“Milli Şura böyük bir koailisa yaradır. Bu hər millətin yarada bilmədiyi bir koalisiyadır. Bu o deməlidir ki, Milli Şura partiyaların birliyi deyil, demokratik qüvvələrin birliyidir”.
Bunu AXCP sədri Əli Kərimli Milli Şuranın bu gün keçirilən iclasında deyib: “Rüstəm bəyin namizədliyini irəli sürdüyü Cəmil Həsənli bu iş üçün tamamilə uyğun olan insanlardan biridir. Azərbaycanı dünyada tanıdan alimlərdən biridir. Kitabları Harvardda çap olunub, dərslik kimi istifadə olunub. Milli demokratik düşərgənin içindən çıxmış, AXC tarixini, Qarabağ tarixini Azərbaycanın maraqlarını təmin edərək araşdırıb ortaya qoyub. Elçibəyin müşaviri olub. AXCP sədr müavini olub. 10 il millət vəkili olub. Kifayət qədər siyasi təcrübəsi var. Milli Şuranın vahid namizədi ətrafında səfərbər olacağımız təqdirdə Azərbaycan xalqının köməyi ilə uğur qazanmaq imkanımız var. Millətimiz dövlətimiz üçün xeyirli uğurlu olsun”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?