Mayın 26-da Milli Şuranın sədri Cəmil Həsənli və bu quruma daxil olan AXCP sədri Əli Kərimli Avropa Birliyinə üzv olan ölkələrin Azərbaycandakı səfirləri ilə göürüşüblər.
Avropa Birliyinin Bakıdakı nümayəndəliyində gerçəkləşən göürşə 20-yə qədər səfirin qatıldığı bildirilir. Bu barədə AXCP sədri Əli Kərimli öz facebook səhifəsində yazıb.
O, görüşü belə dəyərləndirir:
“Görüşdə Azərbaycan-AB əlaqələri, Azərbaycandakı ictimai-siyasi durum, siyasi məhbusların taleyi, iqtisadi və siyasi islahatların perspektivləri müzakirə edildi.Olduqca maraqlı və səmərəli görüş oldu”.
Milli Şura Azərbaycanda keçirlən son parlament seçkilərini baykot etmişdi.Qurum hakimiyyətdən təcili siyasi və iqtisadi islahatlara getməyi tələb edir.
Demokratik Qüvvələrin Milli Şurası 2013-cü il prezident seçkiləri ərəfəsində yaradılıb. Bu qurum özünü Şərqdə ilk demokratik respblikanın-Azərbaycan Xalq Cümhuriyyətini élan etmiş Milli Şuranın varisi sayır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?