və Vüqar Fiqarovun adına sənədləşdirməyi, cavabdeh K. Muxtarov və O. Sadıqovun isə öz növbələrində 4 ay müddətində Bakı-Salyan yolunun 27-29-cu kilometrliyində yerləşən "Xəzər adaları" kompleksinin "Skat" restoranının vitraj və pəncərə sisteminin qurulmasını həyata keçirməyi öhdəsinə götürmüşdür.Lakin cavabdehlər tərəfindən müqaviləyə əsasən alınmış mənzillərin müqabilində üzərlərinə düşən öhdəlikləri yerinə yetirməyərək mövcud müqaviləni əhəmiyyətli dərəcədə pozmuş və bunun da nəticəsi olaraq iddiaçılar müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşlar.
Məhkəmə mülki qanunvericiliyin yuxarıda göstərilən normaların tələbləri baxımından hesab edir ki,iddia tələbi əsaslı olduğundan təmin etməlidi2012-ci il tarixli və ."Həsən-96" MTK ilə Elşad Məmmədov arasında bağlanmış Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında inşa edilən 01 saylı yaşayış binasının 13-cü mərtəbəsində yerləşən 51 saylı mənzlin alqı-satqısına dair 01fevral 2012ci il Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında inşa edilən 01 saylı yaşayış binasının 13-cü mərtəbəsində yerləşən Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında inşa edilən 01 saylı yaşayış binasının 13-cü mərtəbəsində yerləşən 51 və 52 saylı mənzillərlə alqı-satqı müqavilələri ləğv edilsin. Bu da Hacı İbrahim Nehrəmlinin nifuzu və Bakı şəhər Nəsimi rayon Məhkəməsinin ədalətsiz çıxardığı qərarı.
Mən Məmmədov Elşad Tofiq oğlu 2012-ci ilin yanvar ayının sonlarında Orxan Sadıqovla Bakıda 7-ci mikrorayonda tanış olmuşam. Onun sözlərindən "HƏSƏN-96"Mənzil Tikinti Kooperativində işləməsi aydın oldu.Orxan mənə "həsən-96"mtk-nın Bakı şəhəri,Nəsimi rayonu,Abay döngəsi,360-cı məhəllədə 1 saylı yaşayış binasında bir neçə mənzilin ona məxsus olduğunu vurğulayaraq ,mənzilləri satdığnı dedi.Mən onunla mənzillərə baxış keçirmək üçün yuxarıda qeyd olunan ünvana yollandıq.Sonra alqı -satqı müqaviləsini imzalamaq üçün Atatürk prospektində yerləşən "həsən-96"mtk-nın ofisinə getdik.Bizi "Həsən-96"MTK-nın alqı-satqı üzrə şöbə müdiri Zülü adlı şəxs qarşıladı.Orxan Sadıqovun dedikləri təsdiqini tapdı.O adı çəkilən binanin pəncərələrini müqavilə yolu ilə düzəldirmiş.Ona görə də "Həsən-96"MTK-nın alqı -satqı üzrə şöbə müdiri Zülü adlı şəxs müqavilənin imzalanmasına lazimi köməkliyin edilməsini bildirdi.Zülü adlı şəxs məni inandırdı ki,bu mənzillər Sadıqov Orxana məxsusdur və müqavilə yolu ilə sizə satılacaqdır.Zülü müəllim vurğuladı ki,Orxan onun qohumudur, narahat olmayın.
Ödəniş etdikdən sonra mənə müqavilə,kassa mədaxil orderinin qəbzi və maliyyə arayışı təqdim olundu.Maliyyə arayışında bildirilir.Bakı şəhəri,Nəsimi rayonu,Abay döngəsi,360-cı məhəllədə inşa olunan kooperativ yaşayış binası "Həsən-96"MTK-ya məxsusdur. Məmmədov Elşad Tofiq oğluna 1 saylı yaşayış binasının 13-cü mərtəbəsində mənzil 51, 202kv.m. olan və mənzil 52, 153 kv.m.olan yaşayış sahəsinin dəyərini tam şəkildə , yəni 355 000 (üç yüz əlli beş min) manatı "Həsən-96"MTK-ya tam ödəmişdir və "Həsən-96"MTK-ya borcu yoxdur. Elşad Məmmədova "Avesta" konsernindən bildirilir ki , müqavilə "Həsən-96"MTK tərəfindən bir tərəfli qaydada ləğv olunub.Bu da müqavilənin şərtlərinə ziddir.
"Hacı İbrahim Nehrəmlinin qəbulunda olub ödədiyim pulu istədim , məni hədələyərək ikinci mənzilin də sənədlərini gətirilməsini tələb etdi . İkinci sənədləri vermədim .Konsernin rəhbərliyi tərəfindən təhdidlər başlandı .Vəziyyət o həddə çatdı ki , ailəmin və özümün təhlükəsizliyi üçün Bakıdan qaçıb Qazaxda sığındım . Konsernin mühafizə xidmətinin əməkdaşları zəng vuraraq məni hədələyirlər ki , səni bandotdelə apararıq , problem yaratma . Belə nömrələrdən biri - 070-260 04 07 -dir.Sonra E.Məmmədovun bildirdiyinə görə onun əlində qalan ikinci müqaviləni Hacı İbrahim Nehrəmli Nəsimi Rayon Məhkəməsinin qəbul etdiyi qətnamə ilə ləğv etdirib . İddiaçı tərəf bildirib ki , mülkün satılmasında vasitəçilik edən Orxan Sadiqovla bağlanan başqa bir müqavilə də mövcuddur .
Belə çıxır ki , "Khazar İsland" layihəsinin rəhbəri Haci İbrahim Nehrəmlinin nüfuzu bütün rəsmi sənədlərin hüquqi mahiyyətini üstələyir . Zərər çəkmiş isə şikayət etməmiş instansiya qalmayıb . Bir ünvana bəlkə də on dəfə məktub göndərib . Problemin tezliklə həll olunacağını gözləyən şikayətçi ən azından ödədiyi pulu geri tələb edir .
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutlar nəticəsində araşdırılmalı və onlardan istifadə etməlidir.
Ələddin Kəsəmənli
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hacı İbrahim Nehrəmli özünü xan hesab edir.

    Hacı İbrahim Nehrəmli özünü xan hesab edir. ...

    4-09-2013, 17:12

  • 
  • Hacı İbrahimə görə iş adamı intihara əl atacaq DAHA BİR ŞOK!!!

    Hacı İbrahimə görə iş adamı intihara əl atacaq ...

    7-01-2014, 18:19

  • 
  • Hacı İbrahim Nehrəmlinin aldatdıgı vətəndaş mətbuat konfransı keçirdi-VIDEO

    Hacı İbrahim Nehrəmlinin aldatdıgı vətəndaş ...

    20-08-2013, 15:03

  • 
  • Elşad Məmmədovdan hacı İbrahim Nehrəmlinin şəriki Hümbət Məmmədova cavab

    Elşad Məmmədovdan hacı İbrahim Nehrəmlinin şəriki ...

    24-08-2013, 14:10

  • 
  • «Fevralın 1-də intihar edəcəm»-VIDEO

    «Fevralın 1-də intihar edəcəm»-VIDEO ...

    26-01-2014, 20:03


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu