GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Beynəlxalq təşkilatlara savaşın pərdəarxası

Beynəlxalq təşkilatlara savaşın pərdəarxası

Tarix: 7-04-2013, 12:40 Bölmə :Manşet Baxış: 730
Beynəlxalq təşkilatlara savaşın pərdəarxası

Hakimiyyət istəmir ki, seçkilər zamanı edəcəyi saxtakarlıq
bu təşkilatlar vasitəsilə bütün dünyaya çatdırılsın”


Son günlər Azərbaycan iqtidarı Milli Demokratiya İnstitutu və bir sıra digər beynəlxalq təşkilatılara qarşı açıq hücuma keçərək, bu təşkilatları ölkəmizdə hakimiyyət çevrilişinə cəhddə ittiham edir. Odur ki, prezident seçkilərinə bir neçə ay qalmış hakimiyyətin beynəlxalq təşkilatlara qarşı belə bir savaş elan etməsi ictimai-siyasi çevrələrdə fərqli mülahizələrə yol açıb. Belə ki, bəzi siyasilərin fikrincə, Milli Demokratiya İnstitutuna qarşı Prezident Administrasiyası və Baş Prokuroluq səviyyəsində etiraz rəsmi Bakının Qərbə meydan sulaması kimi qiymətləndirilməlidir. Onların qənaətinə görə, rəsmi Bakı Qərbə məxsus təşkilatları ciddi şəkildə sıxışdırmaqla qarşı tərəfə kifayət qədər güclü olduğunu “isbatlamağa”, onu Azərbaycan daxilində proseslərə müdaxilədən çəkindirməyə çalışır. Həmçinin, Qərbə qarşı əzələ nümayiş etdirən hakimiyyət bu təşkilatlara prezident seçkilərinə müdaxilə etməməyi “məsləhət görür”.
Bəzi ekspertlər isə hesab edir ki, baş verənlərin arxasında hakimiyyətdəki Rusiyameylli qüvvələr dayanır. Yəni Qərbin Azərbaycandakı aparıcı təşkilatlarının fəaliyyətini zəiflətməkdə maraqlı olan Rusiyameylli qüvvələr bu cür hücumlarla bütövlükdə Qərbi oyundankənar vəziyyətdə qoymağa çalışır. Hansı ki, bu da daha çox Rusiyanın maraqlarına cavab verir. Odur ki, bu qəbildən olan siyasilər Qərb institutlarının məhz Rusiyanın xeyir-duası ilə vurulması qənaətindədir.
İlk versiyaya görə baş verənləri nə hakimiyyətin Qərbə meydan oxuması kimi qiymətləndirmək, nə də hakimiyyətdəki Rusiyameylli qüvvələrlə əlaqələndirmək doğru deyil. Baş verənləri Azərbaycan hakimiyyətinin Qərbə meydan oxuması kimi dəyərləndirmək doğru deyil. Reallıq bundan ibarətdir ki, Qərblə Azərbaycan arasında geniş əməkdaşlıq layihəsi var və Qərb bu əməkdaşlıqda maraqlıdır. Bugünün özündə də Qərb Azərbaycanla dəyəri milyardlarla ölçüləcək əməkdaşlıq layihələri həyata keçirir və bu gəlirdən 100-200 min manat vəsaiti vətəndaş cəmiyyətlərinə verir. Belə bir yardımda məqsəd söz azadlığı, demokratik seçki və s. kimi proseslərə dəstək verməkdən ibarətdir. Hakimiyyət isə Qərbə bildirir ki, Azərbaycanla əməkdaşlıqdan milyardlarla gəlir əldə edirsiniz, biz Azərbaycanın ağası olaraq sizə bu imkanı yaratmışıq, siz isə bizi hakimiyyətdən hüquqi, konstitusion yolla uzaqlaşdırmağa çalışan ictimai- siyasi təşkilatlara dəstək verirsiniz.
Hakimiyyət Azərbaycanda demokratik dəyişiklərə nail olmağa çalışan qüvvələrin maddi təminatını zəiflətməyə, onların maddi baxımdan güclənməsinə imkan verməməyə çalışır və iqtidarın Qərb qarşısında qoyduğu başlıca tələb də məhz bundan ibarətdir. Hakimiyyət Qərbin məlum mövqeyi ilə razılaşmadığını iddia edir və Qərbdən tələb edir ki, hakimiyyətə itaət etməyən, hakimiyyətin oğru, xəyanətkar siyasətinə etiraz edən vətəndaşlara bir qəpik belə verməsin. Azərbaycan hakimiyyətinin mövqeyi bundan ibarətdir. Bu, qarşıdurma və ya Qərbə meydan oxumaq deyil. Bu, sadəcə olaraq öz mövqeyini açıq-aşkar surətdə nümayiş etdirməkdir. Buna görə də prosesləri kənar qüvvələrlə əlaqələndirmək düzgün deyil.
