AXCP sədri Əli Kərimli çıxışında bunları dedi: "20 ildən sonra birləşən müxalifətə, Milli Şuraya öz dəstəyimizi sona qədər verəcəyik. Sizləri də bu yolda fəal olmağa çağırırıq. Xalq dəyişiklik istəyir. Onlar başa düşür ki, bu dəyişiklik İlham Əliyevin başçılığı ilə baş tutmayacaq. Biz dəyişikliyə nail olmağa çalışırıq. Amma heç bir halda zorakılığa yol verməyəcəyik. Biz dinc şəkildə mübarizəmizi davam etdirəcəyik. Bu təcrübə onlarla ölkənin tarixində özünü göstərir. Builki seçkilərdə mübarizə deputat mandatını 1 milyon yarıma satan, hüquq-mühafizə orqanlarının adı altında quldur dəstələri yaradan insanlara qarşı gedir. Builki mübarizəmiz hakmiyyəti qəsb etmiş bir dəstə oğrubaşı ilə, Azərbaycanın azadlığına, sərvətinə göz dikmiş insanlarla gedir. Biz bu yolda mübarizik. Bu yolda sizin dəstəyinizə ehtiyacımız var".
* * * Mitinq Komitəsinin sədri Asəf Quliyev bildirdi ki, işıq təxribat nəticəsində söndürülmüşdü, amma danışıqlrdan sonra elektrik enerjisi verilməsi bərpa edildi. * * * Müxbirimiz xəbər verir ki, mitinq ərazisinə verilən işıq kəsilib. Meydanı “İstefa” şüarları bürüyüb ***** İbrahim İbrahimli aksiya iştirakçılarına qarşı basqılar barədə məlumat verdi: "Mitinqə gəlmək istəyən 500-dək adam Azneft dairəsində saxlanılıb. Mitinq Komitəsindən və polis qardaşlarımızdan bununla bağlı tədbir görmələrini istəyirik".
* * *
Mirmahmud Mirəlioğlu çıxışında bunları dedi: "20 ildən sonra bura - "20-ci sahə"yə gələ bildik. Biz bunu 20 ilə bacardıq. Bunun qədrini bilməliyik. Hakmiyyətin mayası haramla yoğurulub. Yalançı, saxta işlər görən Səfər Əbiyevlə işlər görəcəyik? Biz istəyirik ki, yollarımız doğru-düzgün olsun. Bunu Ziya Məmmədovlamı edəcəyik? Təhsilimiz yaxşı olsun istəyirik. Bunu Misir Mərdanova rəhmət oxutduran qoruq qarovulçusu iləmi edəcəyik? Biz Ramil Usubovlamı haqqı-ədaləti, doğruluğu təmin edəcəyik? Biz bunlara “yox” deməliyik. Biz Rüstəm İbrahimbəyovu seçmişiksə, onun qərarlarına da hörmət etməliyik".

Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?