Əgər Azərbaycan Qərblə ciddi qarşıdurmada maraqlı olsaydı, o zaman daha təsirli addımlar atardı. Lakin rəsmi Bakının Qərbdə böyük narazılığa səbəb olacaq bu cür addımlardan çəkinməsi Qərblə uzunmüddətli savaşın hakimiyyətin özü üçün də sərfəli olmadığını göstərir. Qərb də öz növbəsində anlayır ki, əgər Azərbaycan hakimiyyəti onunla nəhəng əməkdaşlığa gedirsə, bu əməkdaşlığı davam etdirirsə, deməli heç də ona meydan sulamır. Əgər Azərbaycan hakimiyyəti sözün həqiqi mənasında Qərbə meydan sulasaydı, o zaman daha ciddi addımlar atardı. Məsələn, dollardan manata və ya qızıl valyutaya keçərdi. Lakin biz neftimizi dollarla satırıq, Qərbin ümumi şərti yerinə yetirilir. Pullarımızı Qərb banklarında saxlayırıq. Bu pullar orada qiymətdən düşür, məzənnəsi itir və prinsip etibarilə Qərb iqtisadiyyatının maliyyələşməsinə sərf olunur. Bütün bunların hamısı Qərbin diktəsi ilə edilir. Bu isə onu göstərir ki, hakimiyyətin Qərbə savaş elan etməsi ilə bağlı səslənən fikirlərin heç bir əsası yoxdur.
Azərbaycan hakimiyyəti kifayət qədər itaətkardır və bu gün rəsmi Bakı ilə Qərb arasında yaşanan anlaşılmazlıq ciddi qarşıdurma kimi xarakterizə edilməməlidir. Bizdə lazımınca sözəbaxan hökumət var. Sadəcə hökumət istəmir ki, o cibini doldurduğu, ölkəni qarət etdiyi bir vaxtda kimsə gəlib vətəndaşlara dəstək versin və onların hakimiyyətə müqavimət göstərməsinə şərait yaratsın. Baş verənlərin mahiyyəti bundan ibarətdir. Bunun xaricində hər hansı bir qarşıdurma və ya meydan sulama halı yoxdur.
Bütün hallarda isə son günlər hakimiyyətin Milli Demokratiya İnstitutu və digər beynəlxalq təşkilatlara qarşı siyasi hücumlar təşkil etməsi qarşıdakı prezident seçkiləri ilə bağlıdır. Seçkilərin nəticəsini saxtalaşdırmağa çalışan hakimiyyət bu saxtakarlığa mane olacaq əsas qüvvələri – sözügedən beynəlxalq təşkilatları Azərbaycandan çıxartmaqla öz niyyətinə çatmaq üçün əlverişli zəmin formalaşdırmağa çalışır. Son bir neçə gündür ki, hakimiyyətin təşvişə düşməsi əbəs deyil. Hakimiyyət istəyir ki, Qərbin Azərbaycanda fəaliyyət göstərən və seçki ilə məşğul olan, seçkiləri müşahidə edən təşkilatlarla münasibətləri pozsun və onları ölkədən çıxartsın. Məhz bundan sonra, yəni prezident seçkiləri zamanı seçkiləri saxtalaşdırsın və həmin təşkilatlar üçün bu prosesə müdaxilə əlçatmaz olsun. Qərb institutlartının Azərbaycanda saıxışdırılması siyasətinin arxasında bu niyyət dayanır.

“Siyasət şöbəsi”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda böyük inqilab planı hazırlanıb

    Azərbaycanda böyük inqilab planı hazırlanıb ...

    3-02-2013, 11:45

  • 
  • Rejimin qərbə qəzəbi

    Rejimin qərbə qəzəbi ...

    22-12-2012, 13:18

  • 
  • Hakimiyyət içində gedən oyunlarin pərdəarxası

    Hakimiyyət içində gedən oyunlarin pərdəarxası ...

    27-01-2013, 12:23

  • 
  • Hakimiyyət MDİ-nin “ata”sına qarşı...

    Hakimiyyət MDİ-nin “ata”sına qarşı... ...

    10-04-2013, 09:56

  • 
  • Azərbaycan qərbə arxa çevirir

    Azərbaycan qərbə arxa çevirir ...

    21-04-2013, 13:01


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (261)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